Alternative content

01:01 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kənd Təsərrüfatı Nazirliyində fındıq istehsalçıları və ixracatçıları ilə onlayn videokonfrans keçirilib
Kənd Təsərrüfatı Nazirliyində fındıq istehsalçıları və ixracatçıları ilə onlayn videokonfrans keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:34 18.09.2020

Kənd Təsərrüfatı Nazirliyində fındıq istehsalı və ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərlə onlayn videokonfrans keçirilib. Videokonfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, fındıq emalı müəssisələrinin rəhbərləri, "Ata-baba” Fındıq İstehsal Kooperativinin üzvləri, Balakən, Zaqatala, Qax, Qəbələ və Xaçmaz rayonlarından olan fermerlər iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər müəyyənləşdirib. Kənd Təsərrüfatı Nazirliyi qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə aqrar sahənin müxtəlif istiqamətləri üzrə çalışan assosiasiyalar, emal müəssisələri və fermerlərlə mütəmadi görüşlər keçirir. Görüşlərin məqsədi bu sahələrdə mövcud durumu dəyərləndirmək, fermerlərin üzləşdikləri çətinlikləri müzakirə edərək həllinə nail olmaqdır. Fındıqçılığın aqrar sektorda xüsusi yeri olduğunu deyən nazir fındıq məhsullarının ixracatda mühüm rol oynadığını xatırladıb, dövlətin subsidiya mexanizmi vasitəsilə bu sahənin inkişafına dəstək verdiyini bildirib.

Görüşdə yaxın günlərdə fındıq yığımının aktiv mərhələsinin başlayacağı xatırladılıb, fındıq istehsalı zamanı erkən yığımın yaratdığı problemlər, fermerlərlə emal müəssisələri arasında münasibətlər, bağlarda aqrotexniki qulluq tədbirlərinin daha da yaxşılaşdırılması, müxtəlif xəstəliklərə qarşı mübarizə işinin sistemli təşkili, fındıq ixracında aflatoksin problemi və digər məsələlər müzakirə olunub. İştirakçılar fındığın yaş formada erkən yığımının məhsuldarlığa mənfi təsir etdiyi bildirilib, bununla bağlı fermerlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, məhsulun vegetasiya dövrü başa çatdıqdan sonra yığılması orta məhsuldarlığı 10 faiz artırır. Bu səbəbdən fermerlər fındığı vaxtında yığsalar, daha çox məhsul götürə və daha çox gəlir əldə edə bilərlər. Görüşdə fındıq məhsulları üzrə milli standartların yaradılması, subsidiyaların emal müəssisələri tərəfindən alış aktları əsasında verilməsi, emal müəssisələri ilə fermerlər arasında "müqavilə əsaslı istehsal” razılaşmalarının imzalanması kimi təkliflər səsləndirilib.

Yekunda ölkədə fındıqçılığın daha da inkişafı üçün təkliflərin qısa müddət ərzində sistemləşdirilərək nazirliyə təqdim olunması qərar alınıb. Fındıq istehsalı və ixracatı işə məşğul olan fermer və sahibkarlar belə görüşlərin movcud çətinliklərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Qeyd edək ki, ölkədə fındıq istehsalı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv fındıq bağlarının hər hektarına görə 400 manat, köhnə bağların hər hektarına görə isə 240 manat subsidiya ödənilir.

Hazırda Azərbaycanda fındıq bağlarının ümumi əkin sahəsi 79,5 min hektardır. Fındıq bağlarının 43,4 min hektarı və ya 54,6 faizi bar verən yaşdadır.

Ötən il Azərbaycanda 53,8 min ton fındıq istehsal olunub. 2019-cu ildə Azərbaycandan qabıqlı fındıq ixracı əvvəlki ilə nəzərən 2,2 dəfə, fındıq ləpəsi ixracı isə 20,9 faiz artıb. 2019-cu ildə cəmi fındıq ixracının 97,3 faizi fındıq ləpəsinin, 2,7 faizi isə qabıqlı fındığın payına düşüb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM