08 Avqust 2020 13:49
648
CƏMİYYƏT
A- A+

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının “Facebook”dakı hesabına rəsmi təsdiqlənmə nişanı verilib


Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının "Facebook” sosial şəbəkəsindəki hesabına rəsmi təsdiqlənmə nişanı verilib.

Bu barədə AZƏRTAC-a "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyindən bildirilib.

Qeyd olunub ki, təsdiqlənmə nişanı "Facebook” tərəfindən yalnız çox axtarılan, haqqında müxtəlif mənbələrdə çoxlu materiallar dərc olunmuş müvafiq hesab və səhifələrə verilir.

Bir müddət əvvəl ermənilər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinə məxsus sosial media hesablarını kütləvi şikayət etdirərək bağlatdırmağa çalışmalarına baxmayaraq, vətəndaşlarımızın dəstəyi nəticəsində bu təhlükə aradan qaldırılıb.

"Aparılan davamlı işlər nəticəsində ermənilərin işğal altındakı Qarabağ bölgəsinin azərbaycanlı əhalisinə yönələn antitəbliğat cəhdlərinin qarşısı alınıb.

Qarşı tərəfi narahat edən fəaliyyətimiz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü tam bərpa edilənə və öz doğma torpaqlarımıza qayıdana qədər qətiyyətlə davam etdiriləcəkdir. Bu fəaliyyətimizdə bizə dəstək olan bütün Azərbaycan vətəndaşlarına və beynəlxalq ictimaiyyətin ədalətli mövqe tutan üzvlərinə təşəkkür edirik!”, - deyə məlumatda qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video