Alternative content

20:25 26 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beyrut limanında baş vermiş partlayışın bir neçə versiyası nəzərdən keçirilir
Beyrut limanında baş vermiş partlayışın bir neçə versiyası nəzərdən keçirilir
ANA SƏHİFƏ / DÜNYA
19:21 07.08.2020

Beyrut limanında baş verən partlayışın bir neçə versiyası, o cümlədən səhlənkarlıq, bədbəxt hadisə və xaricdən müdaxilə ehtimalları nəzərdən keçirilir.

AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, bu barədə Livan Prezidenti Mişel Naim Aun deyib.

"Beyrut şəhərində baş vermiş partlayışın araşdırılması üzrə formalaşan istintaq qrupu bir neçə versiyanı, o cümlədən səhlənkarlıq, bədbəxt hadisə və xaricdən müdaxilə ehtimallarını nəzərdən keçirir”, - deyə Livan Prezidenti bildirib.

Mişel Naim Aun partlayışın səbəbini tapmaq məqsədi ilə hadisə yerində aero-foto çəkiliş aparmaq üçün Fransaya müraciət etdiyini də deyib. O, həmçinin heç kimin ədalət mühakiməsindən yayına bilməyəcəyini və faciədə günahı olanların hamısının cəzalanacağını qeyd edib.

Xatırladaq ki, avqustun 4-də Beyrut şəhərinin liman rayonunda bir neçə güclü partlayış baş verib. Son məlumata görə, hadisə nəticəsində 150-dən çox insan həlak olub, 5 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, bir çoxu itkin düşüb, 300 min insan isə evini itirib. Partlayışın ölkəyə ən azı 3 milyard dollar zərər vurduğu bildirilir.

Livanın hakimiyyət orqanlarının məlumatına görə, faciəyə altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitratın partlaması səbəb olub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM