Alternative content

20:47 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şahmar Mövsümov: Qarşımızda duran ən vacib məsələ virusun yayılma sürətinin aşağı salınmasıdır
Şahmar Mövsümov: Qarşımızda duran ən vacib məsələ virusun yayılma sürətinin aşağı salınmasıdır
ANA SƏHİFƏ / SİYASƏT
12:03 08.08.2020
Sərt karantin rejiminin yumşaldılması istiqamətində addımlar tədricən atılır. Tədricən aparılan yumşaldılmalar bir sıra xarici ölkələrin də təcrübəsinə uyğundur.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində bildirib.

"Lakin bu yumşalma ilə bağlı addımlar atıldıqca yoluxma riskləri daha da artır. Digər ölkələrin təcrübəsi də göstərir ki, açılmalardan sonra yoluxma halları yenidən artır və yenidən sərtləşdirilmiş karantin rejimləri tətbiq edilir”, - deyə Prezidentin köməkçisi bildirib.

Azərbaycanda da sərt karantin rejiminin yumşaldılması ilə bağlı tədricən addımların atılacağını söyləyən Şahmar Mövsümov təəssüflə qeyd edib ki, bu yumşaldılmalar ölkəmizdə də yoluxma hallarının yenidən artacağı ehtimalını artırır. "Qarşımızda duran ən vacib məsələ bu virusun yayılmasının sürətinin aşağı salınmasıdır. Burada da üç əsas istiqamət var. Birincisi tətbiq olunan karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Yəni, tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və digər xüsusi tələblərə əməl etmək. Bu ən önəmli məsələdir və hər birimizdən asılıdır. Bu qaydalara əməl etsək virusun yayılma sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulmuş tələblərə nəzarətin həyata keçirilməsidir. Bu, məsələdə əsas yük hökumətin üzərinə düşür və bununla bağlı ciddi addımlar atılır və atılacaq. Üçüncü istiqamət isə yoluxma hallarının erkən müəyyən edilməsi və yoluxanların erkən təcrid olunmasıdır”,- deyə Şahmar Mövsümov vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM