Alternative content

19:07 19 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransada son sutkada koronavirusa 10593 yoluxma qeydə alınıb
Fransada son sutkada koronavirusa 10593 yoluxma qeydə alınıb
ANA SƏHİFƏ / DÜNYA
12:54 18.09.2020

Fransada son sutka ərzində SARS-CoV-2 virusuna yoluxanların sayı 10 593-ə çatıb.

AZƏRTAC Fransa Səhiyyə İdarəsinin məlumatına istinadən xəbər verir ki, son həftə ərzində xəstəxanalara 3 223 koronavirus xəstəsi daxil olub. Reanimasiya şöbələrində ağır xəstələrin sayı 535-ə çatıb. Son 24 saat ərzində 84 qrup yoluxması aşkarlanıb. Ölkədə 143-ü qocalar evlərində olmaqla 896 qrup yoluxması təsdiq edilməkdədir.

Fransa Səhiyyə naziri Olivue Veran bildirib ki, virus ölkədə yenidən fəallaşıb. "Virusla yaşamağı öyrənmək lazımdır”, - deyə Səhiyyə naziri əhalini xəbərdar edib.

Lyon, Nis və Marsel şəhərlərində sanitar qaydalar daha da gücləndirilib. Marseldə vəziyyətin ciddi olduğu, reanimasiya şöbələrində hər 10 xəstədən 7-sinin koronavirus xəstəsi olduğu qeyd edilib. Xəstəxanada artıq yer olmadığından, xəstələrin 20 faizi özəl xəstəxanalara transfer edilib. Marsel xəstəxanalarında yeni tibb işçiləri işə götürülsə də, həkim və tibb bacısı çatışmazlığı var. Paris xəstəxanalarında da (AP-HP) artıq çarpayı çatışmazlığı gözlənilir.

Son sutka ərzində 50 ölüm faktı qeydə alınmaqla, koronavirus qurbanlarının ümumi sayı 31 095-ə çatıb.

Epidemioloq və biostatist Katerin Hil hesab edir ki, ölkədə vəziyyət ciddidir. Bir neçə həftədən sonra reanimasiyaya daxil olan xəstələrin gündəlik sayı 600-ə çatacaq və bu epidemiyanın pik nöqtəsi olacaq.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM