18 Sentyabr 2020 12:58
561
CƏMİYYƏT
A- A+

Dünyada koronavirus xəstələrinin sayı 30 milyonu keçib


AZƏRTAC xəbər verir ki, Con Hopkins Universiteti dünyanın bütün ölkələrində artıq 30 milyondan çox insanın koronavirus xəstəliyinə tutulduğunu, 944 mindən çox xəstənin öldüyünü, 20.4 milyon insanın sağaldığını bildirib.

Ən çox təsirlənən ölkələr ABŞ, Hindistan və Braziliya olaraq qalır, ancaq son həftələrdə infeksiya yeni bir qüvvə ilə Avropada yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı Avropa ölkələrində pandemiyanın ilk pik həddinə çatdığı xəstə sayının mart ayının göstəricilərini keçdiyini qeyd edib. Bölgədəki ölkələrin yarısında yoluxanların sayı son iki həftədə 10 faizdən çox, yeddi ölkədə isə bu göstərici iki dəfə artıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video