06 Avqust 2020 22:06
916
Təhsil
A- A+

ABŞ seçkilərə müdaxilə barədə məlumata görə 10 milyon dollar təklif edir

ABŞ hakimiyyət orqanları prezident seçkilərinə müdaxilə və "cinayətkar kiberhücumlar" barədə informasiya müqabilində10 milyon dollar ödəməyə hazırdır. Bu barədə Dövlət katibi Mayk Pompeo məlumat vermişdir.

Pompeo qeyd etmişdir ki, ədalət məhkəməsinə kömək göstərməyə görə mükafat proqramı xarici dövlətlərin nəzarəti altında olan və seçkilərə cinayətkar kiberhücumlarla müdaxilə edən şəxsləri müəyyənləşdirməyə və tanımağa kömək edəcək informasiya müqabilində mükafat verilməsinin nəzərdə tutur.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Hazırkı Prezident Donald Tramp koronavirus pandemiyası səbəbindən səsvermənin təxirə salına biləcəyini açıqlamışdır, lakin onun səlahiyyətləri belə bir qərarın qəbul edilməsinə imkan vermir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video