18 Sentyabr 2020 14:49
948
DÜNYA
A- A+

BMT Afrikada aclıq fəlakəti ilə əlaqədar müraciət yayıb


BMT Ərzaq Proqramının rəhbəri Deyvid Besli bildirib ki, Afrikada COVID-19 pandemiyası, silahlı münaqişələr və iqlim dəyişikliyi səbəbindən milyonlarla insan aclıq fəlakəti ilə üzləşib. O, donor ölkələri və milyarderləri bu fəlakətin qarşısını almağa çağırıb.

AZƏRTAC xəbər verir ki, Besli hələ 5 ay əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında Afrikada potensial "aclıq pandemiyası” ilə əlaqədar xəbərdarlıq etmişdi. O əlavə etmişdi ki, tarixdə ilk dəfə olaraq bütün dünyada 138 milyon insan aclıqdan əziyyət çəkəcək, həmçinin onlardan 30 milyonu həyatını itirə bilər.

D.Besli diqqətə çatdırıb ki, silahlı münaqişə və qeyri-sabitlikdən əziyyət çəkən Konqoda artıq 15 milyondan çox insan aclıqla üz-üzədir. Həmçinin döyüşlərin davam etdiyi və ən ağır humanitar böhran yaşayan Yəməndə də ərzaq yardımlarının çatdırılmasında ciddi problemlər mövcuddur. Pandemiya səbəbindən Nigeriya və Cənubi Sudan əhalisi də kəskin ərzaq qıtlığı ilə qarşı qarşıya qalıb. Yaxın vaxtlarda tələb olunan 4.9 milyard dollar vəsait ayrılmasa, o zaman Afrikada 30 milyon insan aclıqdan həyatını itirə bilər.

Qeyd olunub ki, dünyada 8 trilyon dollar sərvətə malik olan 2 mindən çox milyarder var. Pandemiya dövründə onların bir çoxunun sərvəti milyard dollarlar həcmində atıb. "Mən insanların pul qazanmasının əleyhinə deyiləm. Lakin bəşəriyyət ən böyük böhranla üzləşib və dünya tarixində ən ekstremal vəziyyətdə varlı insanlar kömək əlini uzatmalıdır”, - deyə Besli vurğulayıb. O əlavə edib ki, Afrikada dərin sosial-iqtisadi böhran insanlar üçün COVID-19-dan daha təhlükəlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video