23 Sentyabr 2020 01:22
754
İQTİSADİYYAT
A- A+

Sərhəd kəndinə yeni yol çəkilir


Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı, yol infrastrukturunun yenilənməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar Qazaxda da uğurla icra olunur.

Rayonun kəndlərində çəkilən Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər yeni asfalt yolları bu sahədə görülən işlərin bariz nümunəsidir.

Düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsinə başlanması isə bu işlərin məntiqi davamıdır. Uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşmüş yolun əsaslı şəkildə təmiri üçün kənd sakinlərinin Qazax Rayon İcra Hakimiyyətinə müraciəti nəticəsində həmin yolun dəfələrlə qum-çınqıl tökülərək cari təmir olunması problemi həll etməmişdi. Bu vacib məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Fərəhli kəndində seçicilərlə keçirdiyi görüşdə də sakinlər tərəfindən qaldırılmış və xahiş olunmuşdu ki, bu işdə onlara kömək göstərilsin.

Artıq bir neçə gündür ki, Prezidentin sərəncamı ilə düşmənlə üz-üzə dayanmış Fərəhli kəndinə yeni asfalt yol çəkilir. Yolun çəkilişinə başlanması ilə əlaqədar keçirilən tədbirdə kənd sakinlərindən şəhid atası Qurban Orucov, Ramin Həsənov, Fariz Məmmədov, Balaqız Daşdəmirova, Sakit Daşdəmirov çıxış edərək dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

S.ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video