06:44 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Arzu Nağıyev: Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir
ANA SƏHİFƏ / SİYASƏT
14:53 09.08.2020

Belarusda keçirilən prezident seçkilərində səsvermə seçki qanunvericiliyinə uyğun şəkildə gedir. Seçicilərin səsvermə hüququndan sərbəst şəkildə istifadə etmələri üçün lazımi şərait yaradılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Belarusda prezident seçkilərini Azərbaycan nümayəndə heyətinin tərkibində izləyən Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.

A.Nağıyev bildirib ki, müşahidə apardığı məntəqələrdə təşkilatçılıq yüksək səviyyədə olub, xarici və yerli müşahidəçilər üçün lazımi şərait yaradılıb.

Deputatın sözlərinə görə, prezident seçkilərindən sonra Azərbaycan nümayəndə heyətinin yekun rəyi açıqlanacaq.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərini Azərbaycan nümayəndə heyətinin tərkibində MDB Parlamentlərarası Assambleyası Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, Şuranın Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Arzu Nağıyev, Azər Badamov, Naqif Həmzəyev və Kamran Bayramov müşahidə edirlər.

Xatırladaq ki, səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM