Alternative content

09:32 24 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:30 24.10.2020 Müslüm ucalığı
00:27 24.10.2020 Ömrü örnək olan alim
00:24 24.10.2020 BİLDİRİŞ
00:24 24.10.2020 BİLDİRİŞ
00:23 24.10.2020 BİLDİRİŞ
00:21 24.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Üzeyir bəy Hacıbəylinin doğum günü ilə əlaqədar “açıq qapı” günü keçirir
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Üzeyir bəy Hacıbəylinin doğum günü ilə əlaqədar “açıq qapı” günü keçirir
ANA SƏHİFƏ / Mədəniyyət
00:31 19.09.2020


Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin vaxtilə iş otağının yerləşdiyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) inzibati binasında bəstəkarın anadan olmasının ildönümü və Milli Musiqi Günü ilə əlaqədar "açıq qapı” günü keçirilir. Məqsəd Azərbaycan musiqisinin məbədi olan Şuşa şəhərinin işğalına, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzünün davam etməsinə diqqət çəkməklə yanaşı, belə bir otağın varlığı barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, əvvəlcə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq açılış mərasimi təşkil edilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev hazırda qurumun yerləşdiyi binada ilk olaraq Bakı Musiqi Akademiyasının fəaliyyət göstərdiyini deyib və bir çox Bakı sakininin Üzeyir bəy Hacıbəylinin bu otaqda işləməsindən xəbərsiz olduğunu bildirib. "Bakının arxitekturası gözəldir, mərkəzi küçələri tarixi binalarla zəngindir. Lakin bir çox insan, tarixçilər, araşdırmaçılar bu otağın varlığından xəbərsizdirlər. Biz düşündük ki, bunu müəyyən mənada təbliğ etməliyik. Təşkil etdiyimiz tədbir həm də siyasi xarakter daşıyır. Azərbaycanın bir çox mədəniyyət xadimləri, o cümlədən dahi bəstəkar Üzeyir bəy Hacıbəyli Şuşada anadan olublar. Təəssüf ki, bu şəhər Azərbaycanın bir sıra digər rayonları ilə birlikdə işğal altındadır. Bizim mərkəz beynəlxalq məsələlərlə məşğuldur və ən əsas işimiz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. Biz bu əlamətdar gündən yararlanaraq və bu otağı simvolik olaraq seçərək həm Azərbaycan, həm də dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal olunmuş torpaqlarına çəkmək və işğal faktı ilə heç zaman barışmayacağımızı bəyan etmək istəyirik. Azərbaycanda həm hərbi, həm siyasi istiqamətdə münaqişənin həlli ilə bağlı müəyyən işlər görülür. Bizim də elmi istiqamətdə fəaliyyətimiz işğal olunmuş ərazilərimizin boşaldılması və əhalinin öz yurd-yuvalarına qayıtması ilə bağlıdır”, - deyə Fərid Şəfiyev əlavə edib.

"Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev belə bir tədbirin təşkilinə görə BMTM-ə təşəkkür edib və bildirib ki, Üzeyir bəy Hacıbəyli öz əsərləri ilə Azərbaycanı dünya miqyasında tanıdan şəxsiyyətdir. O qeyd edib ki, Üzeyir bəy Hacıbəyli qarabağlı və şuşalı olaraq daim xalqımızın qəlbində yaşayır və onun yaradıcılığı Azərbaycanın necə istedadlı insanlar yetişdirdiyini dünyaya sübut edir.

Tural Gəncəliyev Şuşa ilə ailə bağlarının olduğunu deyərək Üzeyir bəy Hacıbəylinin onun həyatında da dərin izlər buraxdığını diqqətə çatdırıb.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndəsi də iştirak edib.

Qeyd edək ki, şəhər sakinlərinin iş otağına baxışı xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə həyata keçirildi.

Xatırladaq ki, BMTM bir zamanlar Bakı Musiqi Akademiyasının, Asəf Zeynallı adına Musiqi Kollecinin yerləşdiyi binada fəaliyyət göstərir. Tarixi bina 1885-ci ildə tikilib. Bir müddət Üzeyir bəy Hacıbəylinin bu binada iş otağı yerləşib. Təxminən 10 il əvvəl uzun müddət boş olan iş otağı Üzeyir bəy Hacıbəylinin ev-muzeyindəki iş otağına bənzər şəkildə tərtib olunub.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM