09 Avqust 2020 14:37
1000
İQTİSADİYYAT
A- A+

İran limanlarının beynəlxalq əlaqələrinin genişlənməsi Azərbaycan üçün də əhəmiyyətlidir


İranın dəniz limanları ilə müxtəlif ölkələrin limanları arasında əməkdaşlıq haqqında 40 müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Dəniz Limanları Təşkilatının icraçı direktoru Məhəmməd Rostad bildirib. O diqqətə çatdırıb ki, İran limanlarının coğrafi mövqeyi qitələr arasındakı ticarət əlaqələrinin genişlənməsinə imkan verir.

İqtisadiyyatın inkişafında nəqliyyatın rolu danılmazdır. Təsadüfi deyil ki, İran limanları ilə əməkdaşlıq haqqında müqavilələr məhz "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi formalaşmağa başladıqdan sonra imzalanıb.

M.Rostad bildirib ki, İran limanlarına daxil edilən yüklər tranzit olaraq Rusiyaya və Avropaya daşınacaq. Eyni zamanda, əks istiqamətə daşınan yüklər da tranzit olaraq İran ərazisindən keçəcək.

Qeyd edək ki, İran limanları vasitəsilə Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklər təkcə İranın deyil, eyni zamanda, Azərbaycanın ərazisindən də tranzit olaraq keçəcək.

İranın beynəlxalq əhəmiyyətə malik olan iki limanı var. Onlardan biri Fars körfəzindəki Bəndər-Abbas, digəri isə Hind Okeanına çıxışı olan Çabahar limanıdır. Bəndər-Abbas limanı körfəz ölkələrinin, Çabahar limanı isə Cənub-Şərqi Asiya ölkələrinin Avropa ilə ticarət əlaqələrində mühüm rol oynayır. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də məhz bu limanlara görə əhəmiyyətlidir. İstər körfəz ölkələri, istərsə də Cənub-Şərqi Asiya ölkələri yüklərini Avropa məhz İran limanları vasitəsilə ixrac etmək istəyində olduqlarını bəyan ediblər. Təsadüfi deyil ki, Hindistan Çabahar limanının yenidən qurulması üçün 200 milyon dollar həcmində sərmayə yatırıb.

İran limanlarının digər ölkələrin limanları ilə əməkdaşlıq haqqında 40 müqavilənin imzalanmasının Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, hər iki limandan İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Rusiyaya, oradan isə Avropaya daşınacaq. Azərbaycan da beynəlxalq xarakterli nəqliyyat qovşağına çevriləcək. Bundan başqa, nə qədər çox yük daşınacaqsa, Azərbaycanın da tranzit gəlirləri bir o qədər artacaq.

Onu da qeyd etmək lazımdır ki, dünyanın 40 limanının İran limanları ilə əməkdaşlığa can atması təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əvvəlki marşrutdan fərqli olaraq, yüklərin "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınması vaxtı və nəqliyyat xərclərini kifayət qədər azaldır.

Azərbaycan böyük həcmlərdə yükləri qəbul edib yola salmağa tam hazırdır. İri yükaşırma imkanı olan Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulmasından başlayaraq, avtomobil yollarının təmirinə və İranın dəmir yolu ilə Azərbaycanın dəmir yolları sisteminin birləşməsinə kimi bütün işlər həyata keçirilib.

Çabahar və Bəndər-Abbas limanlarından yüklər birbaşa vaqonlara yüklənərək Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Avropaya daşınacaq. Bu yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Yolun Rəşt-Astar hissəsində isə işlər davam edir. Bu hissənin gələn ilin sonuna kimi tikilib istifadəyə verilməsi gözlənilir. Dəmir yolu tam istismara verildikdən sonra yüklərin İran, Azərbaycan və Rusiya vasitəsilə Avropaya daşınması başlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video