Alternative content

19:29 19 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-da bir gündə 1 milyon COVID-19 testi keçirilməklə yeni rekord müəyyən edilib
ABŞ-da bir gündə 1 milyon COVID-19 testi keçirilməklə yeni rekord müəyyən edilib
ANA SƏHİFƏ / DÜNYA
16:34 21.09.2020

Ötən bazar günü Birləşmiş Ştatlarda bir gün ərzində keçirilmiş COVID-19 testlərinin sayına görə yeni rekord müəyyən edilib. Həmin gün ölkədə 1 milyon test keçirilib. ABŞ-da koronavirusdan ölənlərin sayı 200.000 nəfərə yaxınlaşır.

AZƏRTAC COVID-19-un izlənməsi layihəsinin məlumatlarına istinadla xəbər verir ki, ötən cümə və şənbə günləri ərzində Birləşmiş Ştatlarda 1.061.411 yeni COVID-19 testi keçirilib. Cons Hokkins Universitetinin statistik məlumatına əsasən, ABŞ-da COVID-19 ilə bağlı 199.411 ölüm faktı qeydə alınıb. Bazar günü üçün olan məlumata görə, ölkədə 6.782.083 yoluxma halı baş verib. Bu, dünya ölkələri arasında ən yüksək göstəricidir.

Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı may ayında 100.000 nəfərə çatmışdı. Həmin vaxt Vaşinqton Universitetinin Sağlamlığın Qiymətləndirilməsi İnstitutundan olan ekspertlər oktyabr ayına qədər COVID-19-dan ölənlərin sayının 180.000 nəfərdən az olacağını proqnozlaşdırırdı. O vaxtdan bəri universitet öz proqnoz məlumatlarına düzəliş edib və yanvar ayına qədər ölkədə ölüm hallarının 410.000 həddində olacağını bildirib.

Microsoft şirkətinin həmtəsisçisi və xeyriyyəçisi Bill Qeyts bazar günü Tramp administrasiyasının koronavirusa qarşı mübarizə tədbirlərini kəskin tənqid edib. Bill Qeyts bu tədbirlərin səmərəli olmadığını vurğulayaraq deyib ki, amerikalıların çoxu testlərin nəticələrini 24 saat ərzində ala bilmirlər.

Tramp administrasiyasının əlindən heç nə gəlməməsini "hiddənləndirici” fakt adlandıran Qeyts daha sonra dünyada pandemiyanın aradan qaldırılacağı məsələsində nikbin olduğunu bildirib. O, 2022-ci ilə qədər pandemiyanın başa çatacağını proqnozlaşdırıb və deyib ki, 2021-ci ildə yoluxanların sayı azalacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM