Alternative content

13:04 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Musiqi ilə keçən ömür
Musiqi ilə keçən ömür
ANA SƏHİFƏ / Mədəniyyət
00:28 09.08.2020


O 1930-cu il iyulun 15-də Bakı şəhərində dünyaya göz açıb. Musiqiyə sonsuz sevgi ruhunda böyüyüb. Bu sevginin yaranmasında ailəsinin böyük rolu olub. Azər Rzayevin atası rejissor Hüseyn Rzayev, anası məşhur opera müğənnisi Həqiqət Rzayeva idi. Bu iki böyük sənətkarı bir-biri ilə qarşılaşdıran da teatr olmuşdu. Həqiqət Rzayeva 1927-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlamışdı. Elə həmin il rejissor Həsən Rzayevlə ailə qurmuşdu. Azər onların üç övladından ikincisi idi.


Unudulmaz uşaqlıq illəri...

Uşaqlıqdan evdə musiqi, səhnə, tamaşalarla bağlı söhbətlər eşidib. Valideynləri uzun illər eyni teatrda çalışıblar. Həsən Rzayev Opera və Balet Teatrında rejissorluq edib. 1930-cu ildə "Şah İsmayıl” operasına səhnə quruluşu verib. Sonralar teatrın aparıcı rejissoru olub. Həqiqət Rzayeva isə Opera və Balet Teatrında hazırlanan tamaşalarda əsas qadın rollarının ifaçısı kimi tanınıb. Günlərinin çox hissəsi bir yerdə keçib. Birlikdə işə gedib, evə gəliblər...
İllər öncə müsahibələrində valideynləri barədə belə demişdi Azər Rzayev: "Atam xasiyyətcə tamamilə anamın əksinəydi. Anam nə qədər sərt, ağırtəbiətli idisə, atam bir o qədər mülayim, sakit
idi. Qəribədir, o qədər fərqli olmaları, başqalıqları onları bir-birindən nəinki uzaqlaşdırmadı, əksinə, daha da yaxınlaşdırdı. Anam daxilən güclü qadın idi. Amma uğurlarına özündən artıq sevinən həyat yoldaşının hər zaman yanında olması onu daha da ötkəm, arxayın edirdi”.
Uşaqlıq illərini, valideynlərini xatırlayanda kövrəlirdi Azər Rzayev. Anasının övladlarının körpəliyindən söhbət açmaqdan xoşu gəldiyini deyirdi: "Anam bizə danışırdı ki, siz balaca olanda muğamüstə laylay oxuyurdum. Gözlərinizi yumub sakit olurdunuz. Elə ki oxuya-oxuya bir muğamdan başqasına keçirdim, o dəqiqə gözlərinizi açıb baxırdınız. Hiss edirdiniz ki, oxumağımı dəyişdim”.
Sənət adamları onlara tez-tez gələrdi. Qurban Primov, Əlövsət Sadıqov, Hüseynağa Hacıyev, Bülbül, Niyazi... Azər Rzayev danışırdı: "Biz ağlımız kəsəndən evimizdə musiqi səsləri eşitmişdik. Yəqin elə buna görə musiqiçi olduq. Bacım Bülbül adına Musiqi məktəbini bitirəndən sonra ərəb dilini öyrəndi, müəllimə işlədi. Ancaq qardaşım Həsənlə mən bəstəkar olduq. İkimiz də musiqi bəstələməyə kiçik yaşlarımızdan başladıq.
Qardaşım konservatoriyanın nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin (indiki Bülbül adına Musiqi məktəbi) altıncı, mən isə dördüncü sinfində oxuyanda anam bizim bacarığımıza Üzeyir Hacıbəylinin qiymət verməsini istədi. Qardaşımla məni yanına salıb Konservatoriyaya (indiki Musiqi Akademiyasına) apardı. Biz ora çatanda Üzeyir bəy pillələri enirdi. Anamı görüb soruşdu:
- Qız, hara belə? Bu uşaqları hara aparırsan?
- Üzeyir bəy, uşaqları gətirmişdim sizə göstərim. Bunlar kiçik mahnılar, balaca pyeslər yazırlar. İstəyirdim qulaq asasınız, görəsiniz bunlardan bir şey çıxar, ya yox. Amma gedirsiniz də... Eybi yoxdur, başqa vaxt gələrəm.
- Yox, niyə ki, qayıdaram.
Bizi apardı öz otağına. Oturduq. Üzeyir bəy bizdən soruşdu:
- Oğlanlar, hansınız qoçaqsınız?
Mən qardaşımdan dəcəl idim. Özüm də idmanla məşğul olurdum. Üzeyir bəyin sualını eşidən kimi cəld qalxdım ayağa.
- Mən!
- Hə, onda get, birinci sən başla çalmağa.
Mən, sonra da qardaşım kiçik əsərlər ifa etdik. Üzeyir bəy anama dedi:
- Sənin oğlanlarının ikisi də bəstəkar olacaq.
Zəngi basdı. Köməkçisi gəldi. Üzeyir bəy dedi:
- Bunların ikisini də Zeydmanın sinfinə yazdır.
Zeydman böyük müəllim idi. Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Soltan Hacıbəyov və başqalarına dərs deyib. Üzeyir bəyin köməyi ilə Zeydmanın sinfində oxumağa başladıq.
Anam, deyə bilmərəm ki, dərslərimizlə həmişə məşğul olurdu, hər halda maraqlanırdı. Zeydmanın sinfində biz muğam dərsləri keçmirdik axı. Heç sonralar da anam heç vaxt bizim bəstəkarlıq məsələlərimizə qarışmadı”.
Beləcə, ilk təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor S.Bretanitskinin və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində başa vurdu. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. 1953-cü ildə həmin məktəbi iki ixtisas üzrə - bəstəkarlıq üzrə professor B.Zeydmanın və skripka üzrə professor A.Amitonun sinfini bitirdi. Həmin ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster-müşayiətçi kimi fəaliyyətə başladı.


Sənət yolunda ilk addımlar...

Azər Rzayev həm bəstəkar, həm də ifaçı kimi gənc yaşlarından diqqəti cəlb edib. Musiqi sənəti yolunda qətiyyətli addımlarla, bu sahədə böyük sevgi, rəğbət və məsuliyyətlə irəliləyib. Buna görə daim uğurlar qazanıb, sənətkar kimi yetişib, ildən-ilə yaradıcılıq diapazonu genişlənib, əsərlərinin siyahısı müxtəlif janrlarla zənginləşib.
Azər Rzayevi bəstəkar kimi ilk tanıdan skripka ilə simfonik orkestr üçün 1 saylı konserti olub. Bu əsərinə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların Beynəlxalq müsabiqəsində laureat adına layiq görülüb. Bundan sonra da beynəlxalq və ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gəncləri arasında keçirilən festivallarda həm bəstəkar, həm də ifaçı kimi laureat adlarını qazanıb.
O, 1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1957-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.


İstedadla zəhmətin gətirdiyi uğurlar

Azər Rzayev sənət aləmində istedadı qədər zəhmətsevərliyi ilə də tanınıb. Bəstəkarın yaradıcılığında əsas yeri instrumental musiqi janrları tutur. O, skripka ilə simfonik orkest üçün 3 konsertin, 6 poemanın, eləcə də "Həyat vurğunu”, "Nəsimi”, "Atamın xatirəsinə” poemalarının, "Bakı-90” simfoniyasının, skripka ilə orkestr üçün "Fədai-Vətən”, violonçel və simfonik orkestr üçün "Poema-konsert”in, tar və simfonik orkestri üçün "Düşüncə” və "Qaytağı”, fortepiano və simfonik orkestr üçün konsertin, həmçinin "Hacı Kərimin aya səyahəti” adlı operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara, filmlərə yazılmış musiqilərin müəllifidir.
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri olan Azər Rzayev uzun illik yaradıcılıq yolunda hər zaman özünəməxsus üslubda yazıb-yaratdı.Yaradıcılığı bəstəkarlıq və ifaçılıqla da məhdudlaşmadı. Azər Rzayev Radio və Televiziya Komitəsində səs rejissoru (1958-1960), Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972-1987) oldu. Azərbaycan Dövlət Opera və Balet Teatrına rəhbərlik etdiyi dövrdə onun təşəbbüsü ilə Azərbaycan bəstəkarlarının bir sıra yeni opera və balet əsərləri uğurla tamaşaya qoyuldu.
1997-ci ildə Bülbül adına Orta-ixtisas Musiqi Məktəbi nəzdində Uşaq simfonik orkestrini yaratdı.Bədii rəhbəri və dirijoru olduğu bu orkestrin fəaliyyəti ölkəmizin musiqi həyatında mühüm hadisə kimi dəyərləndirildi.
O, həm də gözəl pedaqoq idi. 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim, nəhayət professor kimi fəaliyyət göstərdi. Azər Rzayev Azərbaycan ifaçılıq məktəbinin inkişafı, ölkəmizdə yeni ifaçılar nəslinin yetişməsi naminə bilik və bacarığını əsirgəmədi. Bu gün müxtəlif musiqi kollektivlərində çalışanların bir çoxunun sənət aləminə vəsiqə almasında onun misilsiz xidmətləri olub.
Radio və televiziyada apardığı verilişlər, dövri mətbuatda dərc etdirdiyi məqalələr onu Azərbaycan musiqi mədəniyyətinin yorulmaz təbliğatçısı kimi tanıtdı. 1963-cü ildən "Azərbaycan musiqi tarixindən səhifələr”, "Orkestrin musiqi alətləri haqqında”, "Bəstəkarlarımızın portreti”, "Musiqi aləmi” silsilə verilişlərin müəllifi və aparıcısı oldu.
İstedadı və əməyi diqqətdən kənarda qalmadı. Azər Rzayev Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət” ordeninə layiq görüldü. Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edildi.
O, 2015-ci il 14 dekabrda Bakı şəhərində dünyasını dəyişdi. Azər Rzayev sənətə gedən yolunun başlanğıcından sonunadək istedadının və zəhmətinin gücü ilə yazıb-yaratdı, bir-birindən gözəl əsərlərlə Azərbaycan musiqi mədəniyyətini zənginləşdirdi.


Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”







NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM