Alternative content

14:26 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerGold” istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti
“AzerGold” istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:16 22.09.2020

Son illər Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı istiqamətində hökumətin apardığı institutsional islahatlar nəticəsində bu sahəyə şirkətlərin marağı artıb. Artıq bir-birinin ardınca iri müəssisələr öz istiqrazlarını qiymətli kağızlar bazarında müxtəlif səciyyəli investorlara təqdim edir. "AzerGold” QSC də ölkənin qeyri-neft sektorunun əsas ixracatçılarından biri olaraq yerli və xarici investorlara, sıravi vətəndaşlara özünün qiymətli kağızlarını təqdim edir.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev AZƏRTAC-a bildirib ki, "AzerGold” bazara ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqraz buraxır. Əldə olunacaq vəsait şirkətin qızıl istehsalı üzrə texnoloji imkanlarının artırılması və dünya bazarına daha çox qızılın çıxarılması istiqamətində hasilatın gücləndirilməsinə sərf olunacaq ki, bu da şirkətin gəlirlərinin artırılması ilə yanaşı, onun istiqrazlarının dəyərinin ən azı nominal qiymətdə qorunmasına və mövqeyinin qarşıdakı illərdə möhkəmlənməsinə səbəb olacaq. Bu da "AzerGold” QSC-nin sərmayəçiləri üçün ən sərfəli imkanları formalaşdırır.

O qeyd edib ki, "AzerGold” istiqrazları illik 4 faizlə, bir istiqrazın nominal dəyəri 100 ABŞ dolları olmaqla müştərilərə təqdim olunur. Şirkət öz müştərilərinə istiqrazlar üzrə gəlirləri ildə 4 dəfə, 3 aydan bir ödəməyi planlaşdırır. Bu, hətta sıravi vətəndaşlara ABŞ dollarında olan kiçik məbləğdəki yığımları istifadəsiz saxlamaq əvəzinə, gəlir gətirən qiymətli kağızlarda saxlamağa imkan yaradır. Vətəndaşların yığımları investisiya yönləndirilmədiyi təqdirdə illik inflyasiya dərəcəsi, qiymət artımı, dəyərdən düşmə kimi riskləri nəzərə alınaraq istiqrazlar sığortalanmaq üçün olduqca əlverişli təklifdir. "AzerGold” QSC-nin son maliyyə göstəriciləri onun dayanıqlı bir şirkət olduğunu deməyə əsas verir. Belə ki, şirkətin gəlirləri 2019-cu ildə 2018-ci ilə nisbətən 47,6 faiz yüksələrək 146 milyon 486 min manat təşkil edib. Həmçinin xalis mənfəət də 2018-ci ilə nisbətən ötən il 54,7 faiz artaraq 21 milyon 158 min manat olub. Son statistik göstəricilərə əsasən, şirkətin xalis aktivlərinin dəyəri 27 milyon 571 min 988 dollardır. Bütün bunlar şirkətin bazarda dayanıqlı mövqeyə sahib olduğunu ortaya qoymaqla "AzerGold”un qiymətli kağızlarının dəyərli bir investisiya aləti olacağını göstərir.

Ekspert bildirib ki, "AzerGold” son dövrlər dünya bazarına qızıl ixracını artırmaqdadır. Beynəlxalq aləmdə qızıl bazarının trendlərini izlədikdə görmək olar ki, qızıla olan tələbatın artması onun alış qiymətinin də böyük ölçüdə yüksəlməsinə gətirib çıxarır. Beynəlxalq ekspertlərin birgə rəyinə əsasən, qızıla olan tələbatın növbəti illərdə də artacağı gözlənilir. Bu artım nə zaman bitəcəyi məlum olmayan pandemiya şəraiti, üstəlik zərgərlik əşyalarına tələbatın artması (xüsusi ilə Çin və Hindistanda) və geosiyasi risklərlə xarakterizə olunur. "AzerGold” QSC-nin yeni qızıl yataqlarında apardığı işlər və ehtiyatlardan səmərəli istifadə sayəsində dünya bazarlarında artım templərinə daha cəld reaksiya verəcəyi gözlənilir. Bütün bunlar "AzerGold”un qiymətli kağızlarını yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedici edir. "AzerGold” istiqrazlarının başlıca hədəfinin geniş xalq kütləsi olması, həm də ölkədə aparılan sosial-iqtisadi siyasətə dəstək və əhalinin orta gəlirli hissəsinin öz xırda yığımlarını daha etibarlı saxlamaq baxımından da böyük əhəmiyyət kəsb edir. Sözügedən istiqrazlar şirkətin səhmlərinin alışına və bankda əmanət yatırmağa nisbətən daha təhlükəsiz şəkildə maliyyə vəsaitinin saxlanması ilə yanaşı, həm də yüksək gəlir mənbəyidir. Həmçinin sadə vətəndaşlar ABŞ dollarında olan yığımlarını hər hansı bir bankda əmanət hesabına yatırdıqda bundan orta hesabla illik 2 faiz gəlir əldə etmək imkanı qazandığı halda "AzerGold” istiqrazlarından iki dəfə daha çox, 4 faiz gəlir əldə etmək imkanı yaranır. Üstəlik, istiqraz alıcısı tərəfindən istiqrazların alınması ilə bağlı vergilərin ödənilməsi nəzərdə tutulmayıb. Fiziki şəxslər Vergi Məcəlləsinə əsasən, faiz ödənişləri üzrə ödəmə mənbəyindən azaddırlar. Hüquqi şəxslər isə hər faiz ödənişi tarixində ödənişin 10 faizi həcmində ödəmə mənbəyindən vergi tutmaqla öz faizlərini alacaqlar. Bank və bank təşkilatlarının faizdən əldə etdikləri gəlirlər sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab edildiyindən, onlara ödənilən faizlərdən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulmayacaq. "AzerGold” QSC-nin bu təkliflə çıxış etməsi onun istiqrazlarının digər yatırımlara nisbətən səmərəliliyini ortaya qoyur.

"AzerGold” istiqrazlarının əldə edilməsi onun ilkin alışından gəlir götürməklə yanaşı, qiymətli kağızların təkrar bazarı vasitəsilə investorlar əlavə qazanc imkanları da qazanır. "AzerGold” istiqrazlarının Bakı Fond Birjasında alıcılara təqdim edilməsi yerli alıcılar üçün onun əlçatanlığını daha da artırır. Bakı Fond Birjasında son 5 ildə aparılan infrastruktur və institusional yenidən qurmalar nəticəsində birjanın fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu artırıb. Ümumilikdə, yeni istiqrazlar yerli sərmayəçilərin iri layihələrdə iştirakına, eləcə də hər bir alıcı üçün "AzerGold”un uzunmüddətli inkişafında pay sahibi olmasına şəraiti yaratmaqla yanaşı, ümumilikdə milli iqtisadiyyat və dağ-mədən sənayesinin tərəqqisinə töhfə vermək kimi imkanlar açacaq. "AzerGold” istiqrazları sadalanan fürsətləri dəyərləndirmək üçün olduqca cəlbedici vasitədir”, - deyə R.Atakişiyev vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM