Alternative content

21:18 24 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV TRT arabi televiziya kanalında Ermənistanın son hərbi təxribatlarından bəhs edən süjet yayımlanıb
TRT arabi televiziya kanalında Ermənistanın son hərbi təxribatlarından bəhs edən süjet yayımlanıb
ANA SƏHİFƏ / SİYASƏT
11:28 06.08.2020

TRT arabi televiziya kanalında Ermənistanın son hərbi təxribatlarından bəhs edən süjet yayımlanıb.

AZƏRTAC-ın məlumatına görə, süjetdə Ermənistanın Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat nəticəsində yaranmış gərginlikdən bir neçə həftə keçdiyi, ermənilər atəşkəsi pozmaqda davam etdikləri qeyd olunur.

Süjetdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayevanın fikirlərinə də yer verilib. Leyla Abdullayeva bildirib ki, ermənilər törətdikləri sonuncu təxribatları ilə başqa dövlətləri münaqişəyə cəlb etmək, eləcə də daxili problemlərindən diqqəti yayındırmaq istəyirdilər.

Materialda bildirilir ki, Azərbaycan Ermənistan tərəfindən işğal altında olunmuş ərazilərinin azad edilməsində beynəlxalq hüquqa istinad edir. ATƏT-in Minsk qrupu və Türkiyə Azərbaycanın bu mövqeyini dəstəkləyir. Bu günlərdə Türkiyənin Azərbaycanla birgə hərbi təlimlər keçirdiyi qeyd olunur.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev isə bildirib ki, Ermənistan Rusiyanı münaqişəyə cəlb etmək istəyirdi. Həmçinin Ermənistanın Rusiya ilə iyulun 23-də birgə hərbi təlimlər keçirməsi də təsadüf deyildi. Onu demək istərdim ki, Rusiya birbaşa müdaxilədən imtina etdi. Bilirik ki, Rusiya Minsk qrupunun üzvüdür. Bununla da o, danışıqlar prosesinə cavabdehdir. Ona görə də Rusiyanın mövqeyi balanslı olmalıdır.

Azərbaycan rəsmiləri hesab edir ki, dünya birliyi bu məsələdə hüququn tətbiqini ciddi şəkildə tələb etmir və Bakı Ermənistanın sərhəddə son təxribatını diqqət mərkəzində saxlayır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM