Alternative content

02:36 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:26 29.09.2020 “AZƏRBAYCANIMIZ”
00:24 29.09.2020 BİLDİRİŞ
00:23 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır
Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:15 07.08.2020


Bakının Yasamal rayonunda salınan yeni meşə-park paytaxt sakinlərinə dəyərli hədiyyə olacaq


Yasamal rayonunda meşə tipli yeni park salınır. Bu layihə bir neçə səbəbdən əhəmiyyətlidir. Əvvəla, bu, sosial layihədir və paytaxtda aparılan abadlıq-quruculuq işlərinin bir hissəsini təşkil edir.

Daha bir məqam parkın özəlliyi, yəni meşə tipli olmasıdır. Beləliklə, yeni park Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək, üstəlik, ətrafındakı ərazilərdə yaşayan insanların öz istirahətlərini xoş və mənalı keçirməsi üçün geniş imkanlar yaradacaq.

Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın parkda görüləcək işlərlə tanış olması layihənin Bakının sakinləri və qonaqları üçün əhəmiyyətli olduğuna bir daha diqqət çəkir.

Meşə tipli yeni parkın layihəsi dövlət başçısının tapşırığına əsasən hazırlanıb. Belə ki, əvvəllər bu ərazi bir sıra şəxslər tərəfindən zəbt olunmuşdu və onların niyyəti həmin sahəni hissə-hissə satmaq idi. Lakin Prezidentin müdaxiləsi nəticəsində bu qanunsuz əməllərə son qoyuldu və sözügedən torpaq sahəsi dövlət fonduna qaytarıldı.

Hazırda bu ərazidə salınan meşə-parkda işlərin necə getdiyi ilə tanış olarkən Prezident İlham Əliyev demişdir: "Dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.

O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada bir çox hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir meşə yaradılsın. Ona görə burada təbii landşafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqlar olacaq. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar əkilsin və insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Hesab edirəm ki, layihə də çox yaxşı tərtib olunub və burada daha çox yaşıllıqlara üstünlük verilir”.

Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin, o cümlədən yeni yaşıllıqların salınmasının özünəməxsus yeri var. Belə ki, davamlı olaraq yeni yaşıllıq zolaqları, meşə massivləri salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bu il mayın 10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkmələri yaşıllığa həssas münasibətin daha bir nümunəsi idi.

Ağacların məhz Ulu Öndər Heydər Əliyevin doğum günü əkilməsi təsadüfi deyildi. Çünki ölkəmizdə ekoloji siyasətin əsası Ümummilli Lider tərəfindən qoyulub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllığı az olan ərazilərin, o cümlədən Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verib. Bu siyasətin uğurlu davamı olaraq hazırda Azərbaycanda ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir, o cümlədən yeni yaşıllıqların salınması istiqamətində mühüm layihələr həyata keçirilir.

Bu layihələr təkcə paytaxtı deyil, ölkəmizin digər şəhər və rayonlarını da əhatə edir. Məsələn, kimya sənayesinin sürətli inkişafı və müəyyən standartlara riayət edilməməsi nəticəsində bir zamanlar ekoloji vəziyyəti çox ağır olan Sumqayıt indi təmiz, yaşıllıqlara bürünmüş şəhərə çevrilib. Bu müasir sənaye mərkəzində yeni parkların sayı ildən-ilə artır.

Bakının Yasamal rayonunda tezliklə istifadəyə veriləcək meşə tipli park yaşıllıqsalma layihələrinin uğurla davam etdiyinin göstəricisidir. Park dörd hektar ərazini əhatə edir, sahəsinin 70 faizi meşə zonasından ibarət olacaq. Burada işlərin üzümüzə gələn payız aylarında tamamlanacağı gözlənilir. Prezidentimiz: "Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər,”- demişdir.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM