Alternative content

07:18 27 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:01 27.10.2020 BİLDİRİŞ
01:01 27.10.2020 BİLDİRİŞ
01:00 27.10.2020 BİLDİRİŞ
01:00 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:59 27.10.2020 BİLDİRİŞ
00:58 27.10.2020 BİLDİRİŞ
00:58 27.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karantin rejiminin ləğvi də mümkün ola bilər
Karantin rejiminin ləğvi də mümkün ola bilər
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:54 19.09.2020


Bu həssas məqamda daha diqqətli davranaraq, sağlamlığımıza təhlükə olmayan normal həyata qayıdışı sürətləndirməliyik


Ötən il dekabrın 31-də Çin hökuməti Hubey əyalətinin Uhan şəhərində naməlum pnevmaniyanın yayılmağa başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib və mütəxəssislər həmin xəstəliyə yeni növ koronavirusun səbəb olduğunu müəyyənləşdiriblər.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19 adlandırılan virus infeksiyası martın 11-də pandemiya elan edildi. Artıq həmin vaxtdan yarım ildən çox müddət keçməsinə baxmayaraq, koronavirus addım-addım dünyanı zəbt etməkdə, gözlənilənin və arzuolunanın əksinə yoluxma zəncirini və ölüm sayını sürətlə artırmaqda davam edir.

BMT-nin Baş katibi Antonio Quterreş son mətbuat konfransında bildirib ki, koronavirus epidemiyası nəzarətdən çıxıb: "COVID-19 pandemiyasının yaratdığı böhran həyatımızdakı digər böhranlardan tam fərqlidir. Bu baxımdan Baş Assambleyanın bu il keçiriləcək iclası digər toplantılardan fərqli olacaq”.

O bildirib ki, tezliklə bəşəriyyətdə koronavirusdan ölən insanların sayı 1 milyonu keçəcək: "Koronavirus müasir dünyada sağlamlığımız üçün birnömrəli təhlükədir. Yalnız COVID-19-a qarşı vaksin pandemiyanın yaratdığı böhranı aradan qaldırmayacaq”.

Baş katibin sözlərinə görə, çoxları ümidini vaksinə bağlasa da, hazırda pandemiyanın qarşısını alacaq, gözləntiləri doğruldacaq vaksin əldə edilməyib. Antonio Quterreş yaxın 12 ay ərzində müalicəyə kömək edəcək, infeksiyanın yayılmasının qarşısını ala biləcək vasitələrdən istifadənin əhəmiyyətli dərəcədə vacib olduğunu vurğulayıb. COVID-19-un sərhəd tanımadığını qeyd edən Baş Katib diqqətə çatdırıb ki, bu gün hər kəs üçün əlçatan bir vaksinə ehtiyacımız var.

Hələlik vaksinlə bağlı tam nəticələr əldə edilmədiyinə görə, təhlükədən qorunmağın digər üsullarından istifadə etməyə məcburuq. Virus hava-damcı yolu ilə insandan-insana keçdiyi üçün əsas şərt sosial izolyasiya qaydalarına əməl etmək, maska taxmaq və gigiyena qaydalarına riayətdir.


Qəbul edilən qərarların arxasında əhalinin sağlamlığı və rifahının təmini dayanıb


Azərbaycanda koronavirusun yayılmağa başladığı ilk zamandan etibarən ona qarşı effektiv tədbirlərə start verilib, vətəndaşların həyatı, sağlamlığı prioritet məsələ kimi önə çıxarılıb. Pandemiya ilə mübarizədə qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin etibarlı təmini dayanıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal bəlaya qarşı həyata keçirilən operativ, məqsədyönlü tədbirlər infeksiyanın yayılmasını məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verib, kütləvi yoluxmanın qarşısını alıb. Məhz dövlət rəhbərinin tapşırığı altında pandemiyaya qarşı vaxtında görülmüş preventiv tədbirlər sayəsində Azərbaycan dünyanı bürümüş virusa qarşı mübarizədə nümunəvi ölkələr sırasında qərarlaşıb.


Müsbət dinamikanın tendensiya halını alması məhdudiyyətləri aradan qaldırır


Ölkədəki sanitar-epidemioloji vəziyyətin təhlilinə əsaslanaraq zamanında tətbiq edilən karantin rejimi və müəyyən məhdudiyyətlər hazırda koronavirusa yoluxma sayında əldə olunan nailiyyətlərə birbaşa stimul verib.

Eyni zamanda müsbət dinamikanın tendensiya halını alması pandemiya ilə bağlı tətbiq olunan xeyli məhdudiyyətin aradan qaldırılmasına səbəb olub, avqustun 5-dən etibarən sərt karantin rejimində yumşaldılmalara start verilib. Demək olar ki, əksər iş sahələri fəaliyyətini bərpa edib, rayonlararası gediş-gəliş bərpa olunub. Ən ümdəsi isə ölkə üzrə bütün təhsil müəssisələri pandemiya şərtlərinə uyğunlaşdırılmış formada fəaliyyətə başlayıb.

Təbii ki, ölkədəki sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, sentyabrın 30-dək müəyyən məhdudiyyətlər hələ də qüvvədə saxlanılıb.

Amma infeksiyaya yoluxma halları ilə bağlı vəziyyətdən asılı olaraq karantin rejiminin tamamilə aradan qaldırılması da mümkündür, əks təqdirdə isə, sərtləşdirmələrin tətbiqi qaçılmaz olar.

Xüsusilə də, yoluxma sayında müşahidə olunan müsbət dinamika, sağalanların sayının yüksək olması əhali arasında virusun yox olması kimi yanlış fikirlərə yol açmamalıdır.


COVID-19-la mübarizənin tam təsirli olması həm də vətəndaş məsuliyyətinə bağlıdır


Təbii ki, ölkədə koronavirusla bağlı bu kimi halların yaşanması arzuolunmazdır, şəhər və rayonlarımızda bütün sahələrdə epidemioloji vəziyyətin tələblərinə ciddi əməl olunması mütləqdir.

COVID-19-la aylardır respublikamızda aparılan mübarizənin tam təsirli olması həm də birbaşa vətəndaş məsuliyyətinə bağlıdır. Mütləq şəkildə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməli, insanlar arasında ara məsafəsinə dair tələblərə əməl etməli və pandemiyanın digər şərtlərini pozmamalıyıq.

O da həqiqətdir ki, dövlətimiz tərəfindən görülən zəruri tədbirlər, əhali tərəfindən qoyulan qaydalara əməl edilməsi sayəsində hazırda karantin rejiminin tamamilə ləğvinin bir addımlığındayıq. Bu həssas məqamda daha da diqqətli davranıb, sağlamlığımız üçün heç bir təhlükə olmayan normal həyata qayıtmağa çalışmalıyıq.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM