22 Sentyabr 2020 15:38
915
CƏMİYYƏT
A- A+

Qubada müəllimləri koronavirusa yoluxan Qamqam kənd tam orta məktəbindən


Quba rayonu Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbində müəllimlərin koronavirusa yoluxması səbəbindən əyani formada tədris sentyabrın 21-dən dayandırılıb. Hazırda dərslər distant formada davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbdə koronavirusa ilk yoluxma halı sentyabrın 18-də qeydə alınıb. İxtisas müəllimlərindən birinin səhhətindəki narahatlıq onun COVID-19 virusuna yoluxmasına əsaslı şübhələr yaradıb. Məktəb kollektivindən virusa qarşı alınan analiz nümunələri nəticəsində məktəbin 7 müəllim və bir texniki işçisinin koronavirusa yoluxması müəyyənləşib. Sonradan nümunə götürülən daha iki nəfərin də virus daşıyıcısı olduğu aşkarlanıb.

Məktəbin direktor müavini Samir Novruzov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, təhsil müəssisəsində, ümumilikdə, 443 şagird təhsil alır. Onlardan 168-i ibtidai siniflərdə oxuyan uşaqlardır. Məktəbdə 36 müəllim və 14 texniki işçi var. Kollektivdə koronavirusa qarşı test olunanların bəzilərində cavablar hələ ki, çıxmayıb.

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev AZƏRTAC-a müsahibəsində bildirib ki, məktəbdə əyani dərslər müvəqqəti dayandırılsa da, digər müəllimlərin test nəticələri məlum olduqdan sonra tədrisin davamı ilə bağlı qərar veriləcək. İbtidai sinif müəllimlərində virus aşkarlanarsa, təhsil ya distant, ya da məktəbə digər yaxın təhsil ocaqlarının pedaqoqlarını cəlb etməklə davam etdiriləcək.

Qamqam kənd tam orta məktəbində müəllimlər arasında kütləvi yoluxmanın səbəbi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Hazırda məktəbdə koronavirus infeksiyasına qarşı təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video