08 Avqust 2020 11:59
614
CƏMİYYƏT
A- A+

Dünya gəncləri erməni təxribatları ilə bağlı məlumatlandırılıb


Dünya Azərbaycanlıları Assambleyası, Azərbaycan Gənclik Platforması və "Premium Academy”nin birgə təşkilatçılığı ilə "Ermənilərin azərbaycanlı soydaşlarımıza qarşı törətdikləri təxribatlar” adlı videokonfrans keçirilib.

Assambleyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən "Premium Academy”nin direktoru Məhərrəm Eyyubov bildirib ki, Qarabağ bizim sağalmaz yaramızdır. Harada olmağımızdan asılı olmayaraq, Vətəni sevmək lazımdır. İnsan valideynsiz yaşaya bilər, amma Vətənsiz əsla. Vətənə sevgi canda, qanda olmalıdır.

Dünya Azərbaycanlıları Assambleyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Yəhyayev çıxış edərək deyib: "Biz bir təşkilat olaraq erməni təxribatları ilə bağlı bəyanat verdik. Hər kəsə məlumdur ki, xaricdə yaşayan azərbaycanlı gənclərimiz erməni təxribatçılarının hücumlarına məruz qalıblar. Soydaşlarımızdan bəziləri yaralanmışdı. Erməni təxribatçıları hətta diplomatlarımızın ailələrinə qarşı hücumlar təşkil ediblər. Biz də Dünya Azərbaycanlıları Assambleyası olaraq diplomatlarımızın təhlükəsizliyinin qorunması üçün çağırış edirik”.

Konfransda, eyni zamanda, xaricdə yaşayan azərbaycanlı tələbələrin fəaliyyətindən bəhs edilib.

Sonda iştirakçıların fikirləri dinlənilib və sualları cavablandırılıb.

Qeyd edək ki, konfransa xaricdə yaşayan 50-yə azərbaycanlı və digər ölkələrin gəncləri qoşulublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video