Alternative content

04:18 27 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:01 27.10.2020 BİLDİRİŞ
01:01 27.10.2020 BİLDİRİŞ
01:00 27.10.2020 BİLDİRİŞ
01:00 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:58 27.10.2020 BİLDİRİŞ
00:58 27.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənətə sevginin gücü
Sənətə sevginin gücü
ANA SƏHİFƏ / Mədəniyyət
00:37 20.09.2020


Bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin yaradıcılarından biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın ("Nərgiz”) müəllifi, Əməkdar incəsənət xadimi... Əlli iki illə müqayisədə çox böyük işlər, nailiyyətlərdir bunlar...

Yaxşı ki, əməlləri, qazandıqları və qazandırdıqları insan ömrünün uzunluğuna və ya qısalığına görə bəlirlənmir. Müslüm Maqomayev də qismətinə düşən əlli iki illik ömrü istedadının və zəhmətinin gücü ilə əbədiyyət mənzilinə yetirə bildi...


Musiqi sənəti yollarında


Əsl adı Əbdülmüslümdür. Tariximizdə Müslüm Maqomayev kimi xatırlanan sənətkar əslən Qax rayonunun İlisu kəndindəndir. İlisu kəndində dəmirçilik edən atası Məhəmməd Vladiqafqaz şəhərinə köçüb. Orada yaşayıb və çeçen qızı ilə evlənib.

Əbdülmüslüm adını verdikləri oğulları 1885-ci il sentyabrın 18-də Qroznı şəhərində dünyaya gəlib.

Ailədə ondan başqa iki oğlan və üç qız da olub.

Balaca Əbdülmüslüm uşaqlıq illərindən ailədə musiqiyə sevgi görüb. Bu sevgi onun həyatına təsir göstərib. İlk musiqi müəllimi böyük qardaşı olub.

Qroznı şəhər məktəbində təhsil aldığı illərdə musiqiyə marağı daha da artıb. Musiqi dərnəklərinə gedib. Məktəb orkestrinin başçısı olub, rəqs dərsləri keçib. Bacarığı və marağı yalnız musiqi ilə məhdudlaşmayıb. Məktəbin rəhbərliyi rəsmdə uğur qazanması üçün onun Sankt-Peterburqdakı incəsənət məktəbinə göndərilməsini təklif edib. Amma Müslümün ailəsinin maddi vəziyyəti buna imkan verməyib.

Qroznı şəhər məktəbini bitirdikdən sonra təhsil yoluna davam edib. Qori müəllimlər seminariyasına daxil olub. Üzeyir Hacıbəyli ilə də həmin illərdə, seminariyada tanış olub. Bu tanışlıq dostluğa, sonralar həm də qohumluğa çevrilib...

Tezliklə tələbə Müslüm Maqomayevin skripka və qaboyda gözəl ifa etdiyini seminariyada hər kəs bilib. Qori müəllimlər seminariyasında tələbələrin iştirakı ilə təşkil olunan simfonik və nəfəsli orkestrin konsertlərində o da iştirak etməyə başlayıb. Simfonik orkestrin baş ifaçısı olan gənc Müslüm Maqomayev bu konsertlərdə dəfələrlə dirijoru əvəz edib.

Tələbəlik illərində maraq dairəsi genişlənib. O, Qafqaz xalqlarının yaradıcılığı ilə maraqlanıb. Azərbaycan musiqisini öyrənərək xalq mahnılarını nota köçürüb xor üçün tərtib edib. Onun topladığı əsərlər Parisdə keçirilən Dünya Sərgisində təqdim olunub.

1904-cü ildə seminariyada təhsilini uğurla başa vurduğu üçün skripka və pulla mükafatlandırılıb. Təyinatı Şimalı Qafqazın Bekoviç kəndinə verilib. 1905-ci ildə isə o, Azərbaycanda çalışmaq arzusu ilə Lənkəran şəhərinə gəlib. Orada müəllim işləyib. Gənc pedaqoq bu şəhərdə həm də mədəniyyətin inkişafı üçün bacarığını və əməyini əsirgəməyib. Nəfəsli alətlər orkestri, xor, balalayka çalanlar ansamblı yaradıb. Lənkəran teatr qrupunun çıxışları "Bakı” qəzetinin "Müsəlman həyatı” məqaləsində əks etdirilib. Üzeyir Hacıbəyli onun xidmətləri barədə yazıb: "Gənc müəllim böyük təşəbbüs göstərərək müxtəlif özfəaliyyət dərnəkləri yaradır, bütün vaxtını sevimli sənəti olan musiqinin təbliğinə verir”.

Həmin illərdə Üzeyir bəy öz məktublarında dostuna Bakıya gəlməyi məsləhət görüb. Bakıda milli musiqimizin təbliği və inkişafı istiqamətində görülən işlər, Üzeyir bəyin xidmətləri Müslüm Maqomayevin diqqətini cəlb edib.

Bakıya 1911-ci ildə köçüb. Burada şəhər kollecində işə başlayıb. Müəllimliklə yanaşı, yerli işçilərin savadlanması üçün axşam kursları açıb.

O, Bakıda da müəllimliklə kifayətlənməyib. Üzeyir Hacıbəylinin rəhbərlik etdiyi Müsəlman opera truppası ilə əməkdaşlığa başlayıb. Əvvəl musiqiçi kimi fəaliyyət göstərib. Müsəlman opera truppasının yaratdığı Azərbaycan musiqili teatrının orkestrində skripkada çalmağa başlayıb. Üzeyir bəyin "Leyli və Məcnun”, "Əsli və Kərəm”, "Şeyx Sənan” operalarına, "O olmasın, bu olsun”, "Arşın mal alan” musiqili komediyalarına dirijorluq edib. Sonralar həmin teatrın rəhbəri və baş dirijoru olub.

Müslüm Maqomayevin həm pedaqoq, həm də bir musiqiçi kimi Azərbaycan milli teatrının inkişafı istiqamətində gördüyü işlər onu Üzeyir bəylə daha da yaxınlaşdırıb. Bir də hər ikisi eyni ailə ilə qohum olublar. Terequlovların qızı Məleykə xanımla Üzeyir bəy, Badigülcəmal xanımla isə Müslüm Maqomayev ailə qurub.


Yeni əsərlər, yeni arzular


O illərdə Müslüm Maqomayev bəstəkarlıq sahəsində də fəaliyyət göstərib. İlk səhnə əsərini - "Şah İsmayıl” operasını 1916-cı ildə tamamlayıb. Bəstəkar xalq əfsanəsinə əsaslanan bu əsərində milli folklor nümunələrindən bacarıqla istifadə edib. Müəllif tərəfindən opera bir neçə dəfə redaktə olunub, xorlar, ariyalar, rəqslər əlavə edilib. Müslüm Maqomayev operanı redaktə edərkən Azərbaycan xalq musiqisini toplayıb, ilk dəfə nota salıb.

Əsərin premyerası 1916-cı ilə nəzərdə tutulub. Ancaq tamaşa gününə az qalmış Tağıyevin Dram Teatrının binası yandırılıb. "Şah İsmayıl” operasının ilk tamaşası 1919-cu il martın 20-də baş tutub.

1920-ci ildə o, Azərbaycan SSR Təhsil İşçiləri Birliyinin sədri seçilib. 1921-ci ildə Müslüm Maqomayev Azərbaycan Xalq Təhsili Komissarlığının İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Sonralar o, Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru olub. 1929-cu ildən Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri kimi çalışıb. 1931-ci ilədək həmin vəzifədə işləyib.

1927-ci ildə o, Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyovla bir sıra Azərbaycan xalq mahnılarını nota köçürüb.

1920-1930-cu illərdə Müslüm Maqomayev "Azərbaycan incəsənəti”, "Raport veririk” kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər”, Cəfər Cabbarlının "1905-ci ildə” dram tamaşalarına və digər əsərlərə musiqi bəstələyib. Simfonik orkestr üçün "Azərbaycan çöllərində”, "Ceyran”, "Turacı”, "Şüştər dəramədi”, "Çeçen rəqsi” və başqa əsərlərini yazıb. Vokal musiqisi sahəsində də fəaliyyətini davam etdirib. Milli koloriti ilə diqqəti cəlb edən "Bahar”, "Tarla”, "Bizim kənd” mahnılarını yazıb.

"Koroğlu” dastanı əsasında 1932-ci ildə opera yazmağa başlayan Müslüm Maqomayev Üzeyir Hacıbəylinin eyni mövzuda əsər yazdığını öyrənib. Dostunun daha yaxşı opera yazacağı düşüncəsi ilə fikrindən daşınıb.


Müslüm Maqomayev yaradıcılığının zirvəsi


Mütəxəssislər Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutan "Nərgiz” operasını Müslüm Maqomayev yaradıcılığının zirvəsi sayırlar. Bəstəkar opera üzərində 1932-1935-ci illərdə çalışıb. Əsəri tamamlayan bəstəkar Azərbaycan SSR "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Müslüm Maqomayev zəngin yaradıcılıq yolu keçib. O həm də 300-ə yaxın Azərbaycan xalq rəqsinin, mahnılarının və digər melodiyalarının simfonik şərhinin müəllifidir. Əsərlərində Azərbaycanın milli incəsənətinin təsiri hər zaman qeyd olunur.

Uzun sürən xəstəlik onu həyatdan vaxtsız ayırıb. Müslüm Maqomayev 1937-ci il iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan xalqı Müslüm Maqomayevin xatirəsini hər zaman əziz tutub. Azərbaycan Filarmoniyasının onun adını daşıması buna bir nümunədir.

Müslüm Maqomayevin iki oğlu olub. Oğlanlarından biri - Cəmaləddin Maqomayev Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi vəzifələrində çalışıb. 1953-1957-ci illərdə isə o, Azərbaycan SSR Sənaye naziri olub.

Oğlu Məhəmməd Maqomayev isə teatr rəssamı, multiplikator olub. İkinci Dünya müharibəsi onu gənc yaşda həyatdan qoparıb. Gənc Məhəmməd Maqomayev cəbhəyə gedib. 1945-ci il aprelin 24-də Berlin yaxınlığında qəhrəmancasına həlak olub.

Məhəmməd Maqomayevin oğlu Müslüm Maqomayev nəinki atasına, adını daşıdığı babasına layiq övlad olub, Azərbaycan xalqının fəxrinə çevrilib. Azərbaycan musiqi sənəti növbəti dəfə nəvə Müslüm Maqomayevin adı ilə yüksəlib..

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM