22 Sentyabr 2020 18:46
763
DÜNYA
A- A+

Əfqanıstanda taliblərlə döyüşlərdə 11 hərbçi və polis əməkdaşı həlak olub

Əfqanıstanın Kapisa və Balx əyalətlərində "Taliban" hərəkatının yaraqlılarının hücumları nəticəsində təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olub.

Kapisa əyaləti Polis İdarəsinin nümayəndəsi Abdulşayiq Şuriş Taqab qəzasında polis məntəqəsinə taliblərin hücumunun qurbanının 6 polis əməkdaşının olduğunu bildirib.

Onun sözlərinə görə, hücumdan sonra döyüş başlayıb, taliblər də itki veriblər.

Balx əyaləti Qubernatoru administrasiyasının nümayəndəsi Munir Əhməd taliblərin Xivad Palas Puş rayonunda hərbi blokposta hücum etdiklərini və nəticədə beş hərbçinin həlak olduğunu bildirib.

Bununla yanaşı, ekstremistlər üç hərbçini oğurlayıblar.

Son iki həftə ərzində Əfqanıstanda "Taliban" hərəkatının yaraqlılarının hücumları nəticəsində 98 dinc sakin həlak olub, 230 nəfər yaralanıb.

DİN-dən verilən məlumata görə, taliblərin hücumları ölkənin 24 vilayətində baş verib.

Qurbanların ən çoxu Tahar və Nənqarhar əyalətlərində qeydə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video