Alternative content

04:33 27 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:01 27.10.2020 BİLDİRİŞ
01:01 27.10.2020 BİLDİRİŞ
01:00 27.10.2020 BİLDİRİŞ
01:00 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:58 27.10.2020 BİLDİRİŞ
00:58 27.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət idarəçiliyinə müasir yanaşmanı önə çəkən islahatlar strategiyası
Dövlət idarəçiliyinə müasir yanaşmanı önə çəkən islahatlar strategiyası
ANA SƏHİFƏ / SİYASƏT
00:40 20.09.2020


Makroiqtisadi dayanıqlıq meyarına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş Azərbaycan inkişaf etmiş dövlətlər sırasına daxil olmağı strateji hədəflərdən biri kimi müəyyənləşdirib. Respublikamız dünya liderləri sayılan ölkələrlə sivil rəqabət aparmaq, qlobal iqtisadiyyata inteqrasiyanı daha da sürətləndirmək və inklüziv inkişaf indekslərinə çatmaq üçün yeni idarəçilik texnologiyalarına əsaslanan iqtisadiyyat quruculuğu yolunda inamla irəliləyir.

İqtisadi tərəqqi amilinin müasir dünyada dövlətlərin gücünü şərtləndirən başlıca amil olduğunu düzgün müəyyənləşdirən Azərbaycan Prezidenti İlham Əliyev ötən 17 ildə rəhbərlik etdiyi komandanın bütün səylərini məhz bu istiqamətdə toparlayıb. Dövlətimizin rəhbəri Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli inkişaf doktrinasının ssenarilərinə əsaslanaraq uzunmüddətli tərəqqi konsepsiyası hazırlayıb, respublikamızın siyasi, iqtisadi, sosial, humanitar və elmi-mədəni həyatında tamamilə yeni intibahın başlanmasının əsasını qoyub, müasir idarəetmə institutu formalaşdırıb. Eyni zamanda dərin və hərtərəfli biliyə malik çevik siyasətçi kimi qloballaşma və inteqrasiya proseslərində, habelə beynəlxalq görüşlərdə, yüksəksəviyyəli danışıqlarda milli mənafeləri əzmlə müdafiə edib.

İqtisadi modernləşmə siyasəti, habelə müasir çağırışlara əsaslanan strateji yol xəritələri qeyri-neft sektoru və sahibkarlığın yüksəlişinə təkan verməklə innovativ bilik iqtisadiyyatının formalaşmasına, insan amilinin önə çəkilməsinə və səmərəli sosial modelin tətbiqinə imkan yaradıb. Müasir intibahın elmi-konseptual əsaslarını təşkil edən və hazırda uğurla icra olunan strateji yol xəritələri iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətliyinin gücləndirilməsi, neftdən asılılığın aradan qaldırılması, keyfiyyətli ixrac məhsullarının artırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi baxımından dayanıqlı inkişafa möhkəm zəmin yaradıb. Yeni iqtisadi şəraitdə sistemli islahatların böyük əzm və qətiyyətlə həyata keçirilməsi Azərbaycanı qarşıya qoyulmuş hədəfə - dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla aparmaqdadır.

Ötən illərdə cənab İlham Əliyevin təsdiq etdiyi 50-yə yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində islahatların əsasını qoymaqla inkişaf prosesində ahəngdarlığı, yüksək dinamizmi təmin edib, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin aradan qaldırılmasına yönəlib. İnkişaf, sosial təminat və infrasruktur yönümlü bu layihələr, ilk növbədə, hər bir vətəndaşın layiqli həyat tərzinin təminatına, insan hüquq və azadlıqlarının qorunmasına, dövlət idarəçiliyinin çevik mexanizmlər əsasında həyata keçirilməsinə - bir sözlə, davamlı və sabit inkişafa xidmət edib.

"Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir” bəyanatı ilə çıxış edən dövlət başçısı cənab İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində yürütdüyü uğurlu siyasət pandemiya dövründə real nəticələrini verməyə başlayıb. Müstəqil respublikamız dünya iqtisadiyyatında neftin qiymətlərinin geosiyasi maraqlar əsasında müəyyənləşdiyi hazırkı mərhələdə sosial öhdəliklərini inamla icra edir, eyni zamanda sahibkarlığın inkişafına xidmət edən dəstək paketini inamla reallaşdırır.

İnkişaf etmiş ölkələrin belə koronavirusdan (COVID-19) ciddi ziyan çəkdiyi bir zamanda Azərbaycanın pandemiyaya qarşı mübarizədə mütərəqqi model ortaya qoyması bir daha təsdiqləyir ki, ölkəyə rəhbərlik edən liderin müdrik və uzaqgörən qərarları bəzən bütöv bir xalqı faciədən hifz edir. Prezident İlham Əliyevin ilk aylardan dünyadakı prosesləri düzgün analiz edərək zamanında qətiyyətli və operativ tədbirlər görməsi onun xalqının sağlamlığını dövlətin iqtisadi-siyasi dividendlərindən daha üstün tutduğunu bir daha təsdiqləyib.

Azərbaycanda insan və vətəndaş amilinə həssas münasibətin mövcudluğunu pandemiya dövründə həyata keçirilən davamlı sosial layihələr bir daha təsdiqləyib. Sosial təcrid tədbirlərinin iş yeri müvəqqəti fəaliyyətini dayandırmış vətəndaşların rifahına və sahibkarların işgüzar fəallığına təsirləri nəzərə alınaraq mühüm dövlət proqramlarının işlənib hazırlanması və qəbulu diqqətdə saxlanılıb. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı əsasında pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dəyəri 3,5 milyard manata çatan sosial-iqtisadi dəstək paketinin qəbulu bu baxımdan xüsusi əhəmiyyətli olub.

Azərbaycan Prezidenti İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə, hüquqi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin bərqərar olmasına, iqtisadi resursların bu yönümdə səfərbər olunmasına yeni təkan verib. Siyasi fəaliyyətinin əsas istiqamətlərini milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq, xalq amilinin hakim mövqeyə malik olması, qüdrətli və müasir Azərbaycanın yaradılması, onun dünya birliyində tutduğu layiqli mövqenin daha da güclənməsi, qarşıya qoyulan məqsədlərə nail olunması, ölkənin dünyanın zəngin məmləkətlərindən birinə çevrilməsi, tolerantlığın, mültikultural dəyərlərin mənimsənilməsi və bu qəbildən olan digər amillər təşkil edən Prezident İlham Əliyev yeni yüzillikdə ölkəmizin intibahının möhkəm əsaslarını yaradıb. Onun qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Ermənistanın təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılıb.

Qeyd etmək lazımdır ki, 2018-ci ilin 11 aprel seçkiləri ölkədə siyasi liberallaşma və modernləşmə proseslərini sürətləndirməklə səmərəli, şəffaf və hesabatlığa əsaslanan dövlət idarəçilik sisteminin formalaşmasına yeni imkanlar açıb, hakimiyyət komandasına yeni ruh və müasirlik çalarları gətirib. Cənab İlham Əliyevin səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən həyata keçirdiyi struktur və kadr islahatları - xüsusilə də müasir qlobal çağırışları obyektiv dəyərləndirməyi bacaran, yüksək intellektual səviyyəli, müasir menecer təfəkkürlü gəncləri yüksək dövlət postlarına təyin etməsi sistem islahatlarının yeni mərhələsinə yaxşı imkanlar açıb. Hökumət komandasındakı son dəyişikliklər dövlət rəhbərinin gənc, perspektivli və vətənpərvər kadrların irəli çəkilməsi yolu ilə idarəetmə sistemində şəffaflığı, səmərəliliyi, hesabatlığı təmin etmək istəyinin bariz təcəssümüdür.

Prezident İlham Əliyev çıxışlarında hadisələrə, mövcud problem və nöqsanlara münasibət bildirməklə yanaşı, həm də proseslərin gələcək dinamikasını, həlli yollarını göstərir. Həm də o qədər yüksək peşəkarlıqla ki, bunun üçün ən müxtəlif sahələr üzrə yaxşı mütəxəssis olmaq lazımdır. Nitqlərində yer alan ayrı-ayrı məqamlar göstərir ki, cəmiyyət həyatına aid xırda detal belə dövlət başçısının diqqətindən kənarda deyil. Cənab İlham Əliyev təkcə müxtəlif mənbələrdən aldığı məlumatlarla kifayətlənmir, eyni zamanda bu məlumatları fərdi müşahidələri ilə birgə nəzərdən keçirərək ümumi qənaətə gəlir.

Dövlət başçısı cənab İlham Əliyev xalqın arzu və istəyini müxtəlif mənbələr, sosial şəbəkələr, eləcə də Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə dərindən öyrənir, təxirəsalınmaz qərarlar qəbul edir və məmurlar qarşısında ciddi tələblər qoyur. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı” deyən Prezident idarəçilikdə, fəaliyyətdə və düşüncədə yeniləşməni və sivil dəyərlərin tətbiqini zəruri sayır.

Ölkədə qlobal miqyası ilə sistem xarakteri almış, uzaq hədəflərə hesablanmış islahatların sosial sifariş amilinə söykəndiyi, xalqın arzu və istəklərini tam ifadə etdiyi göz önündədir. İki ildən artıq müddətdə ictimai həyatın bütün sahələrində aparılan kadr dəyişikliklərinin, şəffaflığa, bürokratik amillərin aradan qaldırılmasına xidmət edən struktur islahatlarının, tətbiq olunan innovativ idarəetmə modellərinin başlıca mahiyyəti insanları önə, diqqət mərkəzinə çəkməkdir: idarəetmənin şəffaflaşdırılması, bir çoxlarına həlli müşkül görünən neqativ amillərin aradan qaldırılması üçün ciddi siyasi iradənin ortaya qoyulması, icra hakimiyyəti orqanlarında əsaslı kadr dəyişikliklərinin aparılması, yeniliklərlə ayaqlaşa bilməyən kadrların vəzifələrindən uzaqlaşdırılması sistemli islahatların mühüm tərkib hissəsidir.

Ölkə Konstitusiyasında əksini tapmış hər üç hakimiyyət qolunda - icraedici, qanunverici və məhkəmə hakimiyyətində islahatların paralel şəkildə aparılması onun sistem xarakter daşımasını bir daha təsdiqləyir. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, demokratikləşmə prosesində hər üç hakimiyyət qolunun şəffaf, çevik işləməsi, müasir çağırışlara hazır olması başlıca şərtlərdəndir. Azərbaycanda da hər üç hakimiyyət qolunda reallaşdırılan islahatlar fundamental xarakter daşıyaraq insanların arzu və istəklərini tam ifadə edir.

2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq referendumu əsasında Azərbaycan Respublikasında vitse-prezidentlik institutunun yaradılması hakimiyyətin icraedici qolunun müasirləşdirilməsi istiqamətində mühüm addım kimi tarixiləşib. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təyin edilməsi idarəçiliyin müasirləşdirilməsi, hakimiyyətə ictimai inamın daha da gücləndirilməsi baxımından əhəmiyyətli addım olub. Birinci vitse-prezident vəzifəsinə çoxşaxəli fəaliyyəti ilə milyonların rəğbətini qazanmış layiqli bir şəxsiyyətin təyin olunması Azərbaycanın müasir dövlət idarəetmə sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub.

Ölkə vətəndaşları haqlı olaraq bu təyinatı ölkənin hazırkı və gələcək inkişaf perspektivləri baxımından yüksək dəyərləndirir. Həm də bu səbəbdən ki, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətində insan amilini daim uca tutub, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərin möhkəmlənməsinə, eləcə də Heydər Əliyev irsinin təbliğinə çalışıb. Onun əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə yaradıcı münasibəti, ölkə Prezidentinə yaxından dəstəyi islahatların son illərdə kifayət qədər geniş spektri əhatə etməsini və uğurlu olmasını şərtləndirən vacib amillərdəndir. Müasir idarəetmə səriştəsi, yeniliklərə meyilliliyi, ölkə qarşısındakı strateji hədəfləri aydın təsəvvür etməsi ümumən hökumətin fəaliyyətinin səmərəliliyini yüksəldib. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətində cəmiyyətin sosial sahələrinə həssas münasibət yenə ön plandadır və bu, 2004-cü ildən həyata keçirilən layihələrin uğurlu davamıdır.

Prezident İlham Əliyev əldə olunan iqtisadi nailiyyətlərin tempini, insanların yeniləşən həyat tərzi və təfəkkürünü nəzərə alaraq müasir tələblərlə uzlaşmayan idarəetmə tərzini dəyişməyə, ziyanlı vərdişlərin, bürokratik amillərin tamamilə aradan qaldırılmasına çalışır. İndiki mərhələdə dövlət başçısının başlıca tələbi yeniliklərlə ayaqlaşmaq, aparılan islahatların mahiyyətini düzgün dərk edərək ona dəstək vermək, bürokratik və neqativ amillərdən tamamilə uzaq olmaq, xalq üçün işləmək, hər bir vətəndaşın mənayeyini uca tutmaqdır.

Keyfiyyətcə yeni siyasi şəraitin tələblərinə cavab verən, islahatlara meyilli, kreativ kadrların yüksək vəzifələrə irəli çəkilməsi, mütərəqqi islahatları konyunktur iddia və maraqları baxımından həzm edə bilməyən, bu prosesdə əngələ çevrilən, bürokratik təfəkkür tərzindən uzaqlaşa bilməyən məmurların öz postları ilə vidalaşmaları deyilənləri bir daha sübut edir. Son 2 ildə aparılan ciddi kadr dəyişiklikləri, eləcə də korrupsiyaya qurşanmış şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ölkədə idarəetmə fəlsəfəsinin tamamilə dəyişməsi ilə bağlı cəmiyyətə verilən böyük mesajdır.

Ümummilli Liderin siyasətini əzmlə davam etdirən Prezident İlham Əliyevin son 17 illik fəaliyyətinin ən böyük uğurlarından biri də ölkədə milli hədəflərin formalaşmasıdır. Ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur.

Anar ƏSƏDOV,

hüquqşünas





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM