08 Avqust 2020 01:06
937
CƏMİYYƏT
A- A+

Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı?


Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin hazırladığı ləziz yeməklərin videoçəkilişləri sosial şəbəkələrdə milyonlarla izləyicinin marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, videoların qəhrəmanı Əzizə xala və oğlu Əmiraslan peşəkar aşpazdırlar.

Əmiraslan Rəmixanov COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunana qədər Bakı şəhərindəki restoranların birində aşpazlıq edirdi. Əzizə xala isə Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirənidir.

Pandemiya dövründə doğma kəndinə qayıdan Əmiraslan sevdiyi peşəsindən kənar qalmayıb. Anası ilə bərabər Azərbaycan, ləzgi və dünya mətbəxinin müxtəlif təamlarını bişirərək, yeni açdığı "Kənd Həyatı” adlı YouTube kanalına yükləməyə başlayıb. Paylaşılan videolar ingilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilir ki, bu da, daha geniş auditoriyanı əhatə etməyə imkan verir. Qısa müddətdə 65 mindən çox abunəçi toplayan kanalın videoları sosial şəbəkələrdə dünyaca məşhur yemək səhifələrinin diqqətini çəkib. Məsələn, 26 milyondan çox izləyicisi olan "Taste Life” səhifəsi qusarlı aşpazların 10-a qədər videosunu paylaşıb. Həmin videoların hər birinə 10-15 milyon izləyici baxıb. Videoya baxanlar Azərbaycanın milli mətbəxi haqqında müsbət rəylər yazıblar.

Əzizə Rəmixanova bildirir ki, yaşadığı kənddən kənara çıxmadan Azərbaycan və ləzgi mətbəxini dünyaya tanıtdıqlarına görə çox sevinir.

Rəmixanovlar ailəsi yemək videolarını kəndlərinin yaxınlığında yerləşən özlərinə məxsus əkin sahəsinin kənarında çəkirlər. Çəkiliş maraqlı olsun deyə, dekorativ görünüşlü kiçik koma da tikilib. Əsasən tərəvəzçiliklə məşğul olan ailə həftə ərzində iki yemək videosu hazırlayır. Bişirilən yeməklərdə özlərinin becərdiyi tərəvəzlərdən istifadə olunur.

Videoların çəkilişini və montajını Əmiraslan Rəmixanov özü həyata keçirir. Rəmixanovlar hələ ki, YouTube kanalında paylaşdıqları videolardan gəlir əldə etməyiblər. Amma artıq bunun üçün lazım olan müraciəti müvafiq formada təqdim ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video