Alternative content

02:06 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tovuzlu gənclərdə vətənpərvərlik ruhu yüksəkdir
Tovuzlu gənclərdə vətənpərvərlik ruhu yüksəkdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:16 23.09.2020


Cəbhə bölgəsində işğalçı ordunun təxribatı hər gün davam edir. Tovuzun sərhəd kəndləri günün bütün vaxtlarında atəşə tutulur. Lakin sakinlər öz ata-baba yurdlarını tərk etmək fikrində deyillər. Onlar həmişə olduğu kimi indi də gündəlik işləri ilə məşğul olurlar. Bilirlər ki, Azərbaycan Ordusu hər zaman olduğu kimi düşmənə layiqli cavab verəcək.

Ümumiyyətlə, Tovuz rayonunda vətənpərvərlik hissi yüksək səviyyədədir. Gənclər düşmənə layiqli cavab verməyə hər an hazırdırlar. Rayonun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndinin 17 yaşlı sakini Cavid Aslanov da ordu sıralarına qatılacağı günü səbirsizliklə gözləyir. O, torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazır olduğunu və Ali Baş Komandandan əmr gözlədiyiniı deyir: "17 yaşım var. Qaynar nöqtədə yaşayırıq. Düşmənin heç bir təxribatından qorxmuruq. Bu il iyul hadisələrində də ordumuzun necə güclü olduğunu hamımız gördük. Ali Baş Komandanımızın əmrini gözləyirəm, canla-başla döyüşüb torpaqlarımızı azad etməyə hazıram”.

Cavid kimi minlərlə gənc vətənin işğal altındakı torpaqlarını azad etmək üçün ordu sıralarında xidmət etməyə hazırdır. Rayon sakini Anar İsmayılov deyir: "İnsanlarda vətənpərvərlik ruhu iyul hadisələrindən sonra daha da qüvvətləndi. Hərbçilərimizin şücaəti nəinki Qafqaza, bütün dünyaya səs saldı. İnsanların ordu sıralarına yazılması üçün səfərbərlik xidmətinə necə axın etdiyini hamı gördü”.

Digər rayon sakini Fərid Məmmədzadə də Ali Baş Komandanın əmrini gözlədiyini söyləyir: "Əhvali-ruhiyyəmiz yüksəkdir. Güclü ordumuza güvənirik. Hər an Ali Baş Komandanın əmrini gözləyirik. Düşmən nə qədər təxribat etsə də, ordumuz güclüdür, onların cavabını layiqincə verir. Bu isə bizi daha da ruhlandırır”.

Gənclərimizin vətən sevgisini iyul döyüşləri bir daha göstərdi. Qısa müddətdə minlərlə gənc torpaqlarımızın tezliklə azad olunması uğrunda döyüşə qatılmaq üçün səfərbərlik xidmətində qeydiyyatdan keçdi.

Düşmən Azərbaycan Ordusunun gücünə hər ötən gün daha yaxşı bələd olur. Həm ön cəbhədə aldığı sarsıdıcı zərbələr, həm də Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun günbəgün artması düşmənə gözdağıdır. Bu isə Qələbənin çox da uzaqda olmadığını deməyə əsas verir.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM