Alternative content

04:07 24 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:30 24.10.2020 Müslüm ucalığı
00:27 24.10.2020 Ömrü örnək olan alim
00:24 24.10.2020 BİLDİRİŞ
00:24 24.10.2020 BİLDİRİŞ
00:23 24.10.2020 BİLDİRİŞ
00:21 24.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Şuşanın dağları başı dumanlı...”
“Şuşanın dağları başı dumanlı...”
ANA SƏHİFƏ / Mədəniyyət
00:37 20.09.2020


"Segah İslam”ın səsi o dumanlı havada da Cıdır düzündən, İsa bulağından gələrdi


Musiqi dünyasının özünəməxsus çalarları var. Bu, elə bir aləmdir ki, onu heç bir sözlə ifadə etmək mümkün deyil. Musiqi hiss, nəfəs, ruhun ifadəsidir deyib klassiklərimiz. Musiqili səslər olub ki, onlar ilahi vergisi sayılıb.

Muğam və segahların ifaçıları bu baxımdan seçiliblər. Hər xanəndənin səsi muğama və segaha köklənə bilməyib. Lakin elələri də olub ki, "Segah İslam” kimi, səsi məhz segaha, muğamata yatımlılığı ilə fərqlənib, hətta elə bu adla da məşhurlaşıb, sevilərək yaşayıblar.

"Segah” muğamını və onun bütün variantlarını - "Zabul-Segah”, "Mirzə Hüseyn segahı”, "Orta segah”, "Xaric segah” muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam” çağırılan, 1910-1915-ci illərdə "Sport-Rekord” və "Ekstrafon” səsyazma şirkətləri tərəfindən muğamları, bir sıra təsnifləri qrammofon vallarına yazılan İslam Abdullayev də belə ölməz sənətkarlarımızdan idi.


"Segah İslam” "Xanəndələr məclisi”ndə


Sənəti sənətkar dəyərləndirə bilər: ölməz Xalq şairi Səməd Vurğunun "Segah İslam” haqqında vaxtilə söylədiyi dəyərli fikirlər kimi: "Mən İslama kamil oxuyan kimi baxıram. O, "Yetim segah”ı elə oxuyur ki, bütün məclisi əlinə alır. İslamın yaxşı cəhəti odur ki, onun "Segah”larında Azərbaycan ruhu daha çoxdur”.

1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olan İslam Əbdül oğlu Abdullayev ilk təhsilini elə orada, şəhər məktəbində alıb. Hələ məktəb illərindən musiqiyə böyük həvəs göstərsə də, müəllim yanına, hazırlığa getmək imkanı olmayıb. Lakin bir təsadüf onun musiqi aləminə gəlib çıxmasına təkan verib: o, şair M.M.Nəvvabın "Xanəndələr məclisi”nə dəvət olunub. Beləliklə də, həvəskar ifaçının arzuları qanad açıb, bütün çətinliklər arxada qalıb.

"Segah”ı ilə əsrlərə və nəsillərə yol açan İslam Abdullayev Azərbaycan milli musiqi mədəniyyətinə misilsiz töhfələr verən sənətkarlardan biri kimi tanınıb.

Azərbaycan vokal sənətinin və Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən olan sənətkar "Segah” muğamının təkrarsız ifaçısı olub. Ona görə də xalq arasında ona "Segah İslam” deyiblər.


Ustad sözü - sözün düzü


İslam Abdullayev xatirələrinin birində bu barədə qısaca belə deyib: "...M.M.Nəvvabın məclisində ilk dəfə o dövrün məşhur xanəndələrindən Məşədi İsini, Hacı Hüsünü, Mirzə Muxtarı, Dəli İsmayılı, Keştazlı Həşimi dinləmişəm, onlardan dərs almışam. Mən həmin məclisdə Hacı Hüsüdən "Segah”, Məşədi İsidən "Mahur”, Keştazlı Həşimdən "Bayatı-Qacar”, Mirzə Muxtardan "Rast”, Dəli İsmayıldan "Rahab”… muğamlarını öyrəndim. Lakin özüm də bilmirəm, nədənsə bu muğamların içərisində məni daha çox cəlb edən "Segah” idi. Rəhmətlik Sadıq tarını döşünə alan kimi mənim üçün "Segah” çalardı. Məni dinləyən usta Hacı Hüsü isə bu muğama yeni-yeni guşələr, xallar əlavə edirdi. Sonra isə məndən onları təkrarlamağı istəyirdi...”

Ustad xanəndə Seyid Şuşinskinin də onun haqqında söylədikləri maraqlıdır: "İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən "Segah” oxumazdıq. Həqiqətən, belə idi. Islamın oxuduğu "Segah”, xüsusilə "Yetim segah” nəinki Zaqafqaziyada, hətta bütün Yaxın Şərqdə məşhur idi. Məhz buna görə də xalq onu "Segah İslam” adlandırırdı”.

İslam Abdullayevin xanəndə kimi ilk müstəqil çıxışı görkəmli tarzən Sadıqcanın oğlu Əsədullanın toyunda olub. Musiqişünas Firudin Şuşinskinin yazdıqlarına görə, toyun axırıncı gecəsində şair Mir Möhsün Nəvvab toyun "padşahı” Kərbəlayı Şükürdən xahiş edir ki, İslamın "Segah” oxumasına icazə versin: "Həmin gecə İslamın yanıqlı bir səslə oxuduğu "Segah” məclis əhlini, orada iştirak edən musiqiçiləri heyran edir. Buradakı ilk çıxışdan sonra İslamın şöhrəti artır və bundan sonra tez-tez Qarabağ, Gəncə, Şəki, Şirvan mahallarının el şənliklərinə dəvət edilir. Artıq onun səsi İran məclislərindən gəlməyə başlayır. Rəşt şəhərində məclislərin birində Tehran xanəndələrindən Rübabə, Sidqiyyə və Qəmər Mülük kimi xanımlarla yaxından tanış olur. Həmin məclisdə İslam Abdullayev tarzən Məşədi Zeynalın müşayiətilə "Segah”ı elə oxuyur ki, həmin məşhur xanəndələrin özləri də heyran qalırlar.

Şərqin Bülbülü də ustad İslam Abdullayevin ifaçılıq məharətinə yüksək qiymət verib: "...İslam fars qəzəli oxumazdı. O, Azərbaycan şairlərindən, xüsusilə Füzulinin və Zakirin qəzəllərini oxuyardı. "Segah”ı o qədər gözəl oxuyardı ki, ona qulaq asdıqca adamın ürəyi titrəyərdi...”


Qoşa qanad: Qurbanın tarı, İslamın segahları...


Ölməz sənətkarın haqqında ustadların bir-birindən dəyərli fikirləri istənilən qədərdir. Xatirələrdən məlum olur ki, Cabbar Qaryağdıoğlu da İslam Abdullayevi toyda, məclislərdə görəndə xahiş edərmiş ki, "Segah” oxusun.

Məclislərin birində Qurban Pirimov tarda müşayiət edib, İslam da oxuyub. Ustad xanəndə Cabbar Qaryağdıoğluna elə gəlib ki, İslamı dilə gətirən tarın qeyri-adi çalınmasıdır. Yəni musiqi onu cuşa gətirir ki, İslam belə yanıqlı oxuyur. Bunu yoxlamaq üçün bir müddət o da Qurban Pirimovla gedir məclislərə. Lakin sonralar etiraf edib ki, İslamın nəinki külli-Qarabağda, heç ətraf bölgələrdə də tayı-bərəbəri yoxdu muğam, segah oxumasında.

İyirminci yüzilliyin əvvəllərində, daha doğrusu, 1901-1905-ci illərdə İslam Abdullayev tarzən Qurban Pirimovla Qarabağ və Gəncəbasarın əksər məclislərində çıxış edib. Qurban Pirimov da xatirələrində deyib ki, İslamın "Segah”ına söz ola bilməz. O, "Yetim segah”ı oxuyanda elə bil dağı-daşı dilə gətirirdi.

O zamanların gənc xanəndələrindən sayılan Əsgər Qurbanov, Cəmil Məmmədov, Bülbül, Xan Şuşinski, sonralar isə Zülfü Adıgözəlov, Həşim Kələntərli, Sürəyya Qacar və başqaları "Segah” oxuyarkən məhz İslam Abdullayevin yolu ilə gediblər.

Ustad xanəndə bir müddət məşhur tarzənlərdən Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundovla birlikdə çalıb-oxuyarmış.

...Ömür adlı karvan yolunun bir ucu olumlu, bir ucu da ölümlüdür. O kəslər xoşbəxt hesab edilir ki, özündən sonra yadigarları ilə xalqın yaddaşında yaşayırlar. Görkəmli sənətkar İslam Abdullayev 1964-cü ildə, ömrünün 88-ci payızında Şuşadan çox-çox uzaqlarda, Xəzərin ləpədöyənində əbədiyyətə qovuşanda da deyirlər ki, pıçıltısında "Yetim segah” donub...

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM