Alternative content

15:13 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İkinci dalğanın astanasında
İkinci dalğanın astanasında
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:31 09.08.2020

Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri pandemiyanın ikinci dalğası ehtimalının olacağını istisna etmirlər

"Vətəni” Çinin Uhan şəhəri sayılan yeni tip koronavirus dünyanı lərzəyə salmaqda davam edir. COVID-19 pandemiyası başlayandan bəri Yer kürəsində 19 milyondan çox insan bu virusa yoluxub. Onlardan təqribən 12 milyon nəfər sağalsa da, infeksiya qurbanlarının sayı 713 mini keçib.

Hər gün təxminən 5900 nəfər, yəni orta hesabla hər 15 saniyədən bir COVID-19 xəstəsi vəfat edir. Rəqəmlərdən də göründüyü kimi, koronavirus planetimizdə daha da güclənir, yoluxma halları rekord həddə çatır. Dünya artıq 8-ci aydır qlobal pandemiya ilə mübarizə çərçivəsində çoxsaylı tədbirlər həyata keçirsə də, hələlik COVID-19-un yayılmasının qarşısını almaq mümkün deyil. Əksinə, koronavirus böhranından çıxmış bir sıra ölkələrdə COVID-19-un yenidən yayılması barədə məlumatlar yayılır. Mütəxəssislərin çoxu yoluxma sayının artmasını karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması və insanların qaydalara riayət etməmələri, maska taxmamaları və ya sosial məsafəni gözləməmələri ilə əlaqələndirirlər. Elə ona görə də bir sıra dövlətlər məhdudiyyətlərin yumşaldılmasından sonra yenidən qapanmaq, karantin rejimini sərtləşdirmək qərarı veriblər.
Üstəlik, koronavirusun hələ birinci dalğasından yaxa qurtara bilməyən dünya artıq COVID-19-un ikinci dalğasına qədəm qoyur. Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası olması ehtimalını nəzərdən keçirirlər. Hətta bəzi dövlətlərdə koronavirus epidemiyasının real ikinci dalğa təhlükəsi rəsmən elan edilib.


Almaniya və Estoniya ikinci dalğanın başlanğıcındadır

Almaniya Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının artıq başladığını açıqlayıb və bildirib ki, gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır. "Biz ikinci dalğanın başlanğıcındayıq. Düşünürəm ki, indi nəyin baş verdiyini iki-üç həftədən sonra dəqiq biləcəyik”, - söyləyən mütəxəssislər bu fasiləni xaricə və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, hər iki amil Almaniyada infeksiyanın yayılma ehtimalını gücləndirir.
Həkimlər əlavə ediblər ki, məktəbə getmək "gündəlik kütləvi fəaliyyətdir” və təhsil müəssisələrində gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə təsir edər.
Avropanın daha bir ölkəsində - Estoniyada Səhiyyə Departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən elan edib. Ötən ay 1,0 olan yoluxma səviyyəsi indi 2,6-ya çatıb və hökumət yenidən koronovirusla mübarizə tədbirlərini sərtləşdirməyə məcbur olub.


Bu dəfə daha güclü...

Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası isə bəyan edib ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. "Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir”, - deyə "Le Figaro” qəzeti yazır.
Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə epidemiyanın necə inkişaf edəcəyi vətəndaşların əlindədir.
Avqustun 3-də Fransanın Baş naziri Jan Castex koronavirusun hələ də bütün ölkədə yayıldığına görə rahatlanmamağı və sayıqlığı itirməməyi vacib bilib. Rusiyada da koronavirus infeksiyasının ikinci dalğasının oktyabr-noyabr aylarında, hava daha soyuq və rütubətli olanda başlaya biləcəyi proqnozlaşdırılıb. Rusiyalı virusoloq Anatoli Altşteyn bildirib ki, yay aylarında yüksək temperatur fonunda virus fəallığını azaltsa da, kollektiv immunitet yarananadək yoluxmalar davam edəcək. Moskva meri Sergey Sobyanin isə koronavirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini və paytaxt sakinlərinin əvvəlki tək maska, sosial məsafə, gigiyena qaydaları kimi tələblərə əməl etmələrinin zəruri olduğunu bildirib.
İngiltərə alimləri isə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq ediblər. University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları xəbərdarlıq ediblər ki, İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək. Alimlər məktəblərin necə açılacağını - tam və ya yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modelləşdiriblər.
"Böyük Britaniyada məktəblər sentyabr ayında tam işləmə rejiminə keçərsə, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq”, - deyə ingilis elm adamlarının araşdırmasında deyilir.


Yumşaldılmalar virusun yox olması kimi qəbul edilməməlidir

Azərbaycanda tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində 150-dən aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Bu müsbət dinamikanı nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır, tədricən açılmalar tətbiq olunur. Bu, bir daha göstərir ki, xəstəliyin yayılması ilə bağlı hər bir ölkə məhdudiyyətləri ya sərtləşdirir, ya da yumşaldır. Mövcud vəziyyət "nəyə görə hansısa ölkədə məhdudiyyətlər aradan qaldırılıb, Azərbaycanda isə sərt karantin rejimidir?” sualına cavabdır.

Lakin yumşaltmalar virusun yox olması kimi qəbul edilməməlidir. Çünki ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. Belə bir şəraitdə Azərbaycanda əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır. Hamı bilməlidir ki, əldə olunmuş müsbət dinamikanın itiriləcəyi və koronavirusa yoluxmanın miqyası genişlənəcəyi təqdirdə yeni məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq. Bunun üçün heç kim arxayınlaşmamalı, yumşaldılmış karantin şərtləri təhlükənin artıq dəf olması anlamına gəlməməlidir. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına, şəxsi gigiyenaya riayət etməkdir. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər sağlamlığımızı və təhlükəsizliyimizi etibarlı təmin edə bilərik. Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik.


Xəyalə MURADLI,
"Azərbaycan”








NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM