Alternative content

09:45 24 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:30 24.10.2020 Müslüm ucalığı
00:27 24.10.2020 Ömrü örnək olan alim
00:24 24.10.2020 BİLDİRİŞ
00:24 24.10.2020 BİLDİRİŞ
00:23 24.10.2020 BİLDİRİŞ
00:21 24.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qlobal böhranla effektiv mübarizə
Qlobal böhranla effektiv mübarizə
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:17 23.09.2020


Azərbaycanın koronavirusa qarşı tədbirləri müsbət nəticələr verir


COVID-19 pandemiyasının yaratdığı böhran davam etməkdədir. Koronavirus hələ də sağlamlığımız üçün bir nömrəli təhlükə olaraq qalır. Hətta bəzi ekspertlər koronavirus epidemiyasının artıq nəzarətdən çıxdığını bildirirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Avropada COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyətin ağırlaşmağa başladığı barədə açıqlama yayıb. Hazırda Avropada gündəlik yoluxma hallarının sayı mart ayındakı statistikanı üstələyib. Virusa yoluxanlar arasında gənc və orta yaşlı şəxslərin üstünlük təşkil etməsi isə vəziyyətin daha təhlükəli şəkil almasına səbəb olub. Mütəxəssislər bunu qitədə virusun yeni dalğası kimi qiymətləndirirlər. Həmçinin bəzi tibb mütəxəssisləri yeni dalğanın bütün ölkələri əhatə edəcəyi ilə bağlı həyəcan təbili çalırlar.


Azərbaycan peyvəndlə bağlı saziş imzaladı


Belə bir durumda çoxları ümidini vaksinə bağlasa da, hazırda pandemiyanın qarşısını alacaq, gözləntiləri doğruldacaq vaksin əldə edilməyib. Klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil. Lakin bilinən odur ki, indiki şəraitdə epidemioloji vəziyyətə nəzarət etmək üçün ən effektiv vasitə həssas əhali qruplarının vaksinasiyasıdır. Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20 faizinə peyvənd vurulması epidemioloji vəziyyətə nəzarət etmək üçün kifayət edər.

Azərbaycan COVID-19-a qarşı vaksinin alınması ilə əlaqədar fəal iş aparır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da həmin peyvəndlə təmin olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında respublikamızın peyvənd əldə edən birinci ölkələr sırasında yer alacağına ümidvar olduğunu bildirmişdi: "Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq”.


Dövlət koronavirusla mübarizədə qətiyyətli addımlar atır


Azərbaycan hökumətinin qlobal böhranla hərtərəfli mübarizəsi davam edir. Dövlətimiz koronavirusla mübarizədə qətiyyətli addımlar atır və əldə olunan müsbət nəticələr iki aya yaxındır ki, qorunub saxlanılır. İyul ayının sonundan ölkəmizdə təhlükəli infeksiyaya yoluxmanın dinamikasında müsbət tendensiya müşahidə edilir. Dövlət başçısının birbaşa nəzarəti ilə həyata keçirilən preventiv tədbirlər, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına ciddi və məsuliyyətlə əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində yoluxma hallarının kəskin azalmasına nail olunub. Xəstəxanalarda müalicə alan və reanimasiyada olan koronaviruslu xəstələrin sayı xeyli azalıb. Sanitar-epidemioloji vəziyyət qənaətbəxş olduğundan və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə mərhələli şəkildə məhdudiyyətlər aradan qaldırılıb və müəyyən yumşalmalar təmin edilib. Eyni zamanda 2020-2021-ci tədris ilində dərslərin həm əyani, həm də distant formada tədrisi qərarı verilib. Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.


Dərs ili başlayandan bəri 121 nəfərdə COVID-19 aşkarlanıb


Təhsil Nazirliyindən verilən məlumata görə, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə 625 394 şagird təhsil alır ki, onlardan 7868 nəfərin (1,26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Onu da qeyd edək ki, respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, temperaturu 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır. Dərs ili başlayandan 21 sentyabr tarixinədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyib. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

Respublika ərazisində cəmi bir məktəbdə - Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimiin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi isə sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsidir.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edildiyi üçün 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.


Uşaqlar virusu digərlərinə də yoluxdururlar


Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məktəbli uşaqların virusu yüngül keçirməsi və bu səbəbdən də digərlərini yoluxdurmaması ilə bağlı iddiaları əsassız hesab edir və bunun heç bir elmi əsası olmadığını deyir. Onun sözlərinə görə, son tədqiqatların birində 900 uşaqdan 68-də anticism tapılıb, yəni virusu keçirdikləri təsdiqlənib. Müəyyənləşib ki, bu uşaqların 50 faizi virusu simptomsuz keçirib. Digər qrup uşaqlarda bu simptomlar olub: 31 faiz uşaqda qızdırma, 19 faiz uşaqda isə mədə-bağırsaq sistemi şikayətləri - ürəkbulanma, qarın ağrısı və ishal, 18 faiz uşaqda isə baş ağrıları: "Amma mədə-bağırsaq sistemi şikayətləri uşaqlarda digər viruslu xəstəliklər zamanı da rast gəlindiyinə görə ümumi vəziyyəti çətinləşdirə bilər. Ona görə də bu məsələdə valideynlərin, müəllimlərin və həkimlərin də üzərinə ciddi məsuliyyət düşəcək”.

Tibb elmləri doktoru vurğulayıb ki, uşaqlarda COVID-19 zamanı burun axması bu günlərdə elmi arenada ən çox diskussiya edilən mövzudur. Lakin bunun tam elmi təsdiqi hələ ki mövcud deyil. Həkim tövsiyə edir ki, valideynlər burnu axdığı üçün uşaqları bir gün evdə saxlayıb ümumi vəziyyəti qiymətləndirməli, boğaza və qulağa baxmalıdırlar. Ondan sonra məktəbə davam edib-etməmək qərarını vermək olar: "Almaniyada burnu axan və pediatra gələn 1000 uşaqla elmi tədqiqat işlərinə başlanacaq və onlardan neçəsinin COVID-19-a yoluxmasını dəqiqləşdirmək nəzərdə tutulub. Bunu Azərbaycanda da etmək mümkündür”.


Pandemiya qaydalarına hökmən riayət edilməlidir


ÜST-ün mətbuat katibi Marqaret Harris xəstəliyin simptomlarının, eləcə də sağalma prosesinin insanlarda fərqli olduğunu deyib: "Tədricən daha çox insanın uzunmüddətli COVID-19 xəstəliyindən əziyyət çəkdiyini görürük. Xəstəliyin simptomları fərqlidir. Bəzi insanlarda saçların tökülməsi, ciddi yorğunluq halları baş verir. Buna ortamüddətli simptomlar deyilir. Enerjili insanlar əvvəlki kimi enerjili olmadıqlarını bildirirlər. Bəzi insanlar isə pilləkənləri qalxarkən təngnəfəs olmalarından, həmçinin başağrısı, depressiya, psixoloji yorğunluq, görmə qabiliyyətinin zəifləməsindən, yataqdan çıxa bilməmələrindən şikayətlənirlər. Bütün bunlar müşahidə olunan simptomlardır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, xəstəliyi simptomsuz keçirənlərdə də müəyyən izlər qalır. Xəstəlikdən sağalma prosesi çox çətindir. Xüsusilə xəstəliyin kəskin dövründə onunla mübarizə aparmaq çətinləşir. Heç kimin bu virusa yoluxmasını istəmirik. Ona görə də hamıya yoluxmanın qarşısını almaq üçün əllərindən gələni etmələrini tövsiyə edirik”.

M. Harris vurğulayıb ki, qış fəsli Avropada soyuq keçir. Bu şəraitdə insanlar qapalı yerlərdə daha sıx toplaşırlar. Belə olan halda yoluxmanın qarşısını almaq çətin olur. Odur ki, qapalı yerlərdən, yaxın ünsiyyətdən və kütləvi tədbirlərdən qaçmaq lazımdır. Mütəxəssislər də payız-qış mövsümündə müxtəlif respirator xəstəliklərin fəallaşdığını nəzərə alaraq, pandemiya qaydalarına maksimum şəkildə riayət etməyi məsləhət görürlər. Bu qaydalar isə çox sadədir - tibbi maska taxmaq, gigiyena qaydalarına əməl etmək və sosial məsafə saxlamaq. Hazırda infeksiyadan qorunmağın yeganə və ən səmərəli yolu budur.

Xəyalə MURADLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM