Alternative content

04:28 24 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:30 24.10.2020 Müslüm ucalığı
00:27 24.10.2020 Ömrü örnək olan alim
00:24 24.10.2020 BİLDİRİŞ
00:24 24.10.2020 BİLDİRİŞ
00:23 24.10.2020 BİLDİRİŞ
00:21 24.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yumşalmalar daha ciddi qorunma tədbirlərinə ehtiyac yaradır
Yumşalmalar daha ciddi qorunma tədbirlərinə ehtiyac yaradır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:22 22.09.2020


Pandemiya qaydalarına əməl olunmasa, yoluxma halları arta və karantin rejimi yenidən sərtləşdirilə bilər


Respirator virus infeksiyalarının artdığı payız-qış mövsümünün gəlməsi aylardır bütün düzəni alt-üst olan dünya ölkələrinin narahatlığını artırıb. Yumşalma tədbirlərindən sonra yoluxma sayının artması ilə əlaqədar bəzi dövlətlərin karantin rejimini yenidən sərtləşdirməsi də ekspertlərin proqnozlarının özünü doğrultduğunu göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropadakı regional direktoru Hans Kluge jurnalistlər üçün təşkil olunan brifinqdə Avropada COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyətin ağırlaşmağa başladığını bildirib: "Gözümüz önündə ciddi vəziyyət cərəyan edir. Avropada gündəlik yoluxma hallarının miqdarı pandemiyanın qitədə pik həddə çatdığı mart ayındakı səviyyəni ötüb. Son iki həftə ərzində Avropa ölkələrinin yarıdan çoxundan yoluxma hallarının 10 faizdən çox artdığı barədə məlumatlar daxil olur”.

Virusla mübarizədə bütün Avropa ölkələrini həmrəyliyə çağıran Hans Kluge bildirib ki, yoluxma hallarının əksəriyyəti 25-41 yaş arası insanlarda qeydə alınır.

Bəli, hazırda dünyada pandemiya ilə bağlı vəziyyət ürəkaçan deyil. COVID-19-a yoluxanların sayı 30 milyonu, infeksiya qurbanlarının sayı isə 1 milyonu ötüb. Bir sıra məhdudiyyətləri aradan qaldıran Avropa ölkələrində yoluxmaların sayında artım müşahidə edildiyindən yenidən qadağaların tətbiq olunmasına başlanılıb.


Bəzi vətəndaşlarda psixoloji olaraq arxayınlıq hissi yaranır


Görülən mühüm işlər nəticəsində Azərbaycanda vəziyyət ətraf ölkələrlə müqayisədə xeyli yaxşıdır. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə qlobal pandemiyaya qarşı həyata keçirilən operativ və çevik tədbirlər nəticəsində ölkədə sanitar-epidemioloji vəziyyət nəzarət altına salınıb, kütləvi yoluxmanın qarşısı alınıb. Sevindirici haldır ki, son iki ayda Azərbaycanda pandemiya ilə mübarizədə çox ciddi uğurlar əldə olunub. Yoluxma statistikasında kəskin azalma və stabillik yaranıb. Nazirlər Kabineti yanında Operativ Qərargah bunu nəzərə alaraq vaxtaşırı yumşalmalar barədə qərarlar verir və məhdudiyyətlər aradan qaldırılır. Lakin o da sirr deyil ki, yumşalma tədbirləri bəzi vətəndaşlarda psixoloji arxayınlıq hissi yaradır. Metropolitenin yenidən fəaliyyət göstərməsi, rayonlararası və şəhərlərarası gediş-gəlişin açılması, kafe-restoranların işləməsi, məktəblərdə əyani təhsilin bərpası virusun olmadığı və ya azaldığı kimi anlaşılır. Halbuki mütəxəssislər də xəbərdarlıq edirlər ki, yumşalma tədbirləri nəticəsində insanlar arasında ünsiyyət və təmas halları çoxalır, bu da yoluxmaların sayının artımına birbaşa təsir edir. Ona görə də karantin rejimində yumşalmalar baş verdikcə əksinə, daha ciddi qorunma tədbirlərinə ehtiyac yaranır. Karantin qaydalarına riayət etmək pandemiya tam bitənə və ya kütləvi peyvəndlənmə həyata keçirilənə qədər aktual olaraq qalmalıdır.

Hazırda dünyada koronavirus əleyhinə yüzlərlə peyvənd hazırlanır. Onlardan yalnız bir neçəsi klinik sınaqlardan keçirilərək hazırlıq mərhələsinə gətirilib. Hələlik peyvənddən necə istifadə olunması və kimlərə tətbiq edilməsi üzərində müzakirələr aparılır. Tətbiq olunan vaksin effektli olmalı, yan təsirləri və fəsadları az olmalıdır. Vaksin, ilk növbədə, risk qrupundan olanlar üçün nəzərdə tutulur. Sonrakı mərhələdə isə əhalinin müəyyən qismi vaksinasiya ediləcək. Buna isə xeyli zaman lazımdır. O vaxta qədər isə təhlükəli virusdan qorunmağın yeganə və ən səmərəli yolu karantin rejimi qaydalarını ciddi şəkildə qorumaq - maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenaya riayət etməkdir. Əks təqdirdə yenidən arzuolunmaz statistika ilə qarşılaşa bilərik.


Soyuq aylarda koronavirusa yoluxanların sayı artacaq


Azərbaycanın baş infeksionisti Cəlal İsayev də noyabrda koronavirusa yoluxanların sayının artmasının gözlənilən olduğunu açıqlayıb. O, bunun səbəbini soyuq aylarda respirator virus infeksiyalarının baş vermə hallarının artması ilə əlaqələndirib: "Sözügedən infeksiyaların artması koronavirusun da artmasına gətirib çıxara bilər. İki virusun yanaşı olması isə xəstəliyin daha ağır gedişlə müşahidə edilməsinə səbəb olacaq”.

C.İsayev qeyd edib ki, yoluxma sayının çoxalması və ya azalması birbaşa insanlarla əlaqəlidir. İstər ən sərt, istərsə də hazırkı yumşalmalarla olan karantin tədbirlərində insanlar diqqətli olmasalar, nəticə dəyişməyəcək. Hər kəs karantin tədbirlərinə maksimum riayət etməlidir. Maskalar taxılsa, sosial məsafə gözlənilsə, əllər tez-tez yuyulub spirtlənsə, sıx yerlərdə toplaşmağın qarşısı alınsa, yoluxma sayı artmayacaq. Bu qaydalara əməl etməsək isə, ən sərt karantin rejiminin belə faydası olmayacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov da bildirib ki, soyuq aylarda digər respirator virus infeksiyaları artacaq. Həmin xəstəliklə üzləşənlərdə COVID-19-a yoluxmanın baş verməsi xəstəliyin daha ağır keçməsi üçün zəmin yaradacaq. Ona görə də bütün dünyada bu il qrip əleyhinə vaksinasiyanı çox ciddi şəkildə həyata keçirmək nəzərdə tutulub. Payız-qış mövsümündə başlıca məqsəd mövsümi qripdən qorunmaq və koronavirusa yoluxduqda ağırlaşma halının qarşısını almaqdan ibarət olacaq. Ona görə də iki infeksiyanın birlikdə rast gəlinib daha ağır nəticələrə səbəb olmaması üçün çalışmaq lazımdır.


Dövlətə ən böyük dəstək karantin qaydalarına əməl etməkdir


A.Qurbanovun sözlərinə görə, yaxın günlərdə respublikaya dördvalentli qrip vaksinləri gətiriləcək. Dördvalentli həmin vaksinin tərkibində qrip törədicisinin ən geniş yayılmış dörd ştamı var, heç bir yan təsiri və fəsadı yoxdur. Vaksinasiya edilənlər qrip xəstəliyi ilə üzləşməyəcək: "İlk növbədə, risk qrupuna daxil olanların, yəni qrip, o cümlədən COVID-19-u çox ağır keçirənlərin vaksinasiyası nəzərdə tutulur. Həmin qrupa yaşı 65-dən yuxarı olanlar, xroniki, ağciyər, ürək-damar, onkoloji xəstəlikləri olanlar, şəkərli diabetdən əziyyət çəkənlər aiddir. Risk qruplarında olanlar arasında iki infeksiyanın birlikdə rast gəlinməsinin qarşısı alınsa, səmərəli nəticələr gözləməyə dəyər. Uzun illərdən bəri istifadə olunan qrip vaksini çox az yan təsirə malikdir, ondan ehtiyatlanmaq lazım deyil. Aparılan müzakirələr nəticəsində inaktivləşdirilmiş, yəni öldürülmüş vaksinlərin alınması qərara alınıb. Həmin vaksinlərin içərisində heç bir canlı törədici, virus yoxdur. Məqsəd vaksinasiya olunmuş orqanizmdə həmin viruslara qarşı immunitet əmələ gətirməkdən ibarətdir. Oktyabrın axırlarından başlayaraq həmin məsələlərin öz həllini tapması üçün tədbirlər görüləcək”.

Azərbaycan dövləti hər bir sakininin sağlamlığı, rifahı, təhlükəsizliyinin etibarlı təmini üçün lazım olan bütün tədbirləri görür. Pandemiya ilə mübarizədə qəbul edilən bütün qərarların qəbulunda məhz bu məsələ prioritet kimi önə çıxarılıb. Lakin o da həqiqətdir ki, görülən tədbirlərin tam effektli olması hazırda vətəndaş məsuliyyətindən birbaşa asılıdır. Hər kəs başa düşməlidir ki, vətəndaş olaraq dövlətə ən böyük dəstək tətbiq olunan karantin qaydalarına ciddi şəkildə əməl etməkdən ibarətdir. Əks halda yoluxma halları yenidən artacaq, nəticədə isə karantin rejiminin yenidən sərtləşdirilməsinə ehtiyac yaranacaq. Ona görə də çox sadə qaydalara əməl etməklə özünüzü, ailənizi, ətrafınızı qoruyun ki, həyat tez bir zamanda əvvəlki normal halına qayıtsın.

Xəyalə MURADLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM