19 Sentyabr 2020 00:50
1058
Təhsil
A- A+

Yüksək bal toplamış kursantlarla görüş keçirilib


2020-ci ildə respublikamızın ümumtəhsil məktəblərini bitirmiş və qəbul imtahanlarında yüksək nəticələr göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

DTX-nin rəisi general-leytenant Əli Nağıyev kursantları təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.

Xidmət rəisi Ümummilli Lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda böyük məsuliyyət tələb etdiyini bildirib. General-leytenant Əli Nağıyev gənclərin təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli maraqlarının təmin olunmasına vicdanla xidmət edəcəklərinə əminliyini bildirib.

Görüşdə çıxış edən kursantlar ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət təhlükəsizliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər qazanacaqlarını ifadə ediblər.

Sonra general-leytenant Əli Nağıyev kursantlara hədiyyələr təqdim edib.

Qeyd olunmalıdır ki, DTX-nin xüsusi ali təhsil müəssisəsinə 2020-2021-ci tədris ili üçün qəbul imtahanlarında 600 bal və daha yuxarı nəticələr göstərmiş kursantların sayı əvvəlki illərlə müqayisədə üstünlük təşkil edib, ən yüksək bal isə 685 olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video