Alternative content

04:23 24 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:30 24.10.2020 Müslüm ucalığı
00:27 24.10.2020 Ömrü örnək olan alim
00:24 24.10.2020 BİLDİRİŞ
00:24 24.10.2020 BİLDİRİŞ
00:23 24.10.2020 BİLDİRİŞ
00:21 24.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Güclü dövlətin qüdrətli ordusu
Güclü dövlətin qüdrətli ordusu
ANA SƏHİFƏ / SİYASƏT
00:27 22.09.2020


İlham ƏLİYEV: "İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”


İyulun ortalarında dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatın qarşısının alınması Azərbaycanın Ermənistan üzərində üstünlüyünü son illərdə təsdiq edən növbəti hadisə oldu. Düşmən qəflətən hücum etsə də, ordumuzun sayıqlığı və müasir döyüş imkanları nəticəsində dərhal geri oturduldu. Əks-həmlə və zərbələrlə geri qaçmağa məcbur olan ermənilər ciddi tələfata məruz qaldılar.


Döyüş imkanları ən müasir standartlar səviyyəsinə çatdırılıb


Bu qələbə göstərdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə əsasını qoyduğu ordumuz onun arzu etdiyi kimi inkişaf edib, qüdrətlənib, regionun hərbi gücünə çevrilib. 27 il əvvəl təsəvvür də etmirdik ki, Azərbaycan tezliklə ən yüksək inkişaf göstəricilərinə nail olacaq, BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək, kosmik klubda yer alacaq. Lakin Heydər Əliyevin qurduğu və onun ideyaları ilə addımlayan Azərbaycan dövləti bütün bunlara nail oldu. Biz bu gün Heydər Əliyevin böyük müdrikliklə yerinə yetirdiyi xilaskarlıq missiyasının sayəsində uğurlarımızla, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixin ən qüdrətli Azərbaycanı ilə fəxr edirik.

Hər bir azərbaycanlının qürur və fəxarət duyduğu ünvanlardan biri də Silahlı Qüvvələrimizdir. Ulu Öndərin yaratdığı bu ordu İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 ildə böyük inkişaf yolu keçib.

Bu dövrdə Azərbaycanda ordu quruculuğu bir gün belə dayanmayıb, əksinə, daha geniş vüsət alıb, sürətlənib. Bunun nəticəsidir ki, Silahlı Qüvvələrimizin, hər bir qoşun növünün döyüş imkanları ən müasir standartlar səviyyəsinə çatdırılıb. Bu məqsədlə inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və texnikalar alınaraq ordumuzun arsenalına daxil edilib.

Ordumuzun inkişafı və arsenalını gücləndirməsi hərbi sahə üzrə ixtisaslaşmış reytinq agentliklərinin də diqqətindən yayınmayıb. İndiyədək paradlarda nümayiş etdirilən hərbi texnikalar, düşmənə müasir döyüş imkanları ilə zərbələrin vurulması Silahlı Qüvvələrimizin ən güclülər sırasına daxil olmasını şərtləndirib.


Düşməni lərzəyə salan təlimlər


Ordunun döyüş qabiliyyətini yüksəldən amillərdən biri hərbi təlimlərdir. Hər bir təlimdə çəkilən zəhmət, tökülən tər gələcək qələbələrin təməlidir. Təlim şəxsi heyətin döyüş ruhunun praktik artırılması, həm də silah və texnikadan istifadə qaydalarını mükəmməl mənimsəməkdir. Bu gün Azərbaycan Ordusunun hərbi təlimlərində həm də ən müasir silah və texnikalardan istifadə olunur ki, bu da qoşun növlərinin döyüş təcrübələrinin artırılmasına xidmət edir.

Təsdiq edilmiş plana əsasən, ordumuzun il ərzində çoxsaylı təlimləri keçirilir. Ən mühümü odur ki, Silahlı Qüvvələrimizin inkişaf göstəricilərinə uyğun olaraq təlimlərin sayı son illərdə xeyli artıb. İndi bu təlimlərdə ordumuzun bölmələri döyüş şəraiti üçün xarakterik olan ən vacib vəzifələrin yerinə yetirilməsini məşq edirlər.

Başqa bir mühüm məsələ isə Azərbaycan Ordusunun hərbi təlimləri Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə keçirməsidir. Türkiyə ilə hərbi əməkdaşlıq müdafiə sahəsinin demək olar ki, bütün istiqamətlərini əhatə edir. Qardaş dövlətin NATO-nun üzvü olması, hərbi qüdrətinə görə dünyanın ən güclüləri sırasında yer alması Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki belə ordu ilə birgə hərbi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun ən müasir döyüş imkanlarını mənimsəməsində böyük rol oynayır.

Bu ilin iyul ayının sonlarından etibarən hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının mühüm göstəricisi kimi tarixə düşdü. Ən əsası Azərbaycanın Tovuz qələbəsindən sonra belə bir möhtəşəm təlimin keçirilməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən mühüm hərbi mesaj oldu. Dərin narahatlıq keçirən Ermənistan və onun havadarları bir daha gördülər ki, Türkiyə bu məsələdə Azərbaycanın yanındadır.

Sentyabrın 19-da yerli televiziyalara müsahibə verən Prezident İlham Əliyev bu barədə deyib: "Bu təlimlər müntəzəm olaraq keçirilir. Hər il Azərbaycan hərbçilərinin xarici ölkələrlə birgə keçiriləcək təlimlər planı təsdiq edilir. Bütün bu təlimlər plan əsasında həyata keçirilir. Deməliyəm ki, son illər ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın və mənim birgə göstərişimizlə təlimlərin sayı ciddi şəkildə artmışdır. Keçən il 10-dan çox birgə təlim keçirilmişdir, həm Türkiyədə, həm Azərbaycanda, o cümlədən "TurAz Qartalı” təlimi birinci dəfə keçirilmir. Hər zaman "TurAz Qartalı” keçiriləndə Türkiyədən "F16”lar Azərbaycana gəlirdi və bizim təyyarələrlə, pilotlarımızla birlikdə birgə təlimlər keçirirdik. Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Yəni, burada qeyri-adi bir şey yoxdur. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil, Ermənistan özü baş çıxarsın. Amma bu təlimlər bir daha birliyimizi göstərir”.


Ermənistan qarşımızda duruş gətirə bilməyəcək


Beynəlxalq münasibətlər sisteminin bugünkü mənzərəsi də göstərir ki, güc amili yaranan problemlərin həllində əsas rol oynayan vasitədir. Artıq elə bir dövrə gəlib çatmışıq ki, beynəlxalq hüquq və onun prinsiplərinin toxunulmazlığı aktuallığını itirib. Ayrı-ayrı ölkələrin müxtəlif bəhanələrlə xarici hərbi müdaxilələrə məruz qalması bunun təzahürüdür.

Azərbaycan beynəlxalq hüququn subyekti kimi dünyada gedən bu cür neqativ prosesləri yaxından izləyir və özü üçün nəticələr çıxarır. Çünki respublikamız artıq 30 ildən artıqdır ki, hərbi təcavüzə məruz qalıb, torpaqlarımız işğal edilib. Bütün bu hadisələrdə ilk gündən beynəlxalq hüquq Azərbaycanın tərəfində olub. Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Lakin təəssüflə qeyd etməliyik ki, Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları nəticəsiz qalıb və haqlı olaraq bu formata və tərkibə inam itib.

Ona görə də Azərbaycanda ordu quruculuğu məsələləri daim dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Reallıq ondan ibarətdir ki, yüksək keyfiyyət göstəricilərinə malik ordumuzun qarşısında Ermənistan duruş gətirə bilməyəcək. Bunu vaxtaşırı ermənilərin özləri də etiraf edirlər. Beləliklə, Azərbaycan özünün tarixi torpaqları olan Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. "Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - deyə Prezident İlham Əliyev bildirib.

Güclü dövlətin əsas göstəricilərindən biri güclü ordudur. Bu baxımdan Azərbaycanın güclü orduya malik olması həm də dövlətimizin qüdrətli olması deməkdir. Bu ordu müasir texnika ilə təchiz edilmiş, qarşısında duran bütün vəzifələri həll etməyə qadir, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik peşəkar və mübariz hərbi gücdür. Ordu quruculuğu prosesi isə davamlıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu işlər səngimədən, dayanmadan, sürətlə və uğurla davam etdirilir. Təbii ki, ölkəmizin maliyyə imkanları artıqca ordumuz daha da qüdrətlənəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM