09 Avqust 2020 00:21
618
SİYASƏT
A- A+

Paşinyan uğursuzluqda ittiham edilir


İqtisadi fəallığın azalması Ermənistanda kənd təsərrüfatını iflic vəziyyətə salıb

Pandemiya fonunda sosial-iqtisadi sahədə yaşanan problemlərin getdikcə dərinləşməsi Ermənistanda əhalinin narazılığının yüksək həddə çatması ilə müşayiət edilir. Bunu yaxın günlərdə keçirilən etiraz aksiyaları da aydın şəkildə göstərir.

Aksiyaların təhlili onların əsas etibarı ilə sırf sosial-iqtisadi tələblər üzərində qurulduğunu göstərir. Məsələn, Ermənistanın Amulsar bölgəsinin sakinləri etiraz aksiyasını davam etdirirlər. Erməni mediasının yazdıqlarından bəlli olur ki, narazı vətəndaşlar çıxış yolunu etirazların miqyasını genişləndirməkdə görürlər.
Sakinlər mədənin fəaliyyətinin dayandırılması ilə yanaşı, bildirirlər ki, onların yaşadıqları bölgədə özbaşınalıq hökm sürür. Bu ölkənin cəhənnəmdən fərqi yoxdur. İşsizlik hökm sürür, kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaq yoxdur. Bölgəyə aid kəndlərin icra nümayəndələri torpaqları mənimsəyiblər. Sakinlər koronavirus pandemiyasının yaratdığı problemlər fonunda ağır sosial böhranla üz-üzə qaldıblar. Onlar hökumətdən yaranan problemin mümkün qədər tez həllini istəyirlər.
"4rd.am” saytı yazır ki, bu gün ölkənin hansısa sahəsində rüşvət və korrupsiyanın olmadığını təsəvvür etmək belə mümkün deyil. Ölkədə faktiki olaraq kifayət qədər möhkəm özülə malik korrupsiya piramidası qurulmuşdur: "Nə qədər təəccüblü olsa da, korrupsioner məmurlar və oliqarxlar hökuməti özlərindən asılı vəziyyətə salmaqda davam edirlər. Ona görə ki, oliqarxlar xəzinəyə nə qədər vergi ödəməli olacaqlarını özləri həll edirlər”.
Ermənistan cəmiyyətində yoxsullarla zənginlər arasında böyük uçurum yaranıb. Korrupsiya, rüşvət, biznesin gəlirli sahələrinin hakimiyyətə yaxın adamların əlində olması əhaliyə seçim imkanı saxlamayıb. Əməkhaqqının cüzi olması işləyənlərin də güzəranının yaxşılaşmasına imkan vermir. Özəl sahədə çalışanlar isə açıq-aşkar şəkildə oliqarxlar tərəfindən istismar olunurlar. Ermənistanda informasiya texnologiyaları, bank və tikinti sahələrində işləmək üçün peşəkar kadrlar çatışmır. Ölkəni tərk etmək istəyənlər nəinki özlərinin, eyni zamanda, övladlarının da yaxşı gələcəyini görmürlər. Bütün bunlar Ermənistanı tərk etmək üçün əsas səbəblərdir. Baş nazir Nikol Paşinyan sosial-iqtisadi inkişaf istiqamətində tədbirlər görəcəyini dəfələrlə bəyan etsə də, hələlik bu sahədə heç bir irəliləyiş yoxdur. Ekspertlər qeyd edirlər ki, yaxın gələcəkdə də Ermənistanda koronavirus fonunda sosial-iqtisadi vəziyyətin düzələcəyinə ümid yoxdur.
Yerli medianın yazdığına görə, Ermənistan hakimiyyəti öz cibindən savayı, hər yerdə maliyyə vəsaiti axtarır. Necə deyərlər, pul üstündə oturaraq, pul istəyirlər. Bu sözlər hakimiyyətin bütün sisteminə aiddir. Bu sistemə Ermənistanda indi hakimiyyətdə təmsil olunan, eləcə də böyük biznesdə iştirak edən məmurlar daxildirlər. Ermənistan hakimiyyəti sisteminin nümayəndələrinin şəxsi hesablarında (Ermənistanda və xaricdə açılan hesablarda) milyonlarla, bəlkə də milyardlarla vəsait toplanıb. Bu yaxınlarda xarici təşkilatlardan birinin araşdırmasında Ermənistanla bağlı deyilirdi ki, son 18 ildə ölkədən qanunsuz yolla 8 milyardan çox dollar çıxarılıb.
"İravnuk” qəzeti yazır ki, Ermənistanda iqtisadi fəallığın azalması kənd təsərrüfatına da təsirsiz ötüşməyib. Hazırda bu ölkənin kənd təsərrüfatını bürüyən tənəzzül elə həddə çatıb ki, artıq sadə erməni kəndlisi də torpağı becərmək həvəsindən düşüb. Yetişdirdiyi məhsulu sata bilməyən kəndlilər məcburən məhsullarını dövlət orqanlarının tabeliyində olan qəbul məntəqələrinə verirlər. Amma bu da onların problemlərini həll etmir. Çünki qəbul məntəqələrindən məhsulun pulunu ala bilmirlər. Erməni kəndlisi bankdan götürdüyü kredit hesabına yetişdirdiyi məhsulu nə sata bilir, nə də sata biləndə qəbul məntəqələrindən pulunu ala bilir. Ona görə də məhsulların böyük hissəsi zay olub gedir.
Qeyd olunur ki, ölkədə istehsal müəssisələrinin olmaması da erməni kəndlisi üçün böyük problemlər yaradır: "Reallıq budur ki, artıq əyalətlərdə yaşayış sönüb. Kənd təsərrüfatında çalışanlar səfil həyatdan beziblər. Ümidsizliyə qapılan erməni kəndlilərinin də sayında son zamanlar xeyli azalmalar müşahidə edilməkdədir”.
Ermənistanda media azadlığı sahəsində də vəziyyət gərgindir. İşğalçı ölkədə jurnalistlər təqib olunur, mətbu orqanlar müxtəlif bəhanələrlə bağlanılır. Qeyd olunur ki, Ermənistanda jurnalistlər addımbaşı qadağalar və təzyiqlərlə üzləşirlər. Onlar tez-tez döyülürlər. Əgər hakimiyyət media üzərində təzyiqlərinə davam edəcəksə, vəziyyət daha pis olacaq. İndi ölkə mətbuatı heç vaxt olmadığı qədər təhlükə altındadır. Baş nazir Nikol Paşinyan jurnalist olduğunu unudub. Bir il ərzində işğalçı ölkədə jurnalistlərə qarşı səksənə yaxın zorakılıq halı qeydə alınıb. Hökumət media təmsilçilərinin mitinqləri işıqlandırması haqqında beynəlxalq səviyyədə öhdəlik götürsə də, bunun əksi müşahidə olunur.
Bu arada isə Ermənistan prezidenti Armen Sarkisyan Rusiya kanalları da daxil olmaqla, xarici televiziya kanallarının multipleks yayımlarını məhdudlaşdıran qanun imzalayıb. Belə ki, Ermənistan parlamenti tərəfindən iyulun 16-da "Audiovizual media haqqında” qanun ikinci və son oxunuşda qəbul edilib. Onun müddəalarından biri xarici audiovizual proqramların yalnız dövlətlərarası razılaşma əsasında sənədsiz ictimai multipleks vasitəsilə yenidən izlənə biləcəyini nəzərdə tutur. Qeyd edək ki, Ermənistanda hazırda Rusiyanın "Pervıy Kanal”, "RTR Planeta”, "Rossiya. Kultura” və dövlətlərarası televiziya kanalı "Mir” yayımlanır.
Beləliklə, baş verən proseslər onu göstərir ki, Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaq.

Elçin CƏFƏROV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video