Alternative content

07:11 27 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:01 27.10.2020 BİLDİRİŞ
01:01 27.10.2020 BİLDİRİŞ
01:00 27.10.2020 BİLDİRİŞ
01:00 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:58 27.10.2020 BİLDİRİŞ
00:58 27.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransa Prezidenti Tovuz təxribatı ilə bağlı müraciəti cavablandırıb
Fransa Prezidenti Tovuz təxribatı ilə bağlı müraciəti cavablandırıb
ANA SƏHİFƏ / SİYASƏT
12:07 21.09.2020
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı Fransa Prezidentinə müraciət ünvanlamışdı. ADFA-nın müraciətinə Fransa Prezidenti və Xarici İşlər naziri səviyyəsində yazılı cavab verilib. Bu cavab Fransa azərbaycanlılarının səsinin eşidilməsi, eləcə də Assosiasiyamızın ölkə rəhbərliyi səviyyəsində tanınmasıdır.

Bu fikirləri "Hermine” və "Avropa Təhsil İnnovasiyalar Mərkəzi” şirkətlərinin prezidenti və ADFA-nın vitse-prezidenti Loran Pultye dü Mesnil AZƏRTAC-a müsahibəsində səsləndirib.

O bildirib ki, ADFA Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəddə törədilən təxribatla bağlı Fransa Prezidentinə məktubla müraciət etmişdi. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Ona görə də baş verən hadisələrlə bağlı mövqeyini açıqlamalıdır. Fransa Prezidenti, eləcə də Xarici İşlər naziri ADFA-nın məktubuna cavab veriblər.

"Məqsədimiz Azərbaycan xalqının səsini Fransada eşitdirməkdir. Bunun üçün Assosiasiyamız Azərbaycan mədəniyyətinə dair tədbirlər təşkil etməkdə davam edəcək. Gələcəkdə Fransada fəaliyyət göstərən bütün assosiasiyaları bir araya gətirmək, Fransa Azərbaycanlıları Koordinasiya Şurasını bu ölkədə qeydiyyatdan keçirmək və onun vasitəsilə Azərbaycanın reallıqlarını, tarixini, mədəniyyətini və səsini fransızlara, eləcə də beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Əminəm ki, bu istiqamətdə tezliklə müsbət nəticələr əldə edəcəyik. Fransada artıq bir çox diasporların koordinasiya şuraları fəaliyyət göstərir. Fransa azərbaycanlıları diasporunun da belə bir şuraya ehtiyacı var”, - deyə L.P.dü Mesnil diqqətə çatdırıb.

Son günlər sosial şəbəkələr vasitəsilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda baş verən hadisələrə, Ermənistanın məskunlaşdırma siyasətinə münasibət bildirən Loran Pultye dü Mesnil deyib: "Ermənistan Azərbaycan torpaqlarını qeyri-qanuni işğal edib. Bundan əlavə, Ermənistan sosial vəziyyəti çətin olan Suriya, Livan kimi ölkələrdə çıxış yolu axtaran erməni mənşəli ailələri işğal etdiyi Dağlıq Qarabağa yerləşdirir. Ermənistan sadə insanların taleyi ilə oynayır, onları daha da acınacaqlı vəziyyətə yuvarlayır.

Məskunlaşdırma siyasəti ilə Ermənistan üzləşdiyi problemləri də açıb tökür. Belə ki, Ermənistan öz ərazisində, eləcə də işğal etdiyi Azərbaycan torpaqlarında ermənilərin çıxıb getdiyini, bu ərazilərin boşaldığını dolayı yolla təsdiqləyir.

Ermənistanın apardığı məskunlaşdırma siyasəti böyük qalmaqaldır. Ermənistan hökuməti öz xalqı tərəfindən sevilmir. Hökumət məskunlaşdırma fəaliyyəti ilə diqqəti daxili problemlərdən yayındırır. Erməni xalqı öz hökumətinin qurbanına çevrilib”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM