Alternative content

19:09 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İLHAM ƏLİYEV qətiyyəti
İLHAM ƏLİYEV qətiyyəti
ANA SƏHİFƏ / SİYASƏT
00:38 06.08.2020


Prezidentin inamlı addımları sayəsində Qarabağ uğrunda müharibədə mühüm keyfiyyət dəyişiklikləri baş verdi


Tarixdə Ermənistan adlı dövlət olmayıb!

Onu XIX əsrdə bölgədə iqtisadi-siyasi-hərbi marağı olan güclər, fövqəldövlətlər Azərbaycan torpaqları hesabına yaradıblar!

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Beynəlxalq Konfransında Paşinyana tarix dərsi keçərkən bunu faktlarla sübuta yetirdi!

Tarixin bütün dönümlü məqamlarında sonradan yaradılan erməni dövlətini Azərbaycan torpaqları hesabına daim genişləndirməyə çalışıblar: bir tərəfdən azərbaycanlıları dədə-baba torpaqlarında soyqırımlarına uğradıb deportasiya etməklə, digər tərəfdən Azərbaycandan yeni ərazilər qoparmaqla.

Sonuncu - böyük ərazi işğalı isə qırmızı imperiya parçalananda, SSRİ-nin iflası zamanı baş verdi.

Bir dəfəyə Dağlıq Qarabağın və ona bitişik 7 rayonun - belə böyük ərazinin itirilməsinin də iki mühüm səbəbi oldu:

Birinci, xalq həqiqi rəhbərindən - Ulu Öndər Heydər Əliyevdən ayrı düşmüşdü, sovetlər birliyinin parçalanması dövründə Azərbaycana başçılıq edən maymaq, qətiyyətsiz, səriştəsiz dövlət başçıları baş verən proseslərin mahiyyətini zamanında dərk edə, ölkəni gözləyən bəlaları sovuşdura, torpaqların müdafiəsini təşkil edə bilmədilər!

İkinci səbəb isə Azərbaycan Xalq Cəbhəsinin pozuculuq fəaliyyəti, xalqın maraqlarını özlərinin vəzifə hərisliyinə qurban vermələri, bütövlükdə milli maraqlara xəyanət etmələri oldu. "Bəylər” Qarabağ uğrunda döyüşlərin getdiyi bir vaxtda Gəncədə "ikinci cəbhə” açmaqla vətəndaş müharibəsini alovlandırdılar, əsl cəbhədən texnikanı və canlı qüvvənin bir hissəsini Bakıya, hakimiyyətin zəbt edilməsi prosesində iştiraka cəlb etməklə torpaqların müdafiəsini pozdular.

Nə ordu yaratdılar, nə torpaqları qorudular, nə də düzgün daxili və xarici siyasət yeridə bildilər...


İlham Əliyevin düşmənin başına endirdiyi növbəti zərbə


Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin görəcəyi işlər isə hədsiz dərəcədə çox idi: ölkədə baş alıb gedən xaos və anarxiyanın qarşısını almaq, qanunsuz silahlı dəstələri ləğv edərək əhalidəki külli miqdarda silah-sursatı toplamaq, pozulmuş iqtisadiyyatı bərpa edib dirçəltmək, ordu quruculuğu ilə məşğul olmaq, Azərbaycanın milli maraqlarını təmin edən neft müqavilələri imzalamaq, dünyaya inteqrasiya etmək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri beynəlxalq qurum və təşkilatlara, dünyaya çatdırmaq və s.

Bütün bunları həyata keçirmək üçün atəşkəs yaradılmalı, ölkədə möhkəm və davamlı sabitlik təmin edilməli idi.

Ulu Öndər Heydər Əliyevin müdrikliyi və zəkası sayəsində bu vəzifələr qısa dövrdə uğurla icra olundu.

Bundan əvvəl isə ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün fəaliyyətə başlamışdı...

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev tarixinin ən qüdrətli Azərbaycanını yaratdı: onu Cənubi Qafqazın ən güclü dövlətinə və söz sahibinə çevirdi, yeni texnologiyalara əsaslanan silahlarla təmin edilmiş modern ordu qurdu, beynəlxalq qurum və təşkilatlarda ardıcıl və səmərəli işlər aparıldı, gənc Azərbaycan öz rəhbəri hesabına nüfuz sahibinə çevrildi.

Lakin ATƏT-in səmərəsiz və dişsiz fəaliyyəti, Ermənistanın şıltaq və qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermədi.

Sülh olmayan yerdə isə müharibə qaçılmazdır!

Atəşkəs dövrünün ilk böyük toqquşması 2016-cı ilin aprelində baş verdi.

Azərbaycana qarşı növbəti təxribat əməlini həyata keçirən Ermənistana əks-həmlə ilə cavab verən Azərbaycan Ordusu düşmənə canlı qüvvə və texnika sarıdan ciddi itkilər yaşatdı, mühüm strateji nöqtə sayılan Lələtəpə yüksəkliyini götürməklə iki min hektardan çox əraziyə nəzarəti ələ keçirdi!

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dörd günlük aprel müharibəsində qazanılan uğurlar sayəsində Azərbaycan təşəbbüsü öz əlinə aldı, Cocuq Mərcanlını məskunlaşdırmaqla ilk dəfə olaraq məcburi köçkünlər boşaldılan əraziyə qaytarıldı və beləliklə, böyük qayıdışın əsası qoyuldu!

Düşmən qisas almaq üçün Naxçıvan cəbhəsində fəallaşdı.

Burada da Günnüt əməliyyatı ilə burnu ovuldu!

Belə ki, on bir min hektardan çox ərazi geri qaytarılaraq Gorus-Laçın-Xankəndi yolu da nəzarət altına alındı.

İlham Əliyevin baş sərkərdəliyi ilə həyata keçirilən uğurlu əməliyyatlar Ermənistanda güclü əks-səda və çaxnaşma yaratdı!

Müharibə nəticəsində dilənçi vəziyyətinə düşən erməni xalqı korrupsioner və cinayətkar ölkə rəhbərliyinə bu biabırçı məğlubiyyəti bağışlamadı. Serj Sarkisyan hakimiyyətdən qovuldu!

Bu dəfə Soros fondunun maliyyəsi və dəstəyi ilə siyasətdən və diplomatiyadan, habelə idarəçilikdən başı çıxmayan Paşinyan familiyalı birisini meydandan ölkə rəhbərliyinə gətirdilər!

Xalqa bol-bol vədlər verən Paşinyan tezliklə bacarmadığı işə girişdiyini anladı. Hakimiyyətdə qalmaq üçün populist çıxışlara üstünlük verdi, burada da ciddi səhvlər buraxdı!

"Qarabağ Ermənistandır - nöqtə” kimi sərsəm, cəfəng yalanı deməklə, əslində xalqın gözündə xal qazanmaq istədi...

Azərbaycan Prezidenti İlham Əliyev isə beynəlxalq auditoriya qarşısında, nüfuzlu tədbirlərdə "Qarabağ Azərbaycandır - nida işarəsi” söyləyərək onun ağzından vurdu, dediklərini faktlarla sübuta yetirərək erməni baş nazirini rüsvay etdi!

Paşinyan ağıla gəlmədi!

Özünü göstərmək, sələflərinin səhvini düzəltmək üçün başından böyük qələt etdi: dövlət sərhədini pozaraq Tovuz istiqamətindən Azərbaycana qəfil hücuma keçdi!

Hədəfi Azərbaycanın neft-qaz ixrac boru kəmərlərini və Böyük İpək yolunun bir hissəsi sayılan BTQ dəmir yolu xəttini nəzarətə almaq və dağıtmaq, məqsədi isə yeni ərazilər qoparıb təşəbbüsü geri qaytarmaqla özünü erməni xalqı qarşısında doğrultmaq idi!

İlham Əliyevin başından endirdiyi zərbələr nəticəsində niyyətlərinin heç birinə çatmadı!

Üstəlik, canlı qüvvə və texnika sarıdan ciddi itkilər verərək acınacaqlı duruma düşdü!

Beləliklə, Qarabağ uğrunda müharibənin gedişində növbəti, daha bir dönüş yarandı!

İlham Əliyevin düşünülmüş siyasəti, hesablanmış addımları, dəqiqliklə endirdiyi zərbələr nəticəsində müharibənin gedişində çox mühüm keyfiyyət dəyişiklikləri baş verdi!


Puça çıxarılan ümidlər, aciz duruma salınan baş nazir


Azərbaycanla Ermənistanın Tovuz istiqamətindəki hərbi toqquşması qəflətən baş verdi.

Əslində "qəflətən” sözü dırnaqda olmalıdır!

Çünki:

"Qəflətən” sözünü Ermənistana aid etmək olmaz!

Ermənistan bu təxribatı törətməyə əvvəlcədən gizli şəkildə hazırlaşmış, yeni hücum əməliyyatı keçirilməsi üçün məqsədyönlü şəkildə Dağlıq Qarabağı və işğal altındakı əraziləri yox, məhz dövlət sərhədini seçmişdi!

Bu niyyətində bir neçə strateji məqsədi, yaxın və uzaq hədəfləri güdmüşdü!

Azərbaycan üçün də "qəfil” yaxalanma anlayışı yoxdur!

Əvvəla, ordu elə bir ayıq-sayıq vəziyyətə gətirilib ki, nəinki sərhədə "gözlənilməz hücum” etmək, hətta hər hansı bir postumuza yaxınlaşmaq belə mümkün deyil!

İkincisi, kifayət qədər ən müasir müşahidə, aşkara çıxarma və müxtəlif təyinatlı izləmə vasitələrimiz var ki, onların "gözündən” heç nə yayına bilməz!

Üçüncü, kəşfiyyatımız da çox dəqiq və peşəkar çalışır!

Ən nəhayət, İlham Əliyevin baş sərkərdəsi olduğu ordunu artıq yanıltmaq və aldatmaq imkan xaricindədir!

Xüsusən meydandan hakimiyyətə gələn və siyasətin, diplomatiyanın ibtidai mərhələsində olan Paşinyana bu heç zaman nəsib ola bilməz!

Hətta onun "erməni bicliyi” də işə yarayası deyil!


Hücumdan sonrakı hadisələrin inkişafına baxaq.


* Azərbaycan budəfəki toqquşmada da hərbi gücünü və şəksiz üstünlüyünü göstərdi, düşmənə bir qarış belə torpaq verilmədi!

* Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mütəşəkkil və düşünülmüş qaydada hücuma keçən ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, şəhidlərin qisası dərhal alındı!

* İnformasiya müharibəsində düşməni qabaqladıq, əsl həqiqətləri dünyaya birinci və olduğu kimi çatdırdıq!

* Diasporun, habelə xaricdə yaşayan və işləyən azərbaycanlıların operativ və mütəşəkkil qaydada fəaliyyəti işğalçı Ermənistanın faşist xislətinin ifşasında xüsusi rol oynadı!

* Hücum diplomatiyasına keçid, eyni zamanda, səfirliklərin və diplomatik nümayəndəliklərin icazəli kütləvi aksiyalara verdikləri hüquqi dəstək hərəkatın effektliyini qat-qat artırdı!

* Xarici ölkələrin KİV-ində verilən informasiyalar, müsahibə və ifşaedici yazılar erməni yalanının ayaq tutub yeriməsinə imkan vermədi!


Münaqişənin və müharibənin gedişində baş verən yeni keyfiyyət dəyişiklikləri


Ermənistanın Tovuz istiqamətindəki hücumunun qarşısının dərhal və qətiyyətlə alınması, budəfəki dörd günlük müharibənin Azərbaycanda və dünyada doğurduğu əks-səda münaqişənin gedişində mühüm keyfiyyət dəyişikliklərinin baş verdiyini də göstərir.

Onlar hansılardır:

* Azərbaycan Prezidentinin rəhbərliyi ilə ordu, diaspor və diplomatiya korpusu əlbir və əlaqəli fəaliyyət göstərdilər, xalq Ali Baş Komandanın atdığı bütün addımları bir daha müdafiə etdi. Bəyanatla çıxış edən ölkədəki 27 müxtəlif siyasi partiya Qarabağ məsələsində daim Prezidentin yanında olduqlarını elan etdilər.

* Ermənistanın baş naziri N.Paşinyanın istəyi baş tutmadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanla Azərbaycan arasında gedən müharibəyə müdaxilə etmədi. Əksinə, quruma daxil olan 6 dövlətdən 4-ü müxtəlif açıqlama və addımları ilə Azərbaycana dəstəklərini bildirdilər.

* Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı birmənalı şəkildə Azərbaycanın tərəfini tutdu!

* İndiyədək işğalçı ilə işğala məruz qalanı öz adı ilə çağırmayan ATƏT-in Minsk qrupunun üzvlərindən biri - ABŞ Azərbaycan ərazilərinin (Ukrayna, Gürcüstan və Moldova ilə birlikdə) Ermənistan tərəfindən işğal olunduğunu və dinc əhalini ərazidən çıxarmaqla hüquqlarının pozulması barədə Konqresdə araşdırmağa başlatdı!

n Ermənistanın hücumundan dərhal sonra qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə dəstək veririk” fikrini səsləndirdi, habelə Türkiyənin Xarici işlər və Müdafiə nazirləri də Ermənistanın hərəkətini pisləyərək bir dövlət kimi daim Azərbaycanın yanında olduqlarını, ona hər cür kömək göstərəcəklərini söylədilər.

Bunun ardınca isə Naxçıvan və Azərbaycan ərazilərində Türkiyə və Azərbaycanın çox geniş birgə hərbi təlimləri başladı!

Ən mühüm keyfiyyət dəyişikliyindən biri isə budur ki, Ermənistanın Azərbaycana qarşı təxribatları və baş verən toqquşmalar nəinki işğal ərazilərindəki təmas xətlərini aşmış, dövlət sərhədinin güc və silah tətbiqi ilə pozulmasına səbəb olmuş, üstəlik, hər iki dövlətin hüdudlarından kənara çıxaraq dünya ölkələrinə yayılmış, qlobal müstəviyə çıxmışdır!

Əgər 12 iyul Tovuz müharibəsinədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq səviyyədə çözülürdüsə, indi dünya ölkələrində yaşayan erməni və Azərbaycan diaspor üzvləri arasındakı lokal toqquşmalar da başlanmışdır.

Əlbəyaxa vuruşa çevrilən bu toqquşmaların səbəbkarı və ilhamvericisi Ermənistanın baş naziri N.Paşinyandır.

Belə ki, 2016-cı ilin aprel müharibəsində Azərbaycanın qələbəsindən sonra S.Sarkisyan orduda təmizlik işləri apardı, bir sıra generalları və müəyyən strukturlara rəhbərlik edən yüksək çinli zabitləri qovdu, barələrində cinayət işi açdırdı.

Tovuz qələbəsindən sonra isə Paşinyan dünyadakı erməni diasporlarına nəzarət edən və onları əlaqələndirən qurumun işindən narazılığını bildirərək Ermənistanın diasporla iş üzrə komissarının ofisində çalışan 13 məmuru işdən çıxardı.

Hadisələrin gedişi göstərir ki, ASALA terror təşkilatını dirçəldən Paşinyan dünyadakı erməni diaspor təşkilatlarına dinc etiraz nümayişlərinə çıxan azərbaycanlıları döymək, qorxutmaq və Ermənistanı işğalçı dövlət kimi ifşa etmələrindən çəkindirmək üçün nümayişçilərə zor tətbiq etmək barədə tapşırıqlar verib.

Dünyanın müxtəlif ölkələrində dinc kütləvi aksiyalara çıxan azərbaycanlıların döyülməsi, maşınlarının əzilməsi, onlara qarşı müxtəlif formada fiziki güc tətbiq edilməsi ilə baş verən kriminal xarakterli çoxsaylı hadisələr dediklərimizi təsdiq edir.

Bir neçə hadisə isə ilk dəfə baş verdi:

* Dövlət başçısına daim tam dəstəyini bildirən Azərbaycan xalqı ilk dəfədir ki, ayağa qalxaraq, torpaqların müharibə yolu ilə qaytarılmasını tələb etdi!

* İlk dəfədir ki, Azərbaycan gəncliyi möhtəşəm dəstək aksiyası keçirərək döyüşmək istədiklərini söylədilər və Prezidentin çağırışı ilə bir həftə ərzində əlli mindən çox gənc hərbi səfərbərlik məntəqələrinə gedərək orduya yazılmaqla vuruşmaq istədiklərini rəsmiləşdirdilər!

* İlk dəfədir ki, dünyanın bir çox ölkələrindəki Azərbaycan diasporu əlbir və əlaqəli şəkildə çoxsaylı icazəli aksiyalar keçirərək erməni faşizmini və erməni terrorunu mütəşəkkil qaydada ifşa etdilər!

* İlk dəfədir ki, birgə səylə ermənilərin "məzlum”, "zavallı millət” maskası cırıldı, onların dinc aksiya iştirakçılarına zorakılıq göstərən qəddar, işğalçı xalq olduqları sübuta yetirildi, bir çoxu barədə müxtəlif dövlətlərdə cinayət işləri açıldı!

* İlk dəfədir ki, Ermənistanın Azərbaycana qarşı təxribatı heç bir dövlət, beynəlxalq qurum tərəfindən müdafiə edilmədi. Əksinə, bir sıra beynəlxalq təşkilatlar (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı) və dövlətlər (Türkiyə, Pakistan, Ukrayna, İsrail və digərləri) ölkəmizə bir daha dəstəklərini ifadə etdilər.

* İlk dəfədir ki, Ermənistana gizlincə silah-sursat satan bizə "dost” ölkələrin səfirləri Azərbaycan XİN-ə dəvət edilərək onlardan "qeyri-dost əməllərinə” görə izahat tələb edildi!

Artıq Azərbaycanın düşmənə hücum meydanı əsaslı şəkildə genişlənib, müttəfiqlərimizin, bizə açıq dəstək verənlərin sayı xeyli artıb. Cəbhə xətti ilə bərabər dünyanın hər yerində ermənilərlə çarpışma gedir. Sosial şəbəkələrdə, beynəlxalq KİV-də uğurlu ifşaedici kampaniyalar aparılır.

Azərbaycanın səbrinin və mənasız sülh danışıqlarının limitinin tükəndiyi açıq şəkildə bəyan edilir!


Ermənistana qoyulan ilk sanksiya


Tovuzla sərhəddə törədilən təxribata görə ilk dəfə Ermənistana qarşı sanksiya tətbiq edildi!

Doğrudur, bunu nə ATƏT-in Minsk Qrupu, yaxud BMT etmədi. Moskvadakı QUD-Siti meyvə-tərəvəz bazarının sahibi Qod Nisanov bir ilkə imza atdı!

Nəticə özünü dərhal göstərdi!

Satılmayan erməni əriyinin səsi Rusiyanın birinci telekanalından gəldi.

Aparıcılar erməni təəssübkeşliklərini açıq-aşkar nümayiş etdirdilər. Odur ki, bir qrup azərbaycanlı ziyalılarının qınağına tuş gəldilər.

Lakin məsələ bununla bitmədi. Rusiyanın Xarici İşlər naziri S.Lavrov işə qarışdı.

Beləliklə, sanksiya götürüldü.

İki mühüm məqam isə həmişəlik yadda qaldı:

Birinci, Ermənistana tətbiq olunan sanksiya dərhal öz effektini verir.

ATƏT və BMT, habelə digər beynəlxalq təşkilatlar nahaq yerə gözləmə mövqeyindədirlər. Ermənistanı sanksiyalarla sülhə gətirmək daha sürətli və təsirlidir!

İkinci, multikultural siyasət yeridən Azərbaycan öz ərazisində yaşayan bütün xalqlara və millətlərə eyni gözlə baxır. Onlar da özlərini əsl azərbaycanlı kimi apararaq xalqımızın bir nömrəli probleminin həllinə töhfələrini verə bilirlər.

Milliyyətcə yəhudi, həm də azərbaycanlı olan Qod Nisanov kimi!

Ən nəhayət, əsl azərbaycanlı Azərbaycanın milli və dövləti maraqlarına xidmət edənlərdir!

Xəyanət və satqınlıq yolu tutaraq "5-ci kolon”a qulluq göstərənlər yox!

Satqınlığın və xəyanətin son həddi

Dağlıq Qarabağ məsələsi bizim üçün milli məsələdir!

Dağlıq Qarabağ bizim üçün şərəf, qeyrət, namus məsələsidir!

Dağlıq Qarabağ məsələsi bizim üçün həm də məhək daşı rolunu oynayır.

Bunu bütün Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı birmənalı şəkildə belə qəbul edib!

Xalqımız çox günahları bağışlayar, amma Dağlıq Qarabağla bağlı xəyanətdən qətiyyən keçməz!

Soros fondundan, digər antiazərbaycançı şəbəkələrdən, hətta erməni əsilli milyonçuların vəsaiti ilə formalaşan müxtəlif "hüquq müdafiə təşkilatlarından” pul alaraq Azərbaycana qarşı təbliğat aparanlara, murdar söyüş kampaniyasına qoşulanlara kimlərsə loyallıq göstərə bilərlər.

Demokratiyadır, söz azadlığıdır, insan zövqüdür - deyə susarlar.

Kimlərinsə çörəyi vətənə xəyanətdən də çıxa bilər...

Müstəqillik dövründə belələrini - həm satqınları, həm də onlara bəraət qazandıranları çox görmüşük və yaxşı tanımışıq!

İstər ölkədə yaşayanlar, istərsə də xaricə gedərək müxtəlif adlarla sığınacaq alanlar olsun - bilirik!

Yəqin ki, belələrinin sosial şəbəkədəki boşboğazlıqlarına baxanlar da yox deyil!

Necə deyərlər, söyüş eşitmək istəyən söyən tapar, yalan eşitmək istəyən yalançı, şərçi!

Vay o gündən ki, Qarabağ məsələsində erməni mövqeyində olasan!

Bax, bunu heç bir əsl azərbaycanlı bağışlamaz!

Beləsinin sifətini görüb, səsini də eşitmək istəməzlər!

Osman Mirzəyevin qızı Sevinc indiyə qədər Azərbaycan əleyhinə çox təbliğat aparmışdı.

Müstəqil dövlətimizə qarşı xəyanət yolunu tutaraq çox şər-böhtan yağdırmışdı.

Bircə dəfə dilinə Azərbaycanda gedən müsbət proseslər, uğurlar barədə xoş söz gətirməmişdi.

Neyləyək, çörəyini vətənini satmaqla qazanır!

Bu dəfə isə millətə də xəyanət etdi:

Tovuz müharibəsi ilə bağlı baş verənləri şərh edərkən bütün günahları Azərbaycanın üzərinə yıxdı!

Erməniləri müdafiə etdi, onlara haqq qazandırdı!

Hətta təqsirin Azərbaycan tərəfində olduğunu sübuta yetirməkdən ötrü dəridən-qabıqdan çıxdı!

Beləliklə, sübut etdi ki, təkcə keçmiş vətəninin yox, həm də atası Osman Mirzəyevin də nankor, naxələf övladıdır!

Eyni əməlləri vətənə və xalqa xəyanət etmiş, xüsusi murdarlıqları ilə seçilən Vidadi İsgəndərov, Orduxan Teymurxanov, Arif Məmmədov da sərgilədilər.

Hamısı bir ağızdan, xorla bildirdilər ki, bütün günah və məsuliyyət Azərbaycan tərəfindədir!

Daha bundan o yanası yoxdur!

Açıq-aşkar görünürdü ki, hamısına komanda bir nöqtədən verilib!

Pulverənləri onlara Ermənistanı müdafiə edərək Azərbaycanı təqsirkar çıxarmağı tapşırıb!

Təkcə Tovuz cəbhəsində yox, indiyədək düşmən gülləsindən həlak olan bütün şəhidlərimizin ruhu sizə qənim olsun!

Ay yala hürənlər!..

İnanmıram ki, bundan sonra özünə hörmət edən, şəhid ruhuna ehtiram göstərən hansısa azərbaycanlı belə murdarların çıxışına qulaq asa, eybəcər sifətlərini görmək istəyə!

İlham Əliyev hökmlü və qərarlıdır

Paşinyanın "Tovuz əməliyyatı” Prezident İlham Əliyevin çox qısa zamanda atdığı düşünülmüş, qətiyyətli və ardıcıl addımlar sayəsində puça çıxdı. Azərbaycanın hərbi, mənəvi, diplomatik və beynəlxalq miqyaslı qələbəsinə çevrildi!

Paşinyanın simasında Ermənistan nəinki heç nəyə nail ola bilmədi, əksinə, uduzdu, təkləndi, ifşa olundu, Rusiyanın yanında və dünya miqyasında tam nüfuzdan, olmayan hörmətdən düşdü.

Ermənistanın və dünya erməniliyinin mənfur simasını və əsl niyyətini isə bütün dünya tam çılpaqlığı ilə görüb anladı!

Tovuz müharibəsi bir sıra vacib məqamlara da tam aydınlıq gətirdi.

Onlar hansılardır:

* Azərbaycan Prezidenti İlham Əliyev bir qarış torpağı belə düşmənə güzəştə getməyəcəyi, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına icazə verməyəcəyi fikrində qəti, ardıcıl və israrlıdır, üstəlik səbir kasası da dolub: "Biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub”.

* Özünə və ordusuna güvənən Ali Baş Komandan Ermənistanı təkbətək döyüşə çağırmaqla təkcə özünə inamı ifadə etmir, həm də düşmən dövləti mənən məhv edir: "Ermənistan hakimiyyəti, hünəriniz varsa, Dağlıq Qarabağı tanıyın”.

* Artıq Azərbaycan xalqı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inamını itirib, müharibənin qaçılmaz olduğunu qəbul edib və buna tam hazırdır. Həm də daim Ali Baş Komandanının arxasındadır!

* Ermənistanın KTMT-yə güvənməsi mənasızdır. Çünki bu müqaviləyə qoşulan dövlətlərin hamısı münaqişənin mahiyyətini bilir. Odur ki, Azərbaycanla sıx dostluq və əməkdaşlıq, hətta strateji tərəfdaşlıq əlaqələri saxlayanlar heç zaman Ermənistana görə Azərbaycana qarşı döyüşdə iştirak etməyəcəklər!

* Bir sıra dost dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həllində Azərbaycana açıq dəstək verəcək, haqq işini müdafiə edəcəklər.

* Dünya separatizmi qəbul etmir, ATƏT-in Minsk qrupunun münaqişəni tezliklə sülh yolu ilə həll edəcəyinə isə daha heç kəs inanmır!

Cənab İlham Əliyevin sözləridir: "Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”.

Bəli, reallıq dəyişib!

Qüvvələr nisbəti dəyişib!

Dağlıq Qarabağla bağlı dünyanın ictimai rəyi dəyişib!

İlham Əliyevin iradə və qətiyyəti, dediyi hər bir söz isə dəyişməzdir: "Əgər Ermənistanın baş naziri deyirsə ki, "Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, "biz qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli, o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

Ən nəhayət, Prezident İlham Əliyevin qəti qərarı belədir:

"Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istinasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır”.

Bu qərarda azərbaycanlı adını daşıyan hər bir kəs, o cümlədən xalqımızın və dövlətimizin dostları daim İlham Əliyevlədir!


Bəxtiyar SADIQOV





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM