Alternative content

14:15 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil Nazirliyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyi ilə bağlı açıqlama yayıb
Təhsil Nazirliyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyi ilə bağlı açıqlama yayıb
ANA SƏHİFƏ / Təhsil
22:07 21.09.2020

Sosial şəbəkələrdə 7-ci sinif "Azərbaycan tarixi” dərsliyində "Arsak” toponiminin yer alması ilə bağlı bir çox qeyri-peşəkar və tarix elmi ilə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən təxribat xarakterli məlumat yayılıb. Burada əslində tarixi həqiqət təhrif olunaraq, əsassız şəkildə Azərbaycan tarixinin ayrılmaz parçası olan qədim Albaniyanın 12 vilayətindən biri Arsakın guya ermənilərə aid olması ilə bağlı yanlış və heç bir mənbəyə əsaslanmayan şərhlər verilir. Ancaq bir çox tarixçi alimlərin (M.Kalankatuklu, A.A.Bakıxanov, Z.Bünyadov, F.Məmmədova, Q.Qeybullayev və b.) sübut etdiyi kimi, Arsak yer adı tamamilə qədim Azərbaycana aid olan məkan və addır və işğalçı qonşuların Azərbaycanın bir çox tarixi yer adları kimi bu adı da özününküləşdirmə cəhdi sadəcə tarixi saxtakarlıq nümunəsidir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bir çox sosial şəbəkə yazarları özəl nəşriyyat tərəfindən çap olunan tarixi məlumat kitabçası ilə nazirliyin nəşr etdirdiyi 7-ci sinif "Azərbaycan tarixi” dərsliyini qarışdıraraq mətləbdən tamamilə uzaq düşmüş və məsələnin nə yerdə olduğundan xəbərsiz olaraq sosial şəbəkə istifadəçilərinə yanlış məlumat veriblər. Əslində isə 7-ci sinif "Azərbaycan tarixi” dərsliyində yer alan tarixi məlumatlar tarixçi alimlər tərəfindən səhih tarixi mənbələrə istinad edilərək təsbit olunub. Digər "dərslik” kimi təqdim olunan kitab isə nəinki dərslik deyil, hansısa özəl nəşriyyat tərəfindən ali məktəblərə hazırlaşanlar üçün çap edilmiş soraqçadır və Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur.

Xatırladaq ki, hələ 2015-ci ildə Təhsil Nazirliyi bununla bağlı rəsmi olaraq öz mövqeyini bildirib. Buna baxmayaraq həmin məsələ yenidən gündəmə gələrək insanlarda çaşqınlıq yaradıb.

Bir daha tarixçilərin dəqiq mənbələrinə istinadən deyə bilərik ki, tarix dünənin mirası olmaqla, həm bu günün mirası, sabahın aynasıdır. Biz hamımız tarixi gerçəkliyi dəqiq mənbələrə istinadən verməklə, həm də öz missiyamızı yerinə yetiririk.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM