22 Sentyabr 2020 17:44
407
SİYASƏT
A- A+

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

Cənubi Qafqazda sülhə nail olunmasının yeganə yolu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri "Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib. O, təəssüflə bildirib ki, Ermənistan BMT qətnamələrini yerinə yetirməməklə yanaşı, onların reallaşdırılmasını əngəlləyir. Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması sülhün bərqərar edilməsinin yeganə yoludur.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişə nail olmaq üçün Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etmək təklifini irəli sürüb. "Bunun alternativi tammiqyaslı hərbi əməliyyatların başlanmasıdır”, - deyə İ.Korotçenko bildirib.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun Ermənistanı "Kazan formulu”nun müddəalarını yerinə yetirməyə çağırıb. Ekspert deyib ki, Paşinyan bunun üçün siyasi iradə nümayiş etdirməlidir, lakin o, ölkəsindəki radikalların onu ya öldürəcəklərindən, ya da devirəcəklərindən qorxur. "Paşinyan qorxu içində yaşadıqca, ya tammiqyaslı döyüş əməliyyatları başlaya, ya da blokada şəraitində olan Ermənistanda iqtisadi vəziyyət daha da pisləşə bilər. Dağlıq Qarabağ münaqişəsi istənilən halda həll olunmalıdır. Paşinyanın buna münaqişə zonasında vəziyyət pisləşənədək qol qoymağa siyasi iradəsinin çatıb-çatmayacağı məlum deyil”, - deyə S.Markov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video