22 Sentyabr 2020 23:15
809
DÜNYA
A- A+

Prezident Ərdoğan: Bəşəriyyətin taleyi bir neçə ölkənin ümidinə qala bilməz


Mövcud qlobal mexanizmlərin pandemiya ilə mübarizədə nə qədər təsirsiz qaldığını gördük. Belə ki, BMT-nin ən mühüm qanunverici orqanı olan Təhlükəsizlik Şurasının pandemiya ilə mübarizəni gündəliyə çıxarması üçün həftələr, aylar lazım oldu. Pandemiyanın əvvəllərində ölkələr köməksiz vəziyyətdə tərk edildilər. Beləliklə, illərlə bu tribunadan israrla bəyan etdiyim "dünya beşdən böyükdür" prinsipinin haqlılığını bir daha görmüş olduq. Bəşəriyyətin taleyi bir neçə ölkənin ümidinə qala bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də BMT Baş Məclisinin 75-ci illik sessiyasinda onlayn qaydada çıxış edərkən deyib.

Baş Məclisin sessiyasının "COVID-19 ilə mübarizə və çoxtərəflilik” mövzusuna həsr olunmasını təqdir edən Türkiyə Prezidenti ölkəsinin bu məsələdə bütün öhdəlikləri yerinə yetirdiyini və pandemiya ilə mübarizədə dəstəyi davam etdirəcəyini bildirib.

Pandemiyanın dünyanı ciddi sınaqlarla qarşı-qarşıya qaldığı bir dövrdə yaxaladığını ifadə edən qardaş ölkənin dövlət başçısı qloballaşma, beynəlxalq sistem və çoxtərəfliliyin COVID-19-un təsiri nəticəsində artıq ciddi müzakirə mövzusuna çevrildiyini bildirərək deyib: "Beynəlxalq təşkilatlara inamın azalmasının qarşısını almaq üçün ilk növbədə düşüncəmizi, qurumlarımızı və qaydalarımızı nəzərdən keçirməliyik. Güclü çoxtərəflilik üçün təsirli çoxtərəfli qurumlar olmalıdır. Təhlükəsizlik Şurasının yenidən formalaşdırılmasından başlayaraq, qısa müddətdə genişmiqyaslı islahatlar aparılmalıdır. Şuranı daha təsirli, demokratik, şəffaf, hesabatlı bir struktura və mexanizmə çevirməliyik”.

Bununla yanaşı, beynəlxalq ictimaiyyətin ortaq vicdanını əks etdirən Baş Assambleyanın da gücləndirilməsinin önəmini qeyd edən Prezident Ərdoğan BMT-nin bəşəriyyət üçün sülh, ədalət və rifah anlayışları baxımından mühüm struktura çevrilməsinin vacibliyini bildirib: "Pandemiyanın öhdəsindən hələ də gələ bilmədiyimizi nəzərə alaraq, çoxtərəfli əməkdaşlıq üçün bütün qurum və mexanizmlərdən mümkün qədər səmərəli istifadə etməliyik. Uzunmüddətli problemlərin həlli üçün beynəlxalq həmrəylik çox vacibdir”.

Prezident Rəcəb Tayyib Ərdoğan "Dost dar gündə tanınar” anlayışı ilə hərəkət edən Türkiyənin tibbi ləvazimata ehtiyac duyan 146 ölkəyə və 7 beynəlxalq təşkilata yardım etdiyini, 141 ölkədəki 100 mindən çox vətəndaşını Vətənə gətirdiyini və həmin səfərlərlə 67 ölkədən 5500-dən çox əcnəbini də öz ölkələrinə apardıqlarını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video