07 Avqust 2020 19:18
501
SİYASƏT
A- A+

Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib


Avqustun 7-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasim ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa edilib.

Əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Hərbi hissə komandiri polkovnik-leytenant Telman Həsənov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladıb.

Mərasimdə iştirak edən Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov hərbi andiçmə münasibətilə əsgərləri təbrik edib.

Daxili Qoşunların Komandanı hərbi andı qəbul etdikləri günün hərbi qulluqçuların həyatında unudulmaz, şərəfli və təntənəli bir gün olduğunu vurğulayıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı və qurucusu olduğu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsi olan Daxili Qoşunlar məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində yüksək döyüş hazırlığına, sosial və maddi-texniki bazaya malik olub. Bu gün də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərimizin ənənələrini, onun Silahlı Qüvvələrə diqqət və qayğısını uğurla davam etdirir. Eyni zamanda, bu gün Daxili Qoşunların peşə və döyüş hazırlığının möhkəmləndirilməsi məqsədilə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr və göstərişlərinə uyğun davamlı tədbirlər həyata keçirilir.

General-leytenant Şahin Məmmədov hərbi andın Azərbaycanın cəsur, sədaqətli vətəndaşı olmaq üçün əsgərlərin atdığı ilk addım olduğunu qeyd edərək, Vətənin taleyinin yalnız millətini, torpağını sevən, onun uğrunda canını hər an fəda etməyə hazır olanlara etibar edildiyini bildirib: "Qəlbinizdə, düşüncənizdə ancaq Vətənə namusla, ləyaqətlə xidmət etmək hissi olsun. Sizə həvalə olunmuş bütün vəzifələri uğurla yerinə yetirməyi, sıralarına daxil olduğunuz Daxili Qoşunların adını və nüfuzunu qorumağı, ucaltmağı arzu edirəm”.

Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların Komandanı əsgərləri hərbi andiçmə münasibətilə bir daha təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun dövlət və dövlətçilik naminə əmrlərini yerinə yetirməyə hər an hazır olacaqlarına, dövlətimiz tərəfindən göstərilən ali diqqət və qayğıya fədakar xidmətləri ilə cavab verəcəklərinə əminliyini bildirib.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Qeyd edək ki, Daxili Qoşunlar Komandanının müavini - Maddi-Texniki Təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədovun və Daxili Qoşunların Baş İdarəsində İnspeksiyanın rəisi polkovnik Rəşadət Nəbiyevin iştirakı ilə digər iki hərbi hissədə də andiçmə mərasimləri keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video