11 Avqust 2020 10:22
449
SİYASƏT
A- A+

Türkiyə XİN: Təcavüzkar Ermənistan rəhbərliyinin ağılını başlarına yığmasının vaxtı gəlib çatıb


Birinci Dünya müharibəsinin sonunda vətənimizi parçalayaraq müstəqilliyimizi və suverenliyimizi sona gətirmək məqsədilə 1920-ci il avqustun 10-da imzalanan Sevr anlaşması işğal və məhv etmə planlarının həyasızcasına ortaya qoyduğu bir ibrətlik vəsiqəsidir.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin təcavüzkar Ermənistan tərəfinin mövzu ilə bağlı acıqlamasına verdiyi qətiyyətli cavabda əksini tapıb. Bildirilir ki, böyük türk millətinin qəhrəmanlıqla həyata keçirdiyi qurtuluş savaşı əsasında 1923-cü il iyulun 24-də imzalanan Lozanna Sülh Anlaşması əsasında Sevr müqaviləsini yırtıb tarixin zibilliyinə atmışdır. Tarixdən dərs almaq əvəzinə düşmənçilik çıxaranların aradan keçən bir əsirlik zaman kəsiyində bu sənədə ümidli olmaları çaşqınlıq yaratmır. Əsil türk millətinin Anadolunu işğal etmək iddiasında olanlara verdiyi dərs və imperializmə vurduğu ağır zərbə tarix kitablarında dərs olaraq oxununlmaqdadır. Bu şanlı mücadilə digər məzlum millətlərə də örnək olmuşdur. Bu gün öz xalqını doydurmağa acızlik çəkən bir rəhbərliyin yüz il sonra türk millətinin yırtıb atdığı Sevri gündəmə gətirməyə cürət etməsi boş bur məşğuliyyətdir. Belə hiyləgər əməllərə qapılanların Türkiyənin vətəni və milliyyəti bölünməz bütünlüyünü və həmrəyliyini davam etdirməsi qarşısında həvəslərinin ürəklərində qalacağını yaxşı bilmələri lazımdır.

Azərbaycan torpaqlarını illərdən bəri qanunsuz yolla işğalda saxlayan Ermənistan regional sülh və sabitliyin qarşısını alan əsl maneədir. Təcavüzkar Ermənistan rəhbərliyinin milliyyətçi siyasətdən əl çəkərək ağıllarını başlarına yığmağının vaxtı gəlib çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video