21 Sentyabr 2020 18:46
843
DÜNYA
A- A+

Ankara təhqirlə bağlı Afinadan operativ reaksiya gözləyir

Türkiyənin Ədliyyə naziri Abdulhəmid Gül "Dimokratia" qəzetində Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz məqalə ilə əlaqədar Yunanıstanın Ədliyyə naziri Kostas Siarasa məktub göndərib.

"Yunan nəşrinin səhifələrindən Türkiyə prezidentinin təhqir olunması əxlaq və utanc sərhədlərini aşır. Xoşməramlı prinsiplərə zidd olan bu addımı qətiyyətlə pisləyirəm", - deyə Türkiyə nazirinin məktubunda bildirilir.

Gül Türkiyə prezidentinin ünvanına "təhqiredici və yolverilməz" yazı ilə əlaqədar Yunanıstan hökumətinin dərhal reaksiya verəcəyinə ümidvar olduğunu bildirib.

Sentyabrın 18-də "Dimokratia" yunan nəşrində Türkiyə Prezidentinin ünvanına təhqiramiz məqalə dərc olunub.

nən Türkiyə dövlət başçısının vəkilləri "Dımokratia" rəhbərliyindən şikayətlə prokurorluğa müraciət ediblər.

Prezident Ərdoğanın vəkillərinin şikayətində Avropa İnsan Hüquqları Məhkəməsinin söz azadlığının qorunması ilə bağlı qərarlarına və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ("fikir ifadə azadlığı") diqqət cəlb olunur. Vəkillər qeyd edirlər ki, yunan nəşrinin hərəkətləri söz azadlığının təzahürü kimi qəbul edilə bilməz.

Ankara Şəhər Prokurorluğu buna cavab olaraq Türkiyənin Cinayət Məcəlləsinin 299-cu maddəsi ilə "prezidentə açıq təhqir"maddəsi ilə cinayət işi qaldırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video