22 Sentyabr 2020 15:08
1511
PARLAMENT
A- A+

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Sentyabrın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Rzayev həmkarlarını yeni sessiyanın başlanması münasibətilə təbrik edib, onlara payız sessiyasında uğurlar arzulayıb.

T.Rzayev 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib. O, ötən dövrdə komitənin gərgin işlədiyini diqqətə çatdırıb. Bildirib ki, bu müddətdə 7 iclas keçirilib, 17 məsələ müzakirə olunub. Ötən müddətdə komitədə "İstehsalat və məişət tullantıları haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ekoloji təhlükəsizlik haqqında”, "Bələdiyyələrin su təsərrüfatı haqqında”, "Ovçuluq haqqında”, "Baytarlıq haqqında”, "Fitosanitar nəzarəti haqqında”, "Yeyinti məhsulları haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Torpaq icarəsi haqqında”, "Torpaq islahatı haqqında”, "Torpaq bazarı haqqında”, "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” qanunlarda, Torpaq Məcəlləsində, İnzibati Xətalar və Mülki məcəllələrdə dəyişiklik olunması barədə sənədlərə baxılaraq, Milli Məclisin plenar iclasına tövsiyə edilib. Həmin qanun layihələrinin əksəriyyəti qəbul olunub.

Sessiyalar ərzində komitənin ünvanına daxil olmuş 31 təklif, ərizə və şikayətə baxılıb, bəziləri müvafiq qaydada həll edilib, bəziləri araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Hesabat dövründə komitənin üzvləri ölkə daxilində keçirilmiş tədbirlərdə, mətbuatda müxtəlif səpkili çıxışlar edərək ölkəmizin siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlar barədə seçicilərini vaxtaşırı məlumatlandırıblar.

Hesabat məqbul hesab edilib.

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Respublika Ali Məhkəməsinin, Baş prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, "Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi barədə məsələlər daxildir.

Deputatlar Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev müzakirə ediləcək sənədlərlə bağlı fikirlərini açıqlayıb, təkliflərini bildiriblər. İclasın sonunda iş planı təsdiq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video