Alternative content

19:51 19 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən bazar günü bütün Avropa üçün koronavirus kabusuna çevrilib
Ötən bazar günü bütün Avropa üçün koronavirus kabusuna çevrilib
ANA SƏHİFƏ / DÜNYA
14:43 21.09.2020

Ötən bazar günü Avropa İttifaqına üzv ölkələrin bəzisində koronavirusa yoluxmanın sayında yeni sutkalıq rekord müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, təkcə Almaniyada sutka ərzində yeni pasiyentlərin sayı 2297 nəfərə çatıb. Portuqaliyanın hakimiyyət orqanları da həyəcan təbili vururlar: ölkədə sutka ərzində mindən çox yoluxma faktı qeydə alınıb. Bu ölkənin Baş Naziri Antoniu Kosta bəyan edib ki, əgər bu meyil saxlanılarsa, o halda təkrar karantindən yaxa qurtarmaq mümkün olmayacaq. O, vətəndaşları müəyyən edilən qaydalara etinasızlıq göstərməməyə çağırıb. Danimarka, öz növbəsində, sutka ərzində 454 yoluxma faktının aşkarlanmasından xəbər verib. Ötən həftənin əvvəlində Britaniyanın Baş Naziri Boris Conson ölkədə koronavirusun ikinci dalğasının başlanması barədə xəbərdarlıq edib və o, yanılmayıb: dünən digər Avropa ölkələrində olduğu kimi, bu ölkədə də yoluxanların sayında yeni sutkalıq rekord müşahidə edilib – 4422. İspaniya 14 min göstərici ilə sutka ərzində koronavirusa yoluxanların sayının antireytinqinin zirvəsindədir. Bu rəqəmlər yaz ayındakı pik göstəricilərdən 1,5 dəfə çoxdur. İspaniyanın ardınca ötən sutka ərzində 13,5 min yoluxma faktının müəyyən edildiyi Fransa gəlir.

Aİ-yə üzv ölkələrin çoxunun Səhiyyə Nazirliyi karantinin gücləndirilməsinə səsləyir. Virusoloqlar birinci mərhələdə kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulmasını və ictimai nəqliyyatdan istifadəyə məhdudiyyətlərin tətbiq olunmasını israr edirlər.

Ekspertlərin fikrincə, pasiyentlərin sayının artması aparılan koronavirus testlərinin sayının artması ilə bağlıdır. Avropa İttifaqı ölkələrinin hakimiyyət orqanları məcburi maska taxmaq rejimi, 50-dən yuxarı şəxsin bir yerə toplanmasına qadağa tətbiq ediblər, həmçinin restoranların iş vaxtı 22.00-dək məhdudlaşdırılıb. Koronavirus məhdudiyyətlərinə riayət olunmasına da ciddi nəzarət tətbiq edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM