Alternative content

15:14 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tovuzun Ağdam kəndinin sakinləri nikbindirlər
Tovuzun Ağdam kəndinin sakinləri nikbindirlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:36 09.08.2020

Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu ərazisini intensiv atəşə tutaraq sərhəd kəndlərində olan evlərə və mülki vətəndaşlara xeyli ziyan vurmuşdur. Lakin Azərbaycan Ordusu təxribatın qarşısını vaxtında alaraq düşmən mövqelərinə ağır zərbələr endirmiş və qısa vaxtda onu susdurmuşdur. İndi bölgənin sərhəd kəndlərində həyat öz axarı ilə davam etməkdədir.

Dövlət başçısının "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 20 iyul 2020-ci il tarixli sərəncamı tovuzlularda ruh yüksəkliyi yaratmışdır. Sərəncamın icrası ilə əlaqədar indi rayonda konkret işlər görülməsinə başlanılmışdır.

Həmişə olduğu kimi, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tovuzlulara yüksək diqqət və qayğısı digər sərhəd kəndləri kimi Ağdam kənd sakinlərini də ruhlandırmışdır. Rayon rəhbərliyinin tez-tez sərhəd kəndlərində olması və əhali ilə görüşməsi də sakinlərdə razılıqla qarşılanır. Bu günlərdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti dəfə Ağdam kəndinə baş çəkmiş və kəndin ərazisini gəzərək sakinlərlə görüşmüşdür. Söhbət zamanı iyul döyüşlərindən ətraflı bəhs edilmişdir. Sakinlər diqqətə çatdırmışlar ki, düşmənin heç bir təxribatı onları qorxuda bilməz. Çünki Azərbaycan Ordusu onların arxasındadır və hər zaman düşmənə layiqli cavab verməyə hazırdır. Döyüşlər zamanı mülki vətəndaşlara dəyən ziyanın qısa vaxtda aradan qaldırılması üçün imzaladığı sərəncama görə kənd sakinləri Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Əmin etmişlər ki, Ağdam kəndinin sakinləri dövlətin hərtərəfli qayğısı və diqqətinə Vətənə öz sədaqətləri, ordunun arxasında dayanaraq ona mənəvi dəstək göstərmələri ilə cavab verəcəklər.

Qeyd edək ki, Ermənistanla təmas xəttində yerləşən bu kənddə düşmən tərəfdən daim təxribat törədildiyinə görə təhlükəsizlik baxımından taxıl biçininə başlamaq mümkün olmurdu. Azərbaycan Ordusunun qüdrəti qarşısında tab gətirməyən və öz yuvasına çəkilən düşmənin nisbi sakitliyindən sonra zəmilərə kombayın çıxarmaq mümkün olmuşdur.

Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun atası Nəsir Yusifov ona məxsus torpaq sahəsində yetişdirdiyi taxıl məhsulunun biçininə başlamışdır. Digər kənd sakinləri də Azərbaycan Ordusuna güvənərək əkin sahələrinə çıxmış və yetişdirdikləri məhsulun toplanması ilə məşğul olmuşlar.

Sabir ƏLİYEV,
"Azərbaycan”






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM