18 Sentyabr 2020 01:07
640
SİYASƏT
A- A+

Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələrin iclasında təmsil olunub


Sentyabrın 17-də videokonfrans formatında öz işinə başlayan Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı çərçivəsində Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) "COVID-19 pandemiyası şəraitində: Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclası keçirilib.

Maliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, CAREC proqramına üzv ölkələrdən yüksəkvəzifəli dövlət və hökumət rəsmilərinin qatıldığı iclasda Azərbaycanın Maliyyə naziri, ADB-nin Rəhbərlər Şurasının üzvü Samir Şərifov və İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf də iştirak edib. İclasda COVID-19 pandemiyasının yaratdığı qeyri-müəyyənliyin qlobal və regional ticarətə mənfi təsirlər göstərdiyi bir vaxtda regional əməkdaşlığın təşviq edilməsi, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, postpandemiya dövründə inkişafın dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

Asiya İnkişaf Bankı tərəfindən 2001-ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı özündə 11 ölkəni (Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir. Proqramın əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsulluğun azaldılmasına nail olmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video