21 Sentyabr 2020 16:33
374
SİYASƏT
A- A+

Ukraynalı hərbçi: Azərbaycan Ordusu işğal olunmuş torpaqlarını istənilən an azad etməyə qadirdir


Azərbaycan Ordusu işğal olunmuş torpaqlarını istənilən an azad etməyə qadirdir. Ermənistan silahlı qüvvələrinin sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribatı daxili auditoriyaya hesablanmış bir addımdır.

Bu fikirləri ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov AZƏRTAC-a məxsusi açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə daxilində nüfuzu aşağı düşdüyündən o, əhalinin diqqətini münaqişəyə yönəltmək, bununla da hakimiyyətini qorumaq istəyir.

"Bu gün Azərbaycanın nizamlı, müasir silahlarla təchiz olunmuş peşəkar ordusu var. Əgər Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini sülh yolu ilə azad etmək istəmirsə, Azərbaycan Ordusu müharibə yolu ilə torpaqları azad etməyə hər an hazırdır”, - deyə ukraynalı hərbçi əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video