19 Sentyabr 2020 00:53
479
SİYASƏT
A- A+

Pandemiya Paşinyan iqtidarını çökdürür


Müxalifət hakimiyyətin koronavirusa qarşı mübarizədəki fəaliyyətini ifşa edir


Koronavirus pandemiyası Ermənistanda ciddi problemlər yaratmaqda davam edir. Bu vəziyyət hakimiyyətdən narazılığı artırdığı üçün iqtidar indi eyforik durumdadır. Elə bu səbəbdən də günahkar axtarışındadır.

Nikol Paşinyanın rəhbəri olduğu "Mənim addımım” fraksiyasından olan deputat Lena Nazaryan günahı bu durumda müxalifətdə axtarmağı məsləhət görür: "Ermənistan hökuməti və komendant ofisi tərəfindən yeni növ koronavirusun yayılmasının qarşısını almaq, virusun alovlanmasının nəticələrini yumşaltmaq və aradan qaldırmaq üçün görülmüş tədbirlərin səmərəliliyinin yoxlanılması üçün parlament istintaq komissiyası həm də müxalifətin fəaliyyətini araşdırmalıdır”. Nazaryanın sözlərinə görə, müxalifət nümayəndələri dəfələrlə ziddiyyətli bəyanatlarla çıxış ediblər və əhalinin koronavirus təhlükələrinə ciddi yanaşmasını faktiki olaraq dayandıran fakta töhfə veriblər.

"İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan qeyd edib ki, Nazaryanın səsləndirdiyi məlumatlar reallığa uyğun gəlmir: "Mənim addımım” Ermənistanda koronavirusa qarşı mübarizənin uğursuzluğunda müxalifətin günahını axtarmağa qərar verib”.

Müxalifət hakimiyyətin yaşlı elm adamlarına qarşı da bu fonda fəaliyyətini tənqid edir. Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan universitetlərinin rektorları ölkənin səhiyyə naziri Arsen Torosyanın əmrindən sonra yaranmış çətin vəziyyətdən necə çıxmağı müzakirə edirlər. Bildirilir ki, nazirin əmri ilə bütün ali məktəblərdə və orta təhsil müəssisələrində yaşı 65-dən çox olan işçilərini işdən çıxarmaq və onların yerinə gənc mütəxəssislər təyin etmək tapşırılıb. Bundan əlavə, rektorları müəllimləri və tələbələri təhsil müəssisəsinə getmək hüququndan məhrum etmək üçün bir və ya iki gün ərzində onların siyahısını tərtib etmək göstərişi verilib. Əks təqdirdə təhlükəsiz şəraitin yaradılması üçün məsuliyyəti rektor daşıyacaq.

Həmçinin qeyd edilir ki, Torosyan əvvəlcə məsələni təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, maliyyə naziri Atom Janjudqazyan ilə müzakirə etməlidir. Yuxarıda göstərilənləri ümumiləşdirərək "News.am” nazirin əmrinin əməkdar müəllimləri və nüfuzlu alimləri bu sahədən sıxışdırmaq məqsədi daşıdığını bildirib.

Pandemiya fonunda səhiyyə sisteminin müqavimət göstərməməsi, kadr potensialının və iqtisadi resursların azlığı səbəbindən Ermənistanın daha pis duruma düşməsi gözlənilir. Ermənistan hakimiyyəti mövcud vəziyyətlə bağlı çıxış yolları axtarır, bununla bağlı kreditorlara müraciət olunur. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Valyuta Fonduna, eyni zamanda da Avropa Yenidənqurma və İnkişaf Bankına yardımlarla bağlı müraciət edib. Amma istənilən cavab olmadığından vəziyyət pisləşir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video