Alternative content

00:56 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:26 29.09.2020 “AZƏRBAYCANIMIZ”
00:24 29.09.2020 BİLDİRİŞ
00:23 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xızının bərəkətli çöllərində bol məhsul yetişdirilib
Xızının bərəkətli çöllərində bol məhsul yetişdirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:25 06.08.2020


Bu gün taxıl tədarükü iqtisadiyyatımızın ən önəmli sahələrindəndir. Təsadüfi deyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir.

Dağlar qoynunda yaşamağın asan olmadığı hamıya yaxşı bəllidir. Aran yerlərində əkdiyin məhsulu düzəngahdan rahat becərdiyin kimi elə biçəndə də çətinliklə üzləşmirsən. Dağlıq ərazilərdə isə xeyli problemlə qarşılaşmalı olursan. Buna görə də bu cür yerlərdə böyük zəhmət çəkmək lazım gəlir.

Xızı təkcə təbiəti ilə deyil, həm də zəhmətkeş insanları ilə seçilir. Dağ kəndləri və istirahət mərkəzləri ilə xəritələnən rayonun kənd təsərrüfatında bitkiçilik və heyvandarlıq əsas yer tutur. Taxıl bunların arasında strateji əhəmiyyətinə görə xüsusi olaraq seçilir.

5300 hektar əkin sahəsinin 3370-ində buğda, 1930-unda isə arpa becərilib. Taxıl əkilən ərazinin böyük hissəsi dəmyə, bir hissəsi isə suvarılan sahələrə aiddir. Xızıda taxılla yanaşı, müxtəlif ərazilərdə yonca, tərəvəz və başqa bitkilər də əkilib.

Ümumilikdə rayon üzrə torpaqların suvarılaraq yenidən istifadə edilməsinə xüsusi diqqət yetirilir ki, bu da iqtisadi baxımdan irəliyə doğru atılan uğurlu addımdır. Sosial vəziyyətini yaxşılaşdırmaq istəyən xızılılar həmin ərazilərdə hazırda müxtəlif bitkilərin becərilməsi ilə məşğuldurlar.

Taxıl biçininə havaların bir qədər yağışlı keçməsi ilə əlaqədar ara verilsə də, onun itkisiz yığımı xızılıları bu gün ən çox düşündürən məsələdir. Artıq arpa tamam biçilib qurtarıb. Hər hektardan 18 sentnerə yaxın məhsul götürülüb. Bu da əvvəlki ildəkindən çoxdur.

Rayonda müxtəlif buğda sortları əkilir ki, bu da həmin ərazilər üçün hesablanıb. Xızının əsasən aran yerlərində arpa becərilir. Lakin dağlıq ərazilərdə əkilən buğda sortu da xüsusi olaraq seçilir. Çünki bu ərazilərə yay bir qədər gec gəlir. Aran tərəflərdə biçinin yarısı başa çatanda bu ərazilərdə kombaynlar yenicə sahələrə çıxır. Buna görə də mütəxəssislər "Qobustan”, "Əzəmətli”, "Nurlu -99”, "Azəri-95”, "Günəşli”, "Günel” sortlarına üstünlük verirlər. Cari ildə hər hektardan daha çox məhsul götürülməsi nəzərdə tutulub.

Əvvəlki illərdə taxıl dövlət və bələdiyyələr tərəfindən əkilirdi. Şəxsi təsərrüfatlar azlıq təşkil edirdi. Bu il rayonda taxıl biçinində belə təsərrüfatların sayı yetərincədir. Fərrux Haqverdiyev, Nihad Əliyev, İsaxan Abdullayev, Zinyət Yaqubova, Nəsrulla Abdullayev və digərləri çəkdikləri zəhmət hədər getməsin deyə, öz işlərinin başındadırlar. Şəxsi texnikalarından istifadə edən fermerlər vaxt və şərait göstəricilərinə uyğun hərəkət edirlər. Bu da məhsulun itkisiz yığımı deməkdir.

Biçin başlayandan taxılçıların istifadə etdikləri texnika demək olar ki, işlək vəziyyətdə olub. Bu da biçinin maksimum dərəcədə aparılması deməkdir. Giləzi, Şorabad, Stalçay, Fındığan, Tıxlı, Qarabulaq, Ağdərə kəndlərində məhsuldarlığın yüksək olacağını mütəxəssislər də təsdiqləyir.

Rayonda biçin başlayandan təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. Əkin sahələrinin yanğınla üzləşməməsi üçün rayonun əlaqədar təşkilatları xüsusi iş rejiminə keçiblər. Taxıl biçimi zamanı yanğın törədəcək bütün məsələlər öncədən nəzərə alınıb. Elə buna görədir ki, son illərdə texniki qaydalara riayət edildiyindən heç bir neqativ hadisə baş verməyib. Şəxsi təsərrüfat sahələrində taxıl becərən və biçən sahibkarlar təhlükəsizlik qaydaları ilə tanış olur və gündəlik öz nümayəndələrini ərazilərə təhkim edirlər.

Yanacaq məsələsinə gəlincə, bu məsələdə rayonda lazımi qaydada həll olunub. Biçin başlayandan yanacaq və sürtkü yağları ilə bağlı problem yaşanmayıb.

Onu da qeyd edək ki, rayonda taxıl biçini sona çatmaq üzrədir. Məhsuldarlıq 18 sentnerdir. 9 kombayn taxılı biçib başa çatdırdıqdan sonra Quba və Qusar rayonlarına köməyə yollanacaq. Bu da öz növbəsində həmin rayonlarda biçinin sürətlənməsi deməkdir.

Kəndlinin işi bununla bitmir. Qarşıda bol bağların barlı yığımı, yəni payız gəlir.

Akif ƏLİYEV,

Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM