Alternative content

02:54 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:26 29.09.2020 “AZƏRBAYCANIMIZ”
00:24 29.09.2020 BİLDİRİŞ
00:23 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib
Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:03 08.08.2020

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin iyulunda ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650,1 min barrel olub. Bunun 554,1 min barrelini xam neft, 96 min barrelini isə kondensat təşkil edib. Xam neftin 435,1 min barreli "Azəri-Çıraq-Günəşli" (AÇG) , 119 min barreli isə SOCAR (Azneft" İB, BM və ƏŞ) üzrə hasil edilib.

"OPEC +" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyulda sutkada xam neft hasilatını 163,9 min barrel azaldıb.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabrında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyul aylarında xam neft istehsalını sutkada 164 min barrel azaltmaqla 554 min barrel həcmində saxlamalı idi. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabrındakı səviyyələrdən AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalı idi.

Qeyd edək ki, aprelin 12-də "OPEC +" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 9,7 milyon barrel azaldılması ilə bağlı birinci mərhələsi iyulun 31-də başa çatıb. Razılaşmanın avqust 1-dən dekabrın 31-dək tarixləri əhatə edən ikinci mərhələsində "OPEC +" ölkələri üzrə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr səviyyəsindən 18 faiz az olmaqla 7,7 milyon barrel azaldılacaq. Bu dövrdə Azərbaycan müvafiq olaraq gündəlik xam neft hasilatını 131 min barrel azaldaraq 587 min barrel həcmində saxlamalıdır. Başqa sözlə, bu müddətdə Azərbaycanın gündəlik xam neft hasilatı ilə bağlı məhdudiyyətləri əvvəlki üç ayla müqayisədə 33 min barrel azalacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM