Alternative content

14:35 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş prokuror veteran prokurorluq işçiləri ilə görüşüb
Baş prokuror veteran prokurorluq işçiləri ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:17 22.09.2020

Sentyabrın 22-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən veteran prokurorluq işçiləri ilə görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş iştirakçılarını salamlayan Baş prokuror ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətində yeni bir dövrün başlandığı prokurorluq orqanları tərəfindən müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlərin, o cümlədən görkəmli ictimai xadimlərə və dövlət xadimlərinə qarşı törədilən terror aktlarının, dövlət əmlakının mənimsənilməsi və bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələrinin istintaq olunduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqətin göstərildiyini vurğulayan Baş prokuror mühüm dövlət təsisatlarından biri kimi prokurorluq orqanlarının maddi-sosial bazası üçün yaradılmış təminatlar barədə söz açıb.

Tədbirdə Azərbaycan Prokurorluğunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Eyni zamanda, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsində veteran prokurorluq işçilərinin səmərəli təcrübəsinə daim ehtiyacın olması qeyd olunub.

Görüşdə Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında şərəfli yol keçmiş veteranlara son zamanlar prokurorluq orqanlarında həyata keçirilmiş kadr islahatları barədə məlumat verib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 21 may tarixli Sərəncamı ilə "Əməkdar hüquqşünas” fəxri adı ilə təltif olunmuş Baş prokurorun sabiq müavinləri Rüstəm Usubova və Namiq Əsgərova dövlət mükafatları, prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əmək veteranı” fəxri adı ilə təltif olunmuş bir qrup prokurorluq işçilərinə isə vəsiqələr təqdim edilib.

Görüşdə prokurorluq orqanlarının keçdiyi inkişaf yolundan danışılıb, ötən günlər xatırlanıb. Prokurorluq orqanlarında uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiəsində xidmət aparmanın qürurverici olduğunu vurğulayan veteran işçilər prokurorluq peşəsinin çox şərəfli və məsuliyyətli olmasından, ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğısından söz açıblar.

Bundan başqa, veteran prokurorluq işçiləri insan hüquq və azadlıqlarının təmini, beynəlxalq hüquqi əməkdaşlıq sahəsində fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində təkliflər veriblər. Görüşə görə təşəkkürlərini bildirən veteranlar belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdıraraq gənc əməkdaşların prokurorluq veteranlarının təcrübəsindən daim yararlanaraq peşəkarlıqlarını artıracaqlarını diqqətə çatdırıblar.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, ötən illərdən bağlı qalmış cinayətlərin açılmasında, habelə cinayətkarlığın profilaktikası və təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanılacağını vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM