Alternative content

03:16 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:26 29.09.2020 “AZƏRBAYCANIMIZ”
00:24 29.09.2020 BİLDİRİŞ
00:23 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq Turizm Təşkilatı: Qlobal turizm sektoru 320 milyard dollar zərərə uğrayıb
Beynəlxalq Turizm Təşkilatı: Qlobal turizm sektoru 320 milyard dollar zərərə uğrayıb
ANA SƏHİFƏ / Turizm
22:05 08.08.2020

BMT-nin Beynəlxalq Turizm Təşkilatı (UNWTO) 2020-ci ilin yanvar-may aylarında qlobal turizm sektorunun 320 milyard dollar zərərə uğradığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın son hesabatında COVID-19 pandemiyası səbəbindən yaranan bu itkinin 2008-ci ilin qlobal iqtisadi böhranından üç dəfə çox olduğu bildirilib.

Hesabatda qeyd olunub ki, cari ilin 5 ayında qlobal miqyasda turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 milyon nəfər, yaxud 98 faiz az olub. Təşkilat əlavə edib ki, iyun-iyul aylarında da bu tendensiya davam edib və yaxın günlərdə daha bir hesabat açıqlanacaq.

UNWTO-nun baş katibi Zurab Pololikaşvilinin sözlərinə görə, bir çox ölkədə ümumi daxili məhsulun mühüm hissəsi olan turizm sektorunun tezliklə açılması, müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi çox mühümdür. O deyib ki, beynəlxalq turizmin dramatik vəziyyəti milyonlarla insanın gəlir mənbəyinin kəsilməsi ilə nəticələnib. "İndi hökumətlərin qarşısında iki mühüm vəzifə - ictimai səhiyyənin prioritet sahəyə çevrilməsi və turizm sənayesinin bərpası durur”, -deyə baş katib vurğulayıb. Əlavə edib ki, bu sahədə ölkələr arasında əməkdaşlıq və turistlərin etimadını bərpa edilməsi əsas amillərdir.

Bununla yanaşı, ekspertlər qlobal turizmin tam şəkildə bərpasının yalnız 2021-ci ilin ikinci yarısında mümkün olacağını bildirirlər. Onlar hesab edirlər ki, pandemiya ilə əlaqədar risklərin davam etdiyi, səyahət məhdudiyyətləri və sərhədlərin bağlı olduğu bir şəraitdə nikbinlik üçün əsas yoxdur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM